Bakı 2015 həyəcanına start verildi - FOTO

Bakı 2015 həyəcanına start verildi - FOTOBakı 2015 həyəcanına start verildi - FOTOLissabon – Bakı marşrutu üzrə velosiped yürüşü təşkil edilib.

Portuqaliya Milli Olimpiya Komitəsi Birinci Avropa Oyunlarının açılış mərasiminin təşviqi məqsədilə, Lissabon – Bakı marşrutu üzrə velosiped yürüşü təşkil edib.

Bu ideyanın müəllifi, 53 yaşlı velosipedçi və macəra həvəskarı olan Corc Kristovaodur. Yürüşə Lissabonun Torre de Belem abidəsinin qarşısında start verilib. Bununla bağlı təşkil edilən tədbirdə Portuqaliyanı Bakıda təmsil edəcək idmançılar, məşqçilər, milli idman federasiyasının nümayəndələri, Corc Kristovaonun ailəsi və dostları daxil olmaqla yüz nəfərdən artıq insanın iştirak edib.

Birinci Avropa Oyunları zamanı Portuqaliya Milli Olimpiya Komitəsinin nümayəndə heyətinə rəhbərlik edəcək Xose Qarsiya ölkənin milli bayrağını C.Kristovaoya təqdim edib. O isə, iyunun 10-da Bakıya çatdıqdan sonra, bayrağı Avropa Oyunlarının açılış mərasimində daşımaq üçün Xose Qarsiyaya geri qaytaracaq.

Corc Kristovaoya 7000 kilometrə yaxın məsafəni qət etmək üçün, elektriklə işləyən velosiped hədiyyə olunub və Portuqaliya Milli Olimpiya Komitəsinin prezidenti Xose Manuel Konstantino Bakı şəhərinə doğru yürüşün marşrutu üzərində yerləşən ölkələrin milli olimpiya komitələrinin prezidentlərinə ünvanlanan məktubları təqdim edib. C.Kristovao məktubları səfər zamanı İspaniya, Fransa (Kot de Azur ofisi), Monako, İtaliya, Türkiyə, Gürcüstan və Azərbaycanın milli olimpiya komitələrinin rəhbərlərinə, eləcə də, Romada Avropa Olimpiya Komitəsinin baş qərargahına və Yunanıstanın Saloniki şəhərində Olimpiya Muzeyinə çatdıracaq.

Portuqaliya Milli Olimpiya Komitəsi prezidentinin və Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin məktubları bütün Avropa və dünyanın bəzi ölkələrində təbliğat aparmaqla, digər Milli Olimpiya Komitələrini Avropa Oyunlarında ən yaxşı idmançıları ilə iştiraka şövq edəcək.

Tədbirin sonunda Lissabon şəhərinin yeni meri Fernando Medina Corc Kristovaoya Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanlanmış məktubu təqdim edib.
Ötən il, Bakı-2015 Avropa Oyunları təşviqat strategiyasının işlənib hazırlanması üçün möhtəşəm açılış mərasiminə dəvətnamələr göndərərək ən yaxşı ideyaların irəli sürülməsi üçün çağırış edib. Ən çox bəyənilən fikir isə Bakıya velosiped yürüşü olub. Bu təklifə əsasən, Portuqaliya Milli Olimpiya Komitəsinin Lissabondan Bakıya doğru təşkil etdiyi yürüş bütün qitəni əhatə edəcək.

"Lissabondan Bakıya velosiped yürüşünün təşkili ideyasının həyata keçirilməsinə çox şadıq. Corcun səyahəti Avropa Oyunlarının açılış mərasimi haqqında bütün qitənin məlumatlandırılmasına yardım edəcək.

Bakı-2015 təşəbbüsünün Avropada Milli Olimpiya Komitələri arasında ruhlandırıcı nümunə olduğunu görmək mümkündür. İyun ayında Corcu Bakıda qarşılamağı səbirsizliklə gözləyir və səyahəti zamanı ona uğurlar arzulayırıq", - deyə, Bakı-2015 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirib.

Bütün səyahəti (www.lisboa2baku.com) rəsmi internet səhifəsi, eləcə də sosial şəbəkələr (Facebook, YouTube və Flickr) vasitəsilə izləmək olar.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1104   Tarix: 14 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378