Mehriban Əliyeva Kiçik Venesiya şəhərciyində

Mehriban Əliyeva Kiçik Venesiya şəhərciyindəDənizkənarı Milli Parkdakı "Kiçik Venesiya şəhərciyi"ndə Avropa Qonaqpərvərlik Klubunun açılışı olub.

Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Birinci xanım Mehriban Əliyevanı Avropa Qonaqpərvərlik Klubunun önündə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki qarşıladı.

Mehriban Əliyeva və Patrik Hikki klubun rəmzi açılışını bildirən lenti kəsdilər, burada yaradılan şəraitlə tanış oldular.

"Kiçik Venesiya şəhərciyi"ndə Avropa Qonaqpərvərlik Klubu Avropa Olimpiya Komitəsinin, ümumilikdə Olimpiya Oyunları ənənəsinə uyğun yaradılıb. Bu ərazi Dənizkənarı Milli Parkın ən gözəl guşələrindən biridir və 1960-cı illərdə salınıb. İndi "Kiçik Venesiya şəhərciyi" Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeridir. Məhz buna görə də Avropa Qonaqpərvərlik Klubunun burada yaradılması qərara alınıb. Kluba giriş Avropa Olimpiya Komitəsi tərəfindən təqdim edilən xüsusi kartlarla VIP qonaqlar üçün nəzərdə tutulub.

Avropa Qonaqpərvərlik Klubunda birinci Avropa Oyunları zamanı hər axşam yarışların nəticələri ilə bağlı müzakirələr aparmaq, idmançıların uğurlarını qeyd etmək, qaliblərin şərəfinə ziyafətlər təşkil etmək mümkün olacaq. Bununla yanaşı, istənilən ölkənin nümayəndə heyəti burada milli komandalarının oyunlarını izləmək üçün də toplaşa bilər. Klubda biznes mərkəzi də fəaliyyət göstərəcək. Burada, eyni zamanda, Azərbaycanın uğurları, tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri də geniş təbliğ olunacaq.

Müasir üslubda qurulan bu klub əslində hər bir Olimpiadanın ayrılmaz hissəsi hesab edilir. Burada idmançılar və şəhərimizin qonaqları üçün əyləncəli proqramlar da təşkil olunacaq. Klubun qonaqlarına milli mətbəximizin və Avropa mətbəxinin təamları təqdim ediləcək. Bir sözlə, Avropa Qonaqpərvərlik Klubunda qonaqların həm istirahəti, həm də onların öz sevimli komandaları və idmançılarının uğurlarının sevincini bölüşmək üçün hər cür şərait yaradılıb.

Tədbirin ən maraqlı məqamlarından biri ilk Avropa Oyunlarını təbliğ etmək məqsədilə Lissabondan Bakıya velosipedlə səfər edən 53 yaşlı velosipedçi və macəra həvəskarı Corc Kristovaonun Milli Parka gəlişi oldu. Bu təşəbbüs Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən dəstəklənib. Corc Kristovao yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısından bu il aprelin 10-dan start verib. Corc Kristovao 7 min kilometrə yaxın məsafəni ona hədiyyə olunan elektriklə işləyən velosipedlə qət edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva velosipedçiyə ailə üzvləri ilə birlikdə Oyunların açılış mərasimində iştirak etmək üçün biletlər təqdim etdi. Corc Kristovao isə Portuqaliyanın Milli Olimpiya Komitəsi tərəfindən ünvanlanan məktubu "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim etdi.

Sonra birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva oyunlarda iştirak edəcək Portuqaliya komandasının üzvləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 8488   Tarix: 10 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390