Aytacın ailəsinin fəryadı — Onu dar ağacından assınlar - FOTO

17 yaşlı Aytac Babayevanın ölümü hər kəsi sarsıtdı. Onun amansız qətli günlərdir mətbuatın, sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib. Böyükdən-kiçiyə hər kəs bu olaya etirazını bildirir, ailəsinin dərdinə şərik olmağa çalışır.

Amma nə fayda. Aytac ömrünün 17-ci yazında nakam sevginin qurbanı oldu. O, özü ilə xəyalında qurduğu tələbəlik arzusunu, qarşıda onu gözləyən xoşbəxt günləri dəfn edərək, əbədi getdi. Geridə gözüyaşlı yaxınları və xəyalları puç olan ailəsi qaldı.

Aytacı vağzalı sədaları ilə gəlin köçürməyi arzulayan valideynlərinə qızlarını ağ kəfəndə son mənzilə yola salmaq nəsib oldu.

17 ildir yaşadığı mənzilin həyətində onun yas mağarı qurulmuşdu. Valideynləri hələ də Aytacın ölümünə inana bilmirdilər, sanki o, geri qayıdacaq deyə, hamının gözü yol çəkirdi.

Nə qədər çətin olsa da Aytacın atası Nazim Babayevə yaxınlaşıb, yaşadığı faciə ilə bağlı həmsöhbət olduq.

Gözüyaşlı ata qızının günahsız olduğunu deyərək qatilə ən ağır cəzanın verilməsini tələb edir. O, qızının günahsız yerə öldürülməsini qəbul edə bilmədiyini bildirib.

Söhbət zamanı Aytacın atası qızının ölümünü şouya çevirən mətbuat nümayəndələrinə də etiraz edib.

"Mətbuatda qızımla bağlı yalan məlumatlar yazılır. Qızımı qətlə yetirənin cəzası verilməlidir. Ona ən ağır cəza verilməlidir. Qoy, onun da qızım kimi qolları kəsilsin, başı kəsilsin. Yetər ki, qızımın qanı yerdə qalmasın. Onu ömürlük həbs etsinlər. Bu, ağır dərddir. İnternetdə bilinməyən şeyləri yazırlar. Məni bu dəqiqə heç nə maraqlandırmır. Çox ağır bir vəziyyətə düşmüşəm. Yalan məlumatları verməyi yığışdırsınlar. Düzgün yazsınlar. Şok vəziyyətindəyik. Çox əzab çəkirik. Balam getdi. Mənim balamla bağlı başdan boş, ağılsız məlumatlar yayılmasın. Bir qram savadı olmayan və pul gücünə stol arxasında oturanlar yazdıqları yalanlarla mənim balama şər atırlar".

"Qızım onunla sevgili olmayıb, yalandan danışırlar"

N.Babayeva qızının onu öldürən oğlanla sevgili olması haqda xəbərlərin yalan olduğunu deyib: "Nə sevgili? Mənim qızım orta məktəbi bitirməyib. Hər küçədən keçən adam mənim balamla bağlı yalan yaymasın. Oğlan qızıma təzyiq göstərib. Bu, ən böyük cinayətdir. Mənim daha sözüm yoxdur. İmkan versinlər, dərdimizi çəkək".

"Bacı, tək qoyma bizi, yalvarıram qayıt..."

Mərhumun bacısı Ayşən Babayeva isə internetdə qarayaxma kampaniyası aparanlara etirazını bildirib: "Xahiş edirəm, yalvarıram, bircə mənim bacımın xəbərlərinin altına pis-pis fikirlər yazmasınlar.

Bacım, tək qoyma məni, yalvarıram. Boş-boş fikirlər yazmasınlar. Allah onları yazanların bəlasını versin. Mən yanmışam. Heç nə demirəm, bacımı qaytarsınlar".

Mərhumun qohumları da Aytacın ölümü ilə bağlı ürəkağrısı ilə danışırlar.

"İnternetdə yayırlar ki, guya bunlar sevgili olublar. 11-ci sinifdə nə sevgili? Aytac universitetə hazırlaşırdı. O. Tibb Universitetinə qəbul olmaq istəyirdi. Əgər o bir oğlanla danışsaydı, anası onu küçə boyu saçından tutub sürüyərdi. Aytacgil iki bacıdırlar. Onların qardaşları da yoxdur. Valideynləri qızlarını gözlərinin üstündə saxlayırdılar. Atasıgil boğazlarından kəsib, onları böyüdüblər. İndi haranınsa qaniçəni gəlib gül kimi qızımızın həyatını məhv edib.

Qıza deyib ki, "sən zorla mənə ərə gəl". Ay bala getmir də. Bu uşaq təhsil almaq istəyir".

Aytacın bibisi qardaşı qızının başına müsibətlər gətirildiyini deyib.

"Heç kim, heç nə bilmir. Mən Aytacımın meyitini yumuşam. Onun başına müsibətlər gətirilib. Qızımı yuyanda qulağının dibindən, ağzından laxta-laxta qalanlar tökülürdü. Bu, dəhşətdir. Nə günahın sahibiydi Aytac? Ay Allah!

Aytacı beş yerindən bıçaqlamayıblar. Onun bədənində 9 bıçaq yarası var idi. Alnından, kürəyindən, qolunun altından, qarnından, qulağının diblərindən bıçaqlanmışdı. Üzü bıçaqla kəsilmişdi. Saçlarını çəngə-çəngə yolmuşdu, kəsmişdi. Əclaf, Aytacın saçından tutub, üzünü betona vurub. Onun üzünü yuyanda tanımaq olmurdu. Bu, müsibətdir. Aytaca işğəncə verilmişdi. Qızımızın həyatını məhv etdilər. Aytac o qədər gözəl idi ki, heç kəsin ona qıymağa cəsarəti belə çatmazdı.

O, çox ağıllı və tərbiyəli qız idi. Balamız heç vaxt geri qayıtmayacaq. O, oğlana ən ağır cəzanı da versələr, yenə də Aytacımız geri qayıtmayacaq.".

"Onu erməni də belə etməzdi…"

Aytacın babası Mürvət Babayev isə nəvəsini qətlə yetirən şəxsin ermənidən də vəhşi və qaniçən olduğunu söyləyib:

"Aytac mənim nəvəmdir. Mən 80 yaşlı bir baba kimi nəvəmin başına gətirilən faciəyə görə, həmin oğlana ən ağır cəzanın verilməsini tələb edirəm. Nəvəm vəhşicəsinə qətlə yetirilib. Nəvəmin kürəyinə səkkiz bıçaq vurulub. Üzünə çapıq çəkilib. Qolları, biləkləri doğranıb. Erməni o oğlandan yaxşıdır. İndiyə qədər belə vəhşilik görməmişəm".

A.Babayevanın dayısı isə qanın yerdə qalmayacağını deyib: "Biz haqq tələb edirik. Bacımın qızının qanı yerdə qalmasın. 17 yaşında uşağı o vəziyyətə salmazlar. Haqqımızı istəyirik. Aytacın qatilinə ən ağır cəza verilsin".

"Özgəcana görə Türkiyə ayağa qalxdı, Aytacın ölümünə niyə susurlar?"

Mərhumun qohumları bu hadisəni Türkiyədəki məşhur Özgəcanın qətli ilə müqayisə ediblər: "Aytacı nahaqdan qətlə yetiriblər. O, məktəbli şagird olub. Sabah kiminsə, bacısının övladının başına bu iş gələrsə nə edərlər? Gələcəkdə hamının başına gələ bilər. Biz Aytacın qatilinə ən ağır cəzanın verilməsini tələb edirik. Ona ömürlük cəza kəssinlər ya da güllələsinlər. Əslində qatili meydana çıxarıb barmaqlarını, başını, ətini kəsmək lazımdır. Onu dar ağacından assınlar. Onu deşik-deşik eləsinlər.

"Mən səni sevmirəm"-deyən adamın başına belə oyun açarlar? Aytac o qatili güclə sevməli idi?

Qatil dəli deyil. Dəli olsa dəllək işləməz. Ona ən ağır cəza verilməlidir. Türkiyədə bir qızın ölümünə görə bütün xalq ayağa qalxdı. Bizm qızımızın başına oyun açıblar. Hər kəs susub, yerində oturub. Hamı qorxur.

Budurmu ədalət? Biz dövlətimizə, onun rəhbərliyinə inanırıq. Onlardan Aytacın qatilinə ağır cəza verilməsini xahiş edirik".

azvision.az

Aytacın ailəsinin fəryadı — Onu dar ağacından assınlar - FOTOAytacın ailəsinin fəryadı — Onu dar ağacından assınlar - FOTOAytacın ailəsinin fəryadı — Onu dar ağacından assınlar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 19243   Tarix: 03 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 325
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 173
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

25.04.2024 172
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 332
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25.04.2024 294
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 694
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 366
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 843