Hədislərə tabe olmağın vacibliyi

Hədislərə tabe olmağın vacibliyiMənbə: http://zikr.az

Hədislər də Quran kimi Allahdan vəhydir

Uca Allah Quranda əsas şəriət hökmlərini müxtəsər şəkildə bildirmiş, onların izahını və təfsilatını isə Peyğəmbər (sallallahu aleyhi və səlləm) səhabələrinə öyrətmişdir. Buna "Sünnə" deyilir. Sünnə hədislərdə qeyd edilmişdir. Məsələn, namazın qılınma şəkli, hansı namazın neçə rükət olması, necə həcc etmək, zəkatı necə vermək, ailə, ticarət və s. məsələlərdəki şəriət hökmləri Quranda yoxdur, bunları hədislərdən öyrənirik. Ona görə də, Sünnə də Quran kimi peyğəmbərə (sallallahu aleyhi və səlləm) Allah tərəfindən endirilmişdir. Uca Allah buyurur: "Sənə də Zikri (Sünnəni) nazil etdik ki, insanlara, onlara nazil olanı (Quranı) izah edəsən və bəlkə onlar fikirləşələr" (ən-Nəhl, 44).
"Savadsızlara özlərindən elçi göndərən Odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara Kitabı (Quranı) və Hikməti (Sünnəni) öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər" (əl-Cumuə, 2)
Uca Allah bildirir ki, Peyğəmbərin Quran ayələrinə verdiyi izahat özbaşına yox, vəhy nəticəsində olmuşdur: "O, kefi istəyəni danışmır. Bu, ancaq (Allahdan) nazil olan bir vəhydir" (Nəcm surəsi, 4)

Uca Allah hədislərə tabe olmağı əmr etmişdir

Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
"Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!" (əl-Əhzab, 36)
Bu və çoxsaylı digər Quran ayələrində Uca Allah ibadətlərimizi Peyğəmbərin etdiyi kimi etmək, gündəlik həyatımızda, ailədə, işdə çıxan məsələlərdə Ondan nümunə götürməyi əmr etmişdir. Hədislərə tabe olmasaq, Quranda olmayan məsələlərdə necə davranmağı bilmək (məsələn, hansı namazı neçə rükət qılmaq) mümkün deyil.

Haradan bilək ki, hədislər doğrudur?

Uca Allah buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (əl-Hicr, 9). Uca Allah Quranı və onun təfsilatını bildirən hədisləri qoruyacağına vəd vermişdir. Həqiqətən də, 1400 ildən çox keçməsinə baxmayaraq, düşmənlər nə qədər cəhd etsələr də, Quranı və səhih hədisləri dəyişdirmək və ya yox etmək mümkün olmamışdır. Bəziləri ayədəki "Zikr" sözünün yalnız Quran olduğunu düşünürlər. Amma yalnız Quran qorunsa idi, ayələrin təfsilatı olmadan insanlar Peyğəmbərə necə tabe olmağı bilməzdilər, bu isə dinin itməsinə gətirərdi.
Həmçinin məlumdur ki, Peyğəmbərin ölümündən bir müddət sonrayadək Quran kitab halında olmamış, əzbər şəkildə öyrənilmiş və yayılmışdır. Quranı əzbərdən bir-birinə ötürən Peyğəmbərin səhabələri eyni qaydada hədisləri də ötürmüşlər. Səhabələrin isə Allahın və Onun Rəsulunun adından yalan danışması mümkün deyil, Uca Allah buyurur: "Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur" (ət-Tövbə, 100). Hədislərin bir hissəsi Peyğəmbərin dövründə səhabələr tərəfindən yazılmışdır. Digər səhih hədislər Buxari, Muslim, Əbu Davud, Tirmizi, İbn Macə və digər alimlər tərəfindən toplanaraq kitab halına salınmışdır.

Hədisləri kim inkar edir?

Hədisləri inkar edənlərin məqsədi insanları Peyğəmbərin yolundan uzaqlaşdırmaq və Qurana istədikləri kimi izahat verərək, öz istədiklərinə yönəltməkdir, dini parçalamaqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Həqiqətən mənə Quran və onun misli (hədislər) verilmişdir. Yaxın zamanlarda qarnı tox kimsə mütəkkəyə (əsaya) dirsəklənib (hədisləri inkar edərək), belə deyəcəkdir: Siz, yalnız bu Quranla kifayətlənin. Yalnız orada deyilən halalı halal, haramı isə, haram kimi qəbul edin". (Əhməd və Əbu Davud).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 5021   Tarix: 02 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956