Erməni maşınla 4 Azərbaycanlını vurdu

Erməni maşınla 4 Azərbaycanlını vurdu

Mayın 23-də saat 22 radələrində Gürcüstanın Ermənistanla sərhədində yerləşən, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Sadaxlı kəndi ilə həmsərhəd olan Ermənistanın Baqrataşen kəndinin sakini Narek Yesoyan idarə etdiyi "Mercedes-E Class" markalı avtomobillə 4 azərbaycanlını vurub. Daha sonra onun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Sadaxlı kənd sakini Emil İlyasovun BMW markalı maşınına çırpılıb, BMW isə digər maşınla toqquşub.

Hadisə yerinə polis və ekspertlər, təcili yardım maşını gəlib.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Sadaxlı sakinləri Murtuzəli Qurbanov, Ruslan Fətəlov, Ramin Fətəlov və Elmar Mahmudov Marneuli xəstəxanaya yerləşdiriliblər.

Sadaxlı sakinlərinin bildirdiklərinə görə, N. Yesoyan Baqrataşen kənd orta məktəbinin direktorunun oğlu, həmin məktəbin müəllimidir. Sakinlərin sözlərinə görə, o, avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

Hadisəni törədən N. Yesoyan artıq polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

apa.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3390 Tarix: 24.05.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
BRATISLAVA
BRATISLAVA 24.05.2015
Ee bu ermeniler agin cixartdilar bizde onlari oldureyde xarici olkelerde
ggg
ggg 24.05.2015
10il iş versinler ermeni kopeyine tezminat odesin zerercekmislere,E klassina bax e bunun


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər