Peşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTO

"Səni bıçaqlayıb, öldürəcəm".

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz ş.sakini Əlihüseyn Fətullayevin (1996-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

ötən il noyabrın 13-ü axşam saat 19.30-da Xaçmaz şəhərində, N.Nərimanov küçəsində yerləşən 92 saylı peşə liseyinin yaxınlığında fəaliyyət göstərən "Çempion" adlı internet klubda Əlihüseyn Fətullayev qonşuluqda yaşayan Polad Nəbiyevlə (1994-cü il təv.) mübahisə edib. Polad şit zarafatlar edərək, atmacalar atdığına görə Əlihüseyn ona iradını bildirib, buna görə Nəbiyev onun anasının ünvanına nalayiq ifadələr işlədib.

Fətullayev qonşusuna gücü çatmadığı üçün yaşadığı evə gedib mətbəx bıçağını götürüb və geri qayıdıb. Poladın həmişə dayandıqları peşə liseyinin qarşısında dayandığını görüb, ona yaxınlaşıb və bıçaqla bədən səthinə ümumilikdə 7 zərbə endirib. Aldığı zərbələrdən Nəbiyev liseyin sağ tərəfindəki köşkün qarşısında yıxılıb. Elə həmin axşam Əlihüseyn polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Hadisə yerinin müayinəsi zamanı Polad Nəbiyevin arxasıüstə olan vəziyyətdə meyiti peşə liseyinin qarşısındakı istifadə olunmayan tikilinin yanında aşkar edilib, həmin yerdən 7 metr aralıda bir ədəd bıçaq və mərhuma məxsus gödəkçə tapılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Polad Nəbiyev döş qəfəsi boşluğuna nüfuz edərək sol ağ ciyərin zədələnməsi nəticəsində inkişaf edən kəskin qanitirmədən ölüb.

Məhkəmə prosesində Əlihüseyn Fətullayev həftənin şənbə və bazar günlərində fərdi qaydada Xudat şəhər kənd təsərrüfatı məhsullarının satışı aparılan bazarda çörək pulu qazanmaq üçün fəhləlik etdiyini bildirib. Polad Nəbiyevi təxminən iki ilə yaxındır ki, məhəllə uşağı kimi tanıyıb, həmin şəxs ona heç nədən tez-tez sataşıb, atmacalar atıb, hətta bir dəfə keçən ilin yayında onu səbəbsiz kompüter salonunda döyüb. Bundan başqa Polad digər uşaqlara da atmacalar atıb, sataşıb, fiziki cəhətdən güclü və davakar olduğuna görə heç kim Nəbiyevlə qabaqlaşmayıb.

Hadisə günü günorta saat 14 radələrində o tanışı Bəxtiyara məxsus çayxanaya gedərək, orada tək oturub yarım litrlik araq içib, həmin vaxt ora Məlik adlı şəxslə Polad da gəlib, onlar masada əyləşib çay içiblər. Axşam ordan çıxaraq həmişə dayandıqları "Xəzər" parkının yanına gediblər.

Orada olarkən yenidən Poladın ona qarşı acıqlı və dəyişkən münasibətini hiss edib, heç bir səbəb olmadan Nəbiyev Fətullayevin yaxasından tutub, vurmaqla hədələyib. Onunla zarafat etməyə başlasa da, Əlihüseyn bu cür zarafatlar etməməsini bildirib. Bu zəmində aralarında mübahisə başlayıb, Polad gücünə arxalanıb, əlini yumruq şəklində sıxaraq, onun anasının ünvanına söyüş söyüb. Nəbiyevin ondan güclü olduğunu bilən Fətullayev, ona orada gözləməsini deyib və N.Nərimanov küçəsindəki 68 saylı binada yerləşən mənzillərinə gəlib. Ailə üzvlərinin yemək yediklərini görən Əlihüseyn masanın üstündən bıçağı götürüb evdən çıxıb. Qaça-qaça peşə liseyinin qarşısına gələrək Poladın tək dayandığını görüb üstünə hücum edib.

"Səni bıçaqlayıb, öldürəcəm" deyərək, sağ əlində tutduğu bıçaqla onun döş qəfəsindən vurmağa başlayıb. Nəbiyev zərbələrdən yerə yıxılıb, Əlihüseyn isə özünü itirib və oradan qaçaraq, bağlarına gedib. 1-2 dəqiqədən sonra arxasınca anası ağlaya-ağlaya gəlib, təxminən 15 dəqiqədən sonra arxasınca Xaçmaz RPŞ-nin əməkdaşları gəliblər.

Zərərçəkən Məryəm Hüseynova bildirib ki, həmin axşam Leyla adlı qonşusu evinə gələrək, oğlu Poladın peşə liseyinin qarşısında qan içində uzandığını gördüyünü xəbər verən kimi yaşadığı evdən çıxıb, ora qaçıb və sözügedən yerdə oğlunun yerdə uzandığını görüb özündən gedib.

Eşitdiyinə görə, hadisədən əvvəl internet klubun içərisində, ardınca isə küçədə Əlihüseynlə Polad nəyə görəsə mübahisə ediblər, sonra isə kinli olan təqsirləndirilən şəxs evlərinə gedib bıçaq götürərək liseyin qarşısında tək dayanan oğluna hücum edib və onu öldürüb.

İş üzrə 12 nəfər şahid dindirilib.

Araşdırma zamanı məlum olub ki, Fətullayev 2012-ci ildə nənəsi Lətifə Məmmədovanın evindən qızıl-zinət əşyaları oğurladığına görə RPŞ-nin əməkdaşları tərəfindən tutulub və 2013-cü ilin yanvar ayında rayon məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

oxu.az

Peşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTOPeşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTOPeşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTOPeşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTOPeşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTOPeşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTOPeşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTOPeşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTOPeşə liseyinin qarşısında qonşusunu öldürən gənc 13 il cəza aldı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1660   Tarix: 01 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 408
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 309
.

Xaçmaz sakini bir aydan çox mədəsində çəngəllə yaşadı - VİDEO

Əslən Qubadan olan Xaçmaz sakini çəngəl udub. Bu barədə "Şimal news" məlumat yayıb. Belə ki, 44 yaşlı A.Ağayev bədənində ağrılar səbəbindən Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Qastroenteroloqun müayinəsindən sonra onun qarnında çəngəl olduğu aşkarlanıb. Həkim bildirib ki, yad cisi

13:01 238
.

Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı

Fələstin administrasiyası yeni kabinetin formalaşdığını açıqlayıb. Prezident Mahmud Abbas cümə axşamı prezident fərmanı ilə yeni hökumətin tərkibini açıqlayıb. Məlumata görə, kabinetdə digərləri ilə yanaşı, erməni qadın nazir də təmsil olunur. Fələstinin yeni hökumətinin üzvlərindən biri Varsen Ağabekyandır

14:28 176
.

Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

Bərdə şəhərində yerləşən və "Köhnə bazar" adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyə

17:22 194
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 135
.

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini

17:12 499
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 206
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 414