ABŞ-ı təəccübləndirən həmyerlimizi tanıyaq-MÜSAHİBƏ

ABŞ-ı təəccübləndirən həmyerlimizi tanıyaq-MÜSAHİBƏ"Azərbaycan vətəndaşlığını almaq istərdim".

Soydaşımız, sirk artisti Üzeyir Novruzov ABŞ-ın Las-Veqas şəhərində yaşayır. O, elə həmin şəhərdə solo şouları ilə çıxış edir. 39 yaşlı Üzeyirin "America s Got Talent" şousunda Çarli Çaplin obrazındakı çıxışı isə amerikalıları heyran edib.

"Üç qardaşıq, hamımız sirkdə işləyirik. İki qardaş birlikdə çalışır, Avropa ölkələrini qastrollarla dolaşırlar. Mənsə Moskva Sirk Məktəbini başa vurandan sonra öz solo-nömrəmlə çıxış edirəm. 4 qitəni, ölkələri, şəhərləri dolaşandan sonra ABŞ-da qalmağa qərar verdim".

- Niyə məhz ABŞ-da, Las-Veqasda?

- Amerikaya ilk dəfə 2000-ci illərin əvvəllərində yollanmışdım. Sonra qastrollara getdim. "Cirque du Soleil" ilə növbəti dəfə Amerikada qastrollarda olanda orada qalmağa qərar verdim. Ailə qurdum, Kaliforniyada uşaqlarım anadan oldu. Başa düşürsünüz, burada peşəmlə işləmək imkanları daha çoxdur. Xüsusilə də Las-Veqasda. Bilirsiniz ki, bu şəhər əyləncə üzərində qurulub.

- ABŞ-da yaşayana qədər "Cirque du Soleil"lə dünyanı dolaşıbsınız?

- Hə, təxminən 10 il.

- Həyat yoldaşınız amerikalıdır? Ailəniz böyükdür?

- Yox, xanımım rusdur. Əkiz qızlarımız var, 9 yaşlarında.

- Azərbaycanda çox məşhurlaşdınız.

- Hə, xəbərim var. Xüsusilə də anamın sevinməyi məni heyrətləndirdi. Axı hamı ona, Gəncəyə zəng vurub təbrik edirdilər.

- Övladlarınız yolunuzu davam etdirəcək?

- Yox, onların belə marağı yoxdur. Tennis oynayırlar, yaxşı rəsmlər çəkirlər.

- Azərbaycanda son dəfə nə zaman olmusuz?

- Bakıda və Gəncədə 2012-ci ildə olmuşam. Anama qonaq getmişdim. Qastrollara gəldikdə isə, əfsuslar olsun ki, hələlik baş tutmayıb. Amma doğmalarımı sevindirmək istərdim. Allah qoysa, bəlkə şoumu yaratdım və Azəbaycana qastrola gəldim.

- ABŞ vətəndaşısınız, yoxsa Rusiya və ya Azərbaycan vətəndaşlığını saxlayıbsınız?

- ABŞ və Rusiya vətəndaşlığım var. Təbii, Azərbaycan vətəndaşlığını da almaq istərdim.

- "America s Got Talant" şousuna necə yollandınız?

- Nömrəmin videosunu yollamışdım. Bəyəndilər, dəvət etdilər. İkinci mərhələyə çıxdım. Həmin mərhələ Nyu-Yorkda olacaq. Cəmi 90 saniyə vaxt verirlər. Nərdivanla olan nömrəmin davamını hazırlayıram. Azərbaycanla bağlı nömrəm da var. Məşq variantındadır, nağaralarla.

- Bütün nömrələrinizdə Çarli Çaplin obrazındasınız?

- Hə, bu obraz vizit kartımdır, yaxşı alınır.

Milli.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 6723   Tarix: 20 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335