Səni axtarıram yalnız ATV də yayımlana bilər

Səni axtarıram yalnız ATV də yayımlana bilərMüəllif Hüquqları Agentliyi (MHA) "Səni axtarıram" televiziya verilişi ilə bağlı şərh açıqlayıb.

MHA-dən verilən məlumatda bildirilib ki, son günlər kütləvi informasiya vasitələrində "Səni axtarıram" televiziya verilişinin müstəsna müəlliflik hüququnun kimə məxsus olması barədə müxtəlif yazılar gedir.

Bildirilib ki, "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyası (ATV) ilə Baxşəliyeva Xoşqədəm Hidayət qızının birgə məhsulu olan "Səni axtarıram" televiziya verilişinin dövlət qeydiyyatına alınması ilə bağlı 2013-cü il 09 sentyabr tarixində ATV-nin prezidenti Vüqar Qaradağlı Agentliyə məktubla müraciət edib.

Məsələnin hüquqi aspektləri ilə bağlı bildirilib ki, əlaqəli hüquqlar obyekti olan "Səni axtarıram" televiziya verilişi agentlikdə şərikli əsər kimi dövlət qeydiyyatına alınıb, ondan müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsusdur. Tərəflərə 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında müvafiq nömrəli şəhadətnamələr verilib.

Qeyd olunub ki, müəllif-hüquq qanunvericiliyinə görə, şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə yaratmış müəlliflərə məxsusdur. "Səni axtarıram" verilişi parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən, qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal (şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı yoxdur.

ATV və Xoşqədəm Hidayətqızı arasında bağlanmış müəllif müqaviləsinin şərtlərinə əsasən, veriliş yalnız ATV kanalında həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər yayımlana bilər və tərəflərin qarşılıqlı razılığı olmadan digər televiziya kanallarına verilə bilməz. Verilişin formatının dəyişdirilməsi, digər formatda istifadəsi, retranslyasiyası də həmçinin tərəflərin qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər.

Müqaviləyə əsasən, ssenari müəllifi və aparıcı Xoşqədəm Hidayətqızına əmək haqqı ödənişi onunla ATV arasında bağlanmış əmək müqaviləsi ilə həyata keçirilib və verilişin hazırlanması və ATV-də yayımına görə ssenari müəllifi və aparıcısına qonorar ödənilmir.
Beləliklə, verilişin ayrılmaz, parçalanmayan şərikli obyekt kimi istifadəsi (yayılması) müəllif-hüquq nöqteyi-nəzərindən iki hüquqi rejimlə bağlıdır:

a) 2015-ci 1 oktyabr tarixinə qədər əlavə ödəniş, o cümlədən qonorar almayan və ATV ilə əmək müqaviləsi ilə bağlı olan Xoşqədəm Hidayətqızının verilişi yalnız ATV-də istifadə olunur. Bu vəziyyətdə verilişin dayandırılması, dəyişməsi, yayımı və s. hüquq sahibi kimi ATV-nin inzibati qərarından asılıdır;

b) 2015-ci il 1 oktyabr tarixindən sonra müəllif müqaviləsinin müddəti hüquq sahibləri tərəfindən uzadılmadığı halda və ya Xoşqədəm Hidayətqızının ATV-ilə əmək müqaviləsinə istənilən zaman xitam verildiyi halda, hər-hansı bir tərəfin diğər tərəfə verilişin istifadəsinə qadağa qoyması yalnız onun əsaslı səbəbləri olduqda mümkündür. Bununla belə, qadağa qoyan tərəf istifadəyə razılıq verdiyi halda, digər tərəf həmin verilişi yenidən istifadə edə bilər.

O da bildirilib ki, verilişdən (əlaqəli hüquqlar obyekti) fərqli olaraq, ssenari bilavasitə müəllif hüququ obyektidir. Səhadətnaməyə əsasən, "Səni axtarıram" əsərinə şəxsi hüquqlar, o cümlədən ssenariyə müəlliflik hüququ Xoşqədəm Hidayətqızına məxsusdur.

Bu isə o deməkdir ki, ATV ilə əmək müqaviləsinə xitam verildikdən sonra, o, ssenariyə əsaslanaraq, verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və istənilən telekanal vasitəsilə yayımlaya bilər. Danışıqlar yolu ilə mübahisə həll edilmədiyi halda, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, tərəflər məhkəməyə müraciət edə bilərlər.

axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3096   Tarix: 16 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880