Qlamur ayaqqabılar - FOTO

Qış mövsümünün sonuna yaxın dəbə minən platforma ayaqqabı modelləri bahar aylarında da dəbdədir. Artıq neçə mövsümdür ki, bu ayaqqabılar dəbdən düşmür.

Dizaynerlər onun yeni formalarını, rənglərlərini və fakturalarını təqdim etməklə bizi təəccübləndirmək davam edirlər. "Moschino", "Vivienne Westwood", "Salvatore Ferragamo", "Saint Laurent", "Roberto Cavalli", "Pradа" və digər demokratik brendlər yaz və yay kolleksiyalarında kobud deyil, gündəlik stildə parlaq rol oynaya bilən daha şux platforma modellər təklif edirlər. Onları fərqləndirən əsas üstün cəhət altı həm düz, həm də dabanlı olmalıdır.

Dizaynerlər avanqard ideyalarını platforma ayaqqabılar üzərində sınaqdan keçiriblər. Xüsusi ilə bu mövsüm onların hər biri xüsusi rahatlığı və universallığı ilə fərqlənir. Kuturyelər tanketkalardan hətta əsl sənət əsərləri düzəldiblər deyə bilərik. Bəzi modellər nəfis ornamentlərlə, digərləri isə metal və zəncir dekorla bəzədilib. Yaddaqalan rənglər, gözlənilməz dekorlar, kristallar bahar obrazına rəng qatır. Ayaqqabılardakı parlaq rənglər, qeyri-adi bəzəklər və fasonlar bütün diqqəti ayaqlara cəlb edəcək. Dizaynerlər ayaqların gözəlliyini vurğulamaq üçün əlindən gələni ediblər. Bir sözlə, rahat platforma və ya davamlı tanketka ayaqqabılar ultra dəbli yay obrazları yaratmaq üçün qarderobunuzun şah əsəri olmağa iddialıdır.

Bu ayaqqabı modelləri istər idman, istər klassik, istərsə də rok tərzində təklif olunur. Bir müddət əvvələ qədər kobud olduğunu düşündüyümüz platforma və tanketka ayaqqabılar əslində düzgün geyinildiyi zaman ayaqları seksual və qəşəng göstərir.

Platforma ayaqqabılar hündürlüyünə və tərzinə görə növlərə bölünür. Müasir modapərəstlər alternativ kimi dabanlı tanketka modelləri seçirlər. Belə ayaqqabılar ayaqda zərif görünür, o cümlədən rahatlığı ilə seçilirlər. Platforma və tanketka ayaqqabılar gənclər arasında çox dəbdədir. Amma bu dəbin tezliklə bütün yaşından asılı olmayaraq, bütün qadınların sevimlisi olacağına heç bir şübhə qalmayıb.

Rahatlıq və komfort

Əgər bu tərz ayaqqabılar almaq qərarına gəlmisinizsə, daha alçaq dabanlı modellərdən başlayın. Bu modellər uzun müddətli gəzintilər üçün çox əlverişli və rahatdır.

Platforma və tanketka olan ayaqqabının səthi geniş olduğu üçün bütün günü onun üstündə keçirmək olar. Ayaqqabının bu üstünlüyü ayaqlarınızı yorulmağa qoymayacaq.

Yeri gəlmişkən, bu il platforma ayaqqabıların rahatlığı ilə seçilən Oksford modelləri ilə sintez olunmuş halları da çox aktualldır.

İsti havalar üçünsə üstü açıq modellər təklif olunur. Üstü açıq platforma ayaqqabıları çox qlamur görünürlər.

Model müxtəlifliyinə görə platforma və tanketka ayaqqabıları həm iş paltarı, həm də axşam, həm də gündəlik obrazla uyğunlaşdırıla bilər. Belə ayaqqabılar yüngül geyimlərlə və ətəklərlə əla olacaq, həmçinin cins şalvarlarla bir-birinə yaxşı yaraşırlar. Tanketkalar etnik və ya bohem obrazını çox gözəl tamamlayır.

Ayaqqabı seçimində ayaqların böyüklüyünü nəzərə alın. Səhv model aldıqda, ayaqlarınız olduğundan böyük və kobud görünəcək. Ayaqlarınız böyükdürsə, mütləq girdə burunlu modellərə üstünlük verin. Bu modellər ayaqları olduğundan daha kiçik göstərir.

Platforma ayaqqabı alarkən qıçların uzunluğuna və qalınlığına da fikir vermək lazımdır. Ayaqlarınız qısa və qalındırsa, bu ayaqqabıları midi ətəklə geyinməyin. Əks halda, ayaqların qalınlığı daha qabarıq formada görünəcək. Platforma ayaqqabıları midi ətəklərlə geyinin. Lakin mini ətəklə geyinməyə qərar vermisinizsə, dabanın çox hündür olmasına fikir verin. Daban nə qədər hündür olsa, ayaqlar bir o qədər uzun və qamətli görünürlər.

70-cı illərin enli balaq şalvar modellərini, ələlxüsus da boyunuz uzun deyilsə, mütləq platforma ayaqqabı ilə geyinin.

Qlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTOQlamur ayaqqabılar - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 14502   Tarix: 14 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222