Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO

“Mercedes-Benz” şirkəti yenilənmiş “G-class” yolsuzluq avtomobilinin sirrini rəsmən acıqladı. Avtomobil bir sıra texniki təkmilləşmələr və eksklüziv verisya əldə etdi.

“Qelendvagenin” xarici görünüşünün restaylinqi minimaldır və özünə yalnız yeni bamperlər, fərqli təkər yarımhalqaları və yeni təkər diskləri daxil edir. Buna baxmayaraq, əsas dəyişikliklər “G-class”-ın kapotunun altnda baş verib.

Əvvəla, avtomobil 4,0 litrlik V8 bi-turbo mühərriki əldə edib. Bu mühərrik həmçinin “AMG GT”-yə də quraşdırılır. Aqreqat 422 a.g. və 610 Nm fırlanma anı verə bilər ki, bu da yolsuzluq avtomobilinə ölçülərinə baxmadan ilk “yüzü” 5,9 saniyəyə yığmağa imkan verir.

Bundan başqa, “G350d” versiyasının gücü 211-dən 245 a.g.-dək, fırlanma anı isə 540-dan 600 Nm-dək artıb. Bu modifikasiyanın 0-dan 100 km/saata sürətlənmə vaxtı artıq 8,9 saniyə təşkil edir.

“AMG” modifikasiyalı “Qelendvagenlər”-in də sürəti artıb. “Mercedes-Benz G 63 AMG” artıq 571 a.g. verir ki, bu da əvvəlkindən 27 a.g. çoxdur. “G 65 AMG” versiyası 18 a.g. əlavə edib və artıq 630 a.g. verə bilir.

Bundan başqa, “Qelendvagen” sırasına yeni xüsusi versiya “AMG Edition 463” əlavə edilib. Bu avtomobil xüsusi ikirəngli interyer, salonda karbon qoymalar və Nappa dərisindən istifadə ilə fərqlənir.

Yolsuzluq avtomobili bamperin altında paslanmayan poladdan sipər, ban boyunca xüsusi zolaqlar və 21 düymlük lehimli disklər də əldə edib.

Yenilənmiş “Mercedes-Benz G-class” üçün sifarişlər 2015-ci ilin yayında başlanacaq.

auto.az

Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO
Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO
Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO
Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO
Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO
Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO
Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO
Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO
Möhtəşəm Gelendvagen daha sərt oldu - FOTO


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2756 Tarix: 07.05.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
tansu
tansu 07.05.2015
EN SEVDİYİM MAŞIN MODELİ


 
leonn
leonn 07.05.2015
Xebere gore twk_ler...Ramalqarabagli...


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər