Əlillər Türkiyəyə göndərildi

Əlillər Türkiyəyə göndərildiBir qrup əlilliyi olan şəxs Türkiyəyə bərpa müalicəsinə yola salınıb.

Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası, habelə xarici ölkələrdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Bu istiqamətdə aparılan məqsədyönlü işlərin uğurlu davamı olaraq, aprelin 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 28 nəfər əlilliyi olan şəxs Türkiyəyə bərpa müalicəsinə yola salınıb.

Bu barədə ƏƏSMN-nin mətbiat xidmətindən verilən məlumatda bildirilir.

Əlilliyi olan şəxslərin yola salınması zamanı ƏƏSMN-nin nazir müavini Natiq Məmmədov onların həmin şəxslərin Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklərini diqqətə çatdırıb: "Dənizli bölgəsi müalicəvi təbii resursları, o cümlədən mineral bulaqları, şəfalı suyu, təbii palçıq sahələri və s. ilə zəngin bir sanator-kurort məkanı kimi dünyada məşhurdur. Buradakı Nobel Tibb mərkəzi səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.), peşəkar həkim-reabilitoloq personalı və xidmət səviyyəsi ilə nüfuz qazanmış bərpa müəssisələrindən biridir. Mərkəzdə bölgənin qeyd olunan müalicəvi təbii potensialından geniş istifadə olunmaqla yanaşı ən müasir tibbi reabilitasiya vasitələri tətbiq olunur və aparılan bərpa-müalicə prosedurları əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşma yaradır".

N.Məmmədov bildirib ki, ölkədə bütün sosial proqramların cari ildə də uğurla davam etdirilməsi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili sahəsində də özünü göstərir: "Bu il ərzində nazirlik tərəfindən 115 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşaiyəti ilə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə 190 nəfərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili nəzərdə tutulur. Bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20 faizədək çoxdur".
Nazir müavini qardaş ölkəyə bərpa-müalicəsinə yola salınan şəxslərin orada 5 ulduz oteldə yerləşdiriləcəklərini, onların bərpa müalicəsinə nəzarət etmək, habelə müvafiq reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə ƏƏSMN-nin bir nəfər həkiminin Türkiyəyə ezam olunduğunu da qeyd edib.

azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 629   Tarix: 02 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774