Azərbaycanlı məşqçi Türkiyə kanalına müsahibə verdi

Azərbaycanlı məşqçi Türkiyə kanalına müsahibə verdiTürkiyənin TRT Avaz kanalı da Bakıda keçiriləcək Avropa Oyunlarına biganə qalmayıb. Kanal Avropa oyunlarına hazırlıq, idmançıların durumu ilə bağlı reportaj hazırlayıb.

Reportaja mötəbər turnirdə medal gətirəcəyinə ən çox inanılan güləş milli komandası ilə başlayıblar. Elə kanaldan da bu cür şərh gəlib:

"Azərbaycanın ən iddialı olduğu idman növlərindən biridir. Bir ay öncə də Tehranda dünya kubokunda yunan-Roma güləşçiləri komanda şəklində çempion oldular. Bundan öncə də Azərbaycan güləş yığmaları bir çox çempionluqlar yaşayıblar. Bu da təbii ki, gözləniləni artırır".

Daha sonra kanal sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudovdan müsahibə götürüb. Müxbir F.Umudovu tanıdarkən 2012-ci ildə "dünyanın ən yaxşı məşqçisi" seçilməsinə də toxunub.

Böyük məşqçi güləşçilərin baş tutan təlim-məşq prosesindən də danışıb:

"İlin əvvəlində Kislovodsk şəhərinin Olimpiya idman bazasında təlim-məşq toplanışına başladıq. Bir çox beynəlxalq turnirlərdə iştirak etdik. Bir neçə gündən sonra ABŞ-dakı Dünya kuboku üçün yola düşəcəyik. Bundan sonra da I Avropa Oyunları gəlir. Elə bu da bizim builki əsas hədəfimizdir".

Firdovsi Umudov jurnalistin "neçə qızıl medal götürə bilərsiz?" sualına belə cavab verib:

"Sərbəst güləşçilərimiz 8 çəki dərəcəsində mübarizə aparacaq. Komandanın heyətində bir neçə güləşçi var ki, onlara daha çox ümid bəsləyirik. Ümumilikdə isə bütün güləşçilərimizdən uğurlu çıxış gözləyirik. Onların qızıl, gümüş, bürünc medallar qazanmaq potensialları var və qazanacaqlar. Çünki hazırlıq yüksək səviyyədə gedir. Həm dövlətimiz, həm güləş federasiyası, həm də Gənclər və İdman Nazirliyi tərəfindən yüksək şərait yaradılıb. Biz də bundan bəhrələnib qarşıdakı yarışlarda xalqımızı sevindirməliyik".

Daha sonra mütəxəssis İlk Avropa Oyunlarına toxunub:

"Nəzərinizə çatdırım ki, mən də güləşçi kimi millinin tərkibində bir çox yarışlarda olmuşam. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Bu gün milli komandanın tərkibində olanlar 1990-1992-ci il təvəllüdlü idmançılardır. Onlar mənim çıxış etdiyim vaxtdakı kimi çətin şəraiti görməyiblər. O dövrdə belə idman zalları, idman qurğuları yox dərəcə idi. Biz o vaxt xəyal edirdik ki, Azərbaycanda beynəlxalq yarışlar keçirilə bilər. İndi Azərbaycanda beynəlxalq yarışlar keçirilir, dünya kuboku turnirləri təşkil olunur. İndi isə I Avropa Oyunları keçiriləcək. Biz də çalışacağıq ki, inamı doğruldaq".

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1625   Tarix: 03 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

"O, mənim tək sevgimdir" - Könül Muxtarova ilə MÜSAHİBƏ

Tanınmış aparıcı, Lider Tv-nin siması Könül Muxtarova -ın qonağı olub. Həmsöhbətimizlə həyat və yaradıcılığındakı yeniliklər, gündəmdə olan məsələlər barədə danışdıq. Sözügedən müsahibəni təqdim edirik:. Xoş gəlmisiniz. İşləriniz necə gedir? Hansı yeniliklər var?. Xoş gördük. İşlərim stabildir. Yen

05.03.2020 6515
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360