Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi

Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları"nı təsdiq edib və Qaydalar aprelin 7-dən qüvvəyə minib.

Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları"nın təsdiqlənməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2001-ci il 8 noyabr tarixli 18-2 nömrəli qərarı ləğv edilib.

Yeni Qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir.

Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir.

2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan "B", "C", "D", "BE" və "CE" kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir. İndiyə qədər qüvvədə olan Qaydaya əsasən, "BE" və "CE" kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə 2-ci ixtisas sinfi verilməyib.

1-ci ixtisas sinfi isə 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə veriləcək.

Öncəki Qaydaya əsasən "CE" və "DE" kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə 1-ci ixtisas sinfi verilməyib

Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsinə işəgötürən tərəfindən yaradılmış "Sürücülərin ixtisas sinfi üzrə komissiya" tərəfindən baxılır. Komissiyanın qərarı komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və işəgötürənin əmri ilə rəsmiləşdirilir.

Komissiyanın tərkibinə işəgötürənin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. İşəgötürəndə həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə seçilir. Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi vasitəsilə 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər sistem tərəfindən müəyyənləşdirilərək bu barədə işəgötürən tərəfindən məlumatlandırılırlar.

Sürücülərin bu Qaydalarla müəyyən edilmiş 1-ci və ya 2-ci ixtisas sinfi üçün peşəkarlıq səriştəsi və ya işgüzar keyfiyyətləri pisləşdikdə (o cümlədən yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edildikdə) işəgötürən sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi üçün komissiyaya rəsmi müraciət edir. Bu halda komissiya 3 təqvim günü müddətində məsələni araşdıraraq müəyyən edilmiş peşəkarlıq səriştəsinin və ya işgüzar keyfiyyətlərin pisləşdiyi halda sürücünün müvafiq ixtisas sinfindən məhrum edilməsi barədə qərar qəbul edir və dərhal işəgötürənə rəsmi məlumat verir.

1-ci ixtisas sinfi avtomobil sürücüsünə tarif (vəzifə) maaşının 25%-i, 2-ci ixtisas sinfi avtomobil sürücüsünə isə tarif (vəzifə) maaşının 10%-i miqdarında əlavə haqq ödənilir. Bu Qaydalar qüvvəyə minən tarixədək müvafiq ixtisas sinfi almış sürücülər nəqliyyat vasitələrinin kateqoriyalarına qoyulan tələblər baxımından komissiya tərəfindən ixtisas sinfindən məhrum edilə bilməz.

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3001   Tarix: 15 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

17:32 120
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

21:00 68
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

20:44 134
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

21:46 0
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 202
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

22:30 0