Bu maşınların texniki baxışına 6 gün qaldı - XƏBƏRDARLIQ

Bu maşınların texniki baxışına 6 gün qaldı - XƏBƏRDARLIQRusiya və MDB dövlətlərində istehsal olunan nəqliyyat vasitələrinin texniki baxış müddəti aprelin 30-da bitir
Məlum olduğu kimi, hər il yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayır. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında "VAZ", "QAZ", "Moskviç" və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov avtosfer.az-a açıqlamasında texniki baxışdan hələ də keçməyən sürücülərə xəbərdarlıq edərək onları qanunun tələblərini yerinə yetirməyə çağırıb: "Texniki baxışa təqdim olunmalı olan nəqliyyat vasitələrinin sahibləri bilməlidirlər ki, Dövlət Yol Polisi bu məsələyə çox ciddi yanaşır və texniki baxışdan keçməyən avtomobil sahibləri məsuliyyət daşıyırlar. Onları texniki baxışdan keçməməyə görə müvafiq olaraq 50 manatdaq 300 manatadək cərimə gözləyir".

Vaqif Əsədov bildirib ki, texniki baxışdan keçmək nəqliyyat vasitəsinin saz vəziyyətdə olub-olmadığını aydınlaşdırmaq, istismara yararlı olmasını müəyyənləşdirmək üçün vacibdir: "Sürücülər bu işdə özləri maraqlı olmalıdırlar ki, idarə etdikləri nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olub-olmadığını bilsinlər. Rusiya və MDB istehsalı olan nəqliyyat vasitələrinin texniki baxış müddəti aprel ayının 30-da başa çatır. Yəni, aprelin 30-u axıncı gündür. Yol polisi texniki baxışdan keçməyən avtomobil sahiblərini istismar etdikləri nəqliyyat vasitələrini texniki baxışa təqdim etməyə çağırır. Burada məqsəd həm də ondan ibarətdir ki, istismara yararsız olan, texniki cəhətdən nasaz sayılan nəqliyyat vasitələrini aşkar edək, onların çıxdaş edilməsində vətəndaşlara köməklik göstərək. Texniki cəhətdən nasaz avtomobillərin idarə edilməsi qanunla qadağandır. Artıq texniki baxış məntəqələrində nəzarət daha da gücləndirilib. Nasaz avtomobillər istismardan çıxarılacaq".

Avtosfer.az xatırladır ki, qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu ildən başlayaraq nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisi ləğv edilib. Ona görə də texniki baxışa gedən nəqliyyat vasitəsi sahibləri yalnız baxış üçün dövlət rüsumu ödəyəcəklər. Dövlət rüsumu isə avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulub. Bu rüsumlar mühərrikin iş həcmindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxış zamanı həmin rüsumdan və rüsumu bank vasitəsilə ödədiyiniz halda 1 manatdan artıq olmayan bank xərcindən əlavə hər hansı ödəniş nəzərdə tutulmur və heç kəs belə ödənişi sizdən tələb edə bilməz.

Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:

1) sürücülük vəsiqəsi;

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi);

3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;

4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi.

Bundan başqa, texniki baxışa təqdim edəcəyiniz əsas şey saz vəziyyətdə olan nəqliyyat vasitənizdir. Nəqliyyat vasitəsinin sazlığına dair tələb "Yol hərəkəti haqqında" Qanunun 1 saylı Əlavəsində verilib. Əgər avtomobiliniz, motosikletiniz və ya onların qoşqusu həmin Əlavədə nəzərdə tutulan tələblərə uyğun deyilsə, o cümlədən əlavə vasitələrlə (odsöndürən, dərman qutusu, qəza dayanma nişanı) təchiz edilməmişdirsə, texniki baxışdan keçməkdə probleminiz olacaq. Odur ki, nəqliyyat vasitənizin sazlığına xüsusi diqqət yetirməlisiniz. Bizdə olan məlumata görə, bu il DYP-də nəqliyyat vasitələrinin texniki baxışına diqqət bir qədər də ciddiləşdirilib.

Nəzərə alın ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 300 manat cərimə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1796   Tarix: 25 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 202
.

Sabah 30 dərəcə isti olacaq

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləy

23.04.2024 251
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 163
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23.04.2024 301
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 142
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 359
.

Azərbaycanda bu məhsul ucuzlaşdı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. -a istinadən xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərdə xiyarı

23.04.2024 347
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23.04.2024 578
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 382