"Bakı 2015"in mağazaları 400 min manat qazanıb

"Bakı 2015"in mağazaları 400 min manat qazanıbYarışların keçirildiyi üç gün ərzində "Bakı-2015" rəsmi mağazalarında Avropa Oyunlarının rəmzlərinin əks olunduğu malların ümumi satış həcmi 400 min manatdan ibarət olub, bu, ABŞ-ın dolları ilə ifadə edildikdə təxmini eyni məbləğə ekvivalentdir.

Bu barədə TASS-a Azərbaycanın paytaxtında idman obyektlərinin birində yerləşən ticarət məntəqəsinin meneceri bildirib.

"Bütün "Bakı-2015" rəsmi mağazalarının bir kompüter bazası mövcuddur, ona görə də mən bazar ertəsinin axşamına qədər üzərində Avropa Oyunlarının atributları olan realizə edilən malların satışından əldə edilən məbləğin 400 min manatdan bir qədər çox olduğunu deyə bilərəm. Azarkeşlərdə ən çox tələbat isə Azərbaycan bayrağına olub. Bu gün bizdə 1000 bayraq olub, axşama doğru isə gördüyünüz kimi yalnız vitrində olan bir bayraq qalıb" - TASS-ın həmsöhbəti bildirib.

Bazar ertəsi alıcıların əsas hissəsi qadınlar və uşaqlar olub.

"Kişilər çox güman ki, indi işdədirlər və pul qazanırlar. Onların xanımları və uşaqları isə bura gələrək alış-veriş edir, sonra isə öz sevimli komandalarına azarkeşlik etməyə gedirlər" - menecer ehtimal edib.

TASS-ın həmsöhbəti həmçinin, onun stendində gedən ticarətdən razı olduğunu bildirib.

"Yarışlar təzə başlayıb, əldə edilən ümumi gəlir gündən-günə artır. Azarkeşləri sakitləşdirmək istərdim. Oyunların rəmzləri olan mallar çoxdur, hamıya çatacaq", - menecer sözünə davam edib.

Oyunların talismanlarından biri - Narın əks olunduğu bənövşəyi qısaqol köynəklər də tələb olunan mallar sırasındadır.

"Ümumiyyətlə, Narın əks olunduğu malları, Ceyranın əks olunduğu mallardan daha çox alırlar. Bunun nə ilə əlaqədar olduğunu izah etməkdə çətinlik çəkirəm. Amma üzərində Nar əks olunan malları həmişə əlavə sifariş etməli oluram", - TASS-ın həmsöhbəti bildirib.

Yerli çayxanalarda istifadə edilən çay dəstlərinə də böyük tələbat var. Üzərində oyunların rəmzi olan bu dəstin qiyməti 25 manatdır. Amma satışda olan ən bahalı mal nərddir, onun dəyəri 50 manatdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2701   Tarix: 16 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954