"Elməddinin açıqlamaları kişilikdən deyil"- VİDEOMÜSAHİBƏ

"Elməddinin açıqlamaları kişilikdən deyil"- VİDEOMÜSAHİBƏ"Sən axı bilirsən ki, kim haradan gəldi kim oldu…".

Aktyor Elməddin Cəfərov vaxtilə çalışdığı "Tək səbir" verilişinin aparıcısı Həsən Əliyevlə münasibətlərinin soyuması səbəblərindən danışmışdı.

Qarşı tərəf aktyorun iddialarına cavab verib:

- Elməddin son müsahibəsində sizin onun haqqını yediyinizi, özünüzə villa, idman avtomobili alıb, ona isə ayda cəmi 100 dollar verdiyinizi söylədi. Bütün bunlar həqiqətdirmi?

– Bu cür məsələlər haqda danışmaq belə istəmirəm. Daima öz səviyyəmi qorumağa çalışmışam. O insan desəydi ki, Həsən zövqsüzdür, istedadı yoxdur, kobud insandır, Allah şahiddir ki, mən onun haqında bir kəlmə belə danışmazdım. Bu iddia isə tamamilə başqa cür iddiadır, burda etik söhbətlər gedir. Elməddinin dediyindən belə çıxır ki, Həsən oğrudur. Öncəliklə onu deyim ki, bu açıqlamalar nə məntiqdən, nə də kişilikdəndi. "Tək səbir" kollektivi ilə biz dost olduq, insanlar ordakı aktyorlara "Həsənin balaları" deyirdi. Hamısının xətirlərini çox istəmişəm, çoxusu ilə halallaşıb ayrılmışam. Amma hamısı ilə yox. Yaxşı, tutalım ki, mən uşaqların haqlarını əllərindən aldım. Mən o qədər qorxulu insanam ki, bütün komanda ayrıldıqdan sonra belə, bu hadisələrə göz yumdu? Elməddinə qarşı nəsə haqsızlıq olubsa, komandadan ayrılandan sonra gedib mediaya açıqlayaydı ki, Həsən mənim haqqımı yeyib. Tam 10 il sonra yatıb yuxusunda ona deyiblər ki, "Elməddin, artıq susmaq vaxtı deyil, Həsən sənin haqqını yeyib. Çıx bu haqda danış…" Bu hansı məntiqə uyğundur? Hətta "Tək səbir"in uşaqları zəng etdilər ki, "Həsən, bu nə məsələdir?" Hamı şoka düşmüşdü. İndi sizinlə o insan haqda danışıram, onun yerinə mən utanıram. Çünki biz çörək kəsmişik, bir-birimizin evinə getmişik. O mənim, mən onun ailəsini tanıyıram. Vallah ayıbdır… Əgər siz də bu gün həqiqəti araşdırsanız, bu, elə də çətin deyil. Həqiqəti ortaya çıxarmağın iki yolu var. Bütün "Tək səbir" kollektivi hal-hazırda yaşayır. Gedin, hamısından soruşun ki, Həsənin villası olubmu? Hal-hazırda varmı? Bəlkə nə vaxtsa olub, sonra satıb? Belə qara yalan dindar insana yaraşmaz. Bu gün mənim yerimdə oturan insan Elməddini məhkəməyə verərdi.

Bu məsələni aydınlaşdırmağın ikinci yolu isə mənim arxivimi yoxlamaqdır. Bu gün bunu etmək heç də çətin deyil. Araşdırın, baxın görün ki, mənim villam olubmu? Varsa, Elməddin məni həmin villaya aparsın. Ola bilər, bəlkə kimlərsə mənim adımdan villa alıb… Bəli, bir idman avtomobilim olub. 1994-cü il istehsalı olan həmin avtomobili 2005-ci ildə 5000 dollara kreditə almışam. Bütün bunları danışa-danışa çox utanıram, diksinirəm belə söhbətlərdən. Elməddinlə mənim aramızda olan münasibətdən zərrə qədər də məlumatınız yoxdur. Ancaq bu elə iyrənc iddiadır ki, mən bu məsələlərə aydınlıq gətirməliyəm. Siz bu məsələni Müşfiqdən, Fərdadan da soruşa bilərsiniz. Kollektivin heç bir üzvü susan insanlardan deyillər. Sözlərini üzə deməyi bacarırlar.

- Heydər Əliyev Sarayındakı konsertlərdən sonra aktyorlara 75 dollar verdiyiniz də iddia olundu…

– Biz Heydər Əliyev Sarayında iki il konsert verdik. Birinci il Sarayın hesabatı hər kəsə göstərildi. Yəni, hansı pul hara, nə qədər xərcləndi, bütün bunlar sübut olundu. Sarayın kirayəsi, işıq və səs effektləri və s. hamısı pulun böyük hissəsini tutdu. Vallah dəqiq yadımda deyil, 75 dollar vermişdim, yoxsa yox… Bunu yenə də uşaqlarla aydınlaşdıra bilərsiniz. İkinci il isə maliyyə işlərindən uzaq durdum. Uşaqlara dedim ki, bu il mən heç bir maliyyə işlərinə baxmayacam. Sarayda konsert vermək maddi cəhətdən sərf etmir. Ancaq insanların gözündə imic yaradır. Siz gərək Sarayda 5-6 gün konsert verəsiniz ki, toplu olaraq ordan gəlir əldə edəsiniz. Hələ də bu iddianın hardan çıxdığını anlaya bilmirəm…

Mən demirəm ki, hər şey qaydasındaydı. Bəli, münasibətimiz soyudu, biz ayrıldıq. Ancaq düşmən kimi ayrılmadıq. Aramızda bir mövzu oldu, amma bunu açıqlamaq istəmirəm. Bu məsələni o bilir, mən bilirəm, Allah bilir. Həmin məsələ mənə əmanətdir, axirətdə ikimiz bu haqda danışacağıq. Mən bu haqda danışmaq istəmirdim, dostlarımın təkidi ilə bu müsahibəni verirəm. Gəlin, hesabatlara baxaq, görək, "Tək səbir"in gəliri nə qədər olub? O vaxt sponsordan qazanc yox idi, hamısı telekanala gedirdi. Bizim büdcəmiz 1300 dollar olub. Sonra bunu 1700 etdilər. Birinci il mən və digər müəllif Məmmədağa pul almırdıq. Sadəcə, kənar işlər və reklam çəkilişləri ilə dolanırdıq. 12-13 nəfər insan idik və hər adama 100 dollar pul düşürdü. Bəzən mənə şikayət edirdilər ki, "sən uşaqların hamısına gördüyü işdən asılı olmayaraq, eyni pulu ödəyirsən". Mən də bilmirdim nə edim, axı kadrarxasında işləyən də əziyyət çəkir. Kollektivi seçməmişdim ki, bu, dostların komandası idi. Bir də, o insan videoda deyir ki, "məcbur oldum, reklamlara çəkildim, toylara getdim". Anlamıram, insanlar bu gün toya getmək, reklama çəkilmək üçün dəridən-qabıqdan çıxır. Burda ayıb bir şey yoxdur. Bunu istəmirdin, başqa işlə məşğul olaydın. Müsahibəni oxuyuram, anlaya bilmirəm ki, məni tərifləyir, ya pisləyir. Bilmirəm, bunlara nə cavab verəcək. Sən axı bilirsən ki, kim hardan gəldi kim oldu, bu, mənə əmanətdir…

a24.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 6159   Tarix: 02 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

Bu da Afət Fərmanqızının HEÇ YERDƏ GÖRMƏDİYİNİZ OĞLU - FOTO

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Afət "İnstagram" hesabında yeni foto paylaşıb. Fotoda müğənninin oğlu da yer alıb. Afət şəkli paylaşaraq oğlunun üzünü gizlədib. İzləyiciləri onun bu addımını birmənalı qarşılamayıb. Həmin fotonu təqdi

19.05.2021 13239
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229