Stress bu xəstəliyin yaranmasına səbəb olur

Stress bu xəstəliyin yaranmasına səbəb olurPanik pozuntunun həyat müddətində yayılması 0.7-2.0% olaraq qeyd olunur. Panik pozuntu 18-25 yaş arasında ortaya çıxmaqla yanaşı daha sonrakı mərhələlərdə də başlaya bilər .

Qadınlarda kişilərə nisbətdə 2-3 dəfə daha çox görünür. Aparılan bəzi tədqiqatların tapıntılarına əsasən panik pozuntu xəstəsi uşaq və yeniyetmələrin 18%-də 10 yaşından əvvəl simptomların başlama məhsullarının müşahidəsi ilə ortaya çıxmışdır. 10-17 yaş arasında nümunələrlə aparılan araşdırmada isə panik pozuntusunun yayılması 0.6% olaraq dəyərləndirilmişdir.

Komorbid diaqnoz

Yanaşı görülən psixopatologiyalar
Panik pozuntu, digər psixiatrik narahatlıqlarla birlikdə mütəmadi olaraq müşahidə olunur. Digər anksiyetə pozuntuları, fobiyalar və depressiya, populyasiyaya görə panik pozuntu xəstələrində daha çox görünür.

Panik pozuntuda depressiya (50-65%), yayılmış anksiyetə pozuntu (25%), sosial fobiya (15-30%), spesifik fobiya (10-20%), panik pozuntudakı atakların anidən ortaya çıxması, digər xəstəliklərdə olan simptomların olmaması, panik pozuntunu digər psixiatrik narahatlıqlardan ayırır (2012).

Etiologiya

Psixoanalitik
Psixoanalitik anlayışlarda, panik atakların anksiyetə təkan verici impulslardan, uğursuz müdafiədən dolayı ortaya çıxdığı iddia edilir. Agorofobiyanın ortaya çıxmasında uşaqlıq mərhələsində yaşanan valideyn itkisi və ayrılıq probleminin əhəmiyyəti müəyyənləşdirilir. Sosial həyat daxilində tək qalmaq və tərkolunma narahatlığı, uşaqlıq narahatlıqlarının yenidən ortaya çıxmasına yol açır. Uşaqlıq mərhələsi ayrılıq anksiyetəsinin yenidən ortaya çıxmasına görə basdırma, yer dəyişdirmə, qaçma kimi bəzi müdafiə mexanizmlərinin fəaliyyətə keçməsinə səbəb olur. Uşaqlıq mərhələsində yaşanılan ayrılıq narahatlığı uşağın inkişaf edən sinir sisteminə təsir göstərir. İnkişaf mərhələsində təsirlənən sinir sistemi, yetkin şəxslərdə anksiyetəni daha uyğun vəziyyətə gətirir. Neyrofizioloji səbəbdən, ətraf faktorlar və stress nəticəsində panik atak ortaya çıxa bilər.

Bioloji faktorlar

Panik pozuntunun bioloji təsiri ilə bağlı aparılan tədqiqatlarda, limbik sistem (gözləmə anksiyetəsi üzərində təsiri olduğu qeyd olunmaqla), beyin kötüyü (locus seruleus noradrenergik neyronlar və orta raphe nüvəsinin serotonergik neyronları), prefrontal kortex (fobik qaçmanın ortaya çıxmasından yaranan məsuliyyət) üzərinə köklənmişdir. Bu tədqiqatın nəticələri göstərmişdir ki, panik pozuntuda bioloji səbəblər son dərəcə vacibdir.

Genetik faktorlar

üxtəlif araşdırmaların nəticəsi olaraq panik pozuntunun genetik faktorların əsas təşkil etdiyi ətraf şərtlərin və genetikanın qarşılıqlı təsiri nəticəsində ortaya çıxdığı qeyd olunur. Əkizlər üzərində aparılan tədqiqatda panik pozuntunun proqressivləşməsində genetik faktorların rolu xüsusilə qeyd olunur.

Bir ailə üzərində aparılan eksperimentdə 4 uşaqdan üçünün müəyyən yaş mərhələlərində panik atak yaşadığı ortaya çıxır. İki uşaqda təxminən 18 yaşda panik atak başlanması qeyd olunur. Uşaqlardan birində panik pozuntuyla agorofobiya, digərində isə sadəcə agorofobiyasız panik atak yaşandığı göstərilib. Digər uşağın isə panik atakı 38 yaşında, daha gec başlanmışdır. valideynlər üzərində aparılan qiymətləndirmə nəticəsində ananın ümumi anksiyetə pozuntusu yaşadığı ortaya çıxmışdır. Bu qısa ailə tədqiqatı belə, panik pozuntuda genetik faktorun əhəmiyyətini ortaya çıxarır.

Öyrənmə qaydaları

İnsan həyatında öyrənmə, həyatın özüdür: yaşadığı təcrübə və məlumatların nəticəsidir. Bəzən müsbət öyrənmələrin əksi olan mənfi öyrənmələrin yaratdığı yanlış stimullaşdırıcılar, panik pozuntu xəstələrinin atak yaşamasına gətirib çıxara bilər. Panik pozuntunun yaşatdığı yanlış stimullaşdırıcılarla mənfi düşüncə və duyğuların təsiri altına düşərik.

Öyrənilmiş çarəsizlik, panik pozuntuların terapiyasının önündə dayanan böyük bir maneədir. Seligmanın apardığı təcrübəyə əsaslanaraq insandakı panik pozuntuların, depressiyaların, fobik və obsessiv-kompulsiv pozuntuların zəminində öyrənilmiş çarəsizlik vəziyyəti olduğunu qeyd etmək mümkündür. Panik pozuntuda mövcud olan öyrənilmiş çarəsizlik xəstənin davamlı narahatlıq və qorxu yaşamasına səbəb olur. Xəstə bu çarəsizliyin fərqində olmaya bilər.

Koqnitiv model
Koqnitiv anlayışa əsasən; pozuntuda əsas açar fəlakətləşdirmə ssenariləridir. Yaşanan ilk panik atakdan sonra xəstələr, koqnitiv reaksiyalar verir. Clarka əsasən panik pozuntuda yaşanılan somatik simptomlar fəlakətləşdirici şəklində şərh olunması (məsələn, ürək döyüntüsünü infarkt olaraq şərhləndirmək) panik atakı ortaya çıxarır (2012).
Panik pozuntuda koqnitiv reaksiyalar xüsusi çərçivə yaradır. Bu çərçivə xəstəni daha da narahat vəziyyətə gətirib çıxarır və yeni panik atak keçirməsinə səbəb olur.

Erkən həyat hadisələri
Panik pozuntu haqqındakı tədqiqatlarda erkən həyat mərhələlərində valideyn itkisi, cinsi təcavüz, mənfi fiziki davranışlar kimi hadisələrin təsir göstərdiyi müəyyənləşdirilmişdir. Araşdırmalardan birində, panik pozuntu diaqnozu qoyulan xəstələrdə 8%-nin cinsi, 12%-nin fiziki olaraq neqativ davranıldığı ortaya çıxmışdır (Breier, 1985)

Ayrılıq anksiyetəsi

Panik pozuntu xəstəliyin yaranmasında, uşaqlıq mərhələsində yaşanan ayrılıq anksiyetəsinin təsir göstərdiyi irəli sürülür. Panik pozuntu diaqnozu almış xəstələr üzərində aparılan bəzi işlərdə, uşaqlıq mərhələsi ayrılıq anksiyetəsi yaşadıqları ortaya çıxmışdır.

Stressli həyat hadisələri
Panik pozuntu diaqnozu almış xəstələr üzərində aparılan müəyyən qrup tədqiqatların nəticəsind, panik pozuntu başlanğıc öncəsində xəstələrin stressli mühitlərdə olduğu ortaya çıxmışdır. Bu stressli həyat hadisələri, xəstəliyin başlamasına zəmin yaradır.

Bunlardan birində xəstələrin təxminən 2/3-də, xəstəlik başlamadan öncəki 6 ay müddətində stressli vəziyyətlər yaşadıqları ortaya çıxmışdır (Breier, 1985). İşin nəticəsinə görə; görülən stressli həyat hadisələri, yaxın birinin itkisi (17%), iş həyatı ilə bağlı problemlər (17%), sevdiyi insandan ayrılma (14%) kimi nəticələr çıxmışdır (2014). Neqativ stressli həyat hadisələri, yaranacaq panik pozuntu üçün psixoloji və neyrobioloji əsasdır. İnsan üçün mövcud problemlər, çox işləmək və ya gündəlik ortaya çıxan problemlər; xəstənin panik atakını stimullaşdıra bilər. Bu nəticə gündəlik mənfi vəziyyətlərdən qaçma fəaliyyətinin ortaya çıxmasına səbəb olur. Bu qaçma davranışı agorofobiyadan fərqlidir. Bu davranışlar daha çox "zərər görməkdən qaçma" fəaliyyəti olaraq diqqətə alınır.

Genetik faktor və stressli vəziyyətlərin yaşanması nəticəsində panik pozuntu diaqnozu almış xətələrin anksiyetə, depressiya və somatizasiya kimi komorbid diaqnozların müşahidə tezliyi yüksəkdir (2001).

İnkişaf qaydası
Psixiatr və psixoanalitik John Bowlby tərəfindən yaradılmışdır. Anksiyetənin diaqnozu üçün daxili instinktlərin əhəmiyyətini vurğulayır. Ən vacib instinktin bağlılıq olduğunu bildirmişdir. Bağlılıq və itirmə vəziyyəti, anksiyetəni ortaya çıxarır. Anksiyetə, qorxunun da daxilində olan qarışıq vəziyyətdir.

Xəstəliyin gedişatı

Panik pozuntuda xəstəliyin gedişatı xəstənin terapiyaya uyğunlaşması, medikamentoz və psixoterapiya seçimi, digər alternativ terapiya seçimlərindən faydalanması şəklində xəstədən-xəstəyə dəyişir. Panik pozuntuda başlanğıc yaşı əsasən 16-25 yaş arası olmaqla yanaşı daha sonrakı mərhələlərdə də ortaya çıxa bilir. 45 yaş ilə uşaqlıq mərhələsində başlanması nadir hallarda olur. Panik pozuntu təkrarlana bilən və daimi olan psixiatrik narahatlıqdır. Aparılan tədqiqatda, təxminən iki il arası 25-72% arasında remissiya, beş on il arasında 10-30% intermissiya olduğu müəyyənləşmişdir.

Panik pozuntu ilə yanaşı agorofobiya müşahidə olunursa, qaçma davranışlarının yaranacağı səbəbiylə agorofobiyası olmayanlara görə xəstəlik daha şiddətli və daha uzun müddəti əhatə edir. Agorofobiyadan müşahidə olunan qaçma davranışları, terapiya vasitəsiylə müddətlə azalsa da panik atak davam edir. Panik pozuntu ilə yanaşı ekvivalent diaqnozlu depressiyada da, xəstəlik daha uzun müddət davam edir, anksiyetəylə birlikdə kəskin simptomlar, daha çox müşahidə olunan fobik qaçmalar və panik ataklar keçirdiyi qeydə alınmışdır (Noyes, 1990).

Panik pozuntuda həyat keyfiyyəti pozulur. Xəstələr düşüncə, duyğu və davranışlarda bir çox mənfi hallarla qarşı-qarşıya dayanır. Bu neqativ müddət xəstənin maliyyə vəziyyətinə, iş həyatına, ailə münasibətlərinə təsir göstərməklə; xəstənin pozulan həyat keyfiyyəti, sosial funksionallığını da pozur.

Panik pozuntu diaqnozu qoyulmuş xəstələr, somatik simptomlara görə səhhəti ilə bağlı son dərəcə ciddi narahatlıqlarla qarşılaşırlar. Panik əsnasında artan təzyiqlə bağlı beyin qanaxması keçirəcəyi narahatlığı və gənc yaşda hipertenziya xəstəsi olduğunu, ürək xstəsi olduğunu və ya hər an infarkt nəticəsində öləcəyi anksiyetəsini yaşayır.

Xəstəliyin terapiyasından sonra böyük miqyasda sağalma təmin olmaqla yanaşı həyatın sonrakı mərhələlərində panik pozuntunun yenilənməsi ehtimalı mümkündür. Hətta bəzi xəstələrdə ömür boyu preparat istifadəsi də ola bilər.

lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 11016   Tarix: 20 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433