Ölümünü yuxusunda görən prezident

Ölümünü yuxusunda görən prezidentKüçələrdə tünlük idi. Dəfn prosesinə hazırlıq gedirdi. Avraam Linkoln kütlənin arasındaydı, onu əhatə edən gözü yaşlı, hüznlü adamlara təəccüblə baxırdı. O, yanındakı şəxsdən soruşdu:

- Kimi basdırırlar?
Cavabı zorla eşitdi:
- Avraam Linkolnu!
ABŞ prezidenti içini çəkdi və... yuxudan oyandı.

Səhər yeməyi zamanı o, yuxusunu arvadına danışdı. Bilmirdi ki, ömrünün sonuna cəmi bir neçə saat qalıb...

Köləliyi ləğv edəndən sonra onun həyatı gərginlik içərisində keçirdi. Məsələ təkcə dindar əhalinin münasibətində deyildi, ağdərili plantasiya sahiblərindən də daimi təhlükə vardı. Təəccüblü deyildi, axı onlar ucuz işçi qüvvəsindən məhrum olunmuşdular.

&Vaşinqton Kronikl& qəzeti ondan sitat gətirirdi: &Prezidenti qorumağın yeganə etibarlı yolu onu dəmir qutuya yerləşdirməkdir. Orada o, təbii ki, güvənlikdə olacaq, amma öz vəzifələrini yerinə yetirə bilməyəcək&.

Artıq bir neçə sui-qəsd cəhdi olmuşdu. Hələ üç il bundan əvvəl Linkoln zorla xilas ola bilmişdi: muzdlu qatilin gülləsi onun şlyapasında dəlik açmışdı.
O zamandan etibarən prezident daim ölümün qaçılmazlığı barədə düşünürdü, amma onun ölkə qarşısında öhdəlikləri vardı və borc hər şeyin fövqündə idi.

Əslində, o, başlıca məqsədinə nail olmuşdu: quldarlığı ləğv etmiş və bundan sonra ölkədə başlanan vətəndaş müharibəsini uğurla sonlandıra bilmişdi. Bununla belə, köləliyi dəstəkləyənlər məğlubiyyətləri ilə barışa bilmirdilər...

Prezidentin qatili kimi tarixə düşən Con Uylks But aktyor ailəsində doğulmuşdu. Con özü də 26 yaşında akyor kimi tanınırdı. Amma ailənin digər üzvlərindən fərqli olaraq, o, köləliyin qatı tərəfdarı idi və quldarların hüquqlarını müdafiə edirdi. Müharibə zamanı o, özünü pasifist elan etdi, səhnəyə qayıtdı, amma məşhurluğundan cənublulara dəstək üçün istifadə etdi. Müharibədə məğlubiyyətdən sonra But düşündü ki, həlledici addım atmaq zamanıdır. Hələ vətəndaş müharibəsi başa çatanadək o, Linkolnu oğurlayıb qaçırmağı, onun əl-qolunu bağlayıb cənubluların paytaxt elan etdiyi Riçmonda gətirməyi qərara almışdı. Prezidentin qarşısına şərt qoyulacaqdı - şimal hərbi əməliyyatlardan geri çəkilsin. Bir neçə tərəfdarı ilə birgə But prezidentin ekipajının keçəcəyi yolda tələ qurdu, amma Linkolnun planlarını dəyişməsi hər şeyi alt-üst etdi. Bu zaman But fikirləşdi ki, bircə yol qalır - Linkolnu, vitse-prezidenti və nazirlər kabinetinin bir neçə üzvünü öldürmək...

14 aprel 1865-ci il. Ağ Evdə Linkolnun iş günü adi qaydada başladı. Saat 11-dək o, poçta nəzər saldı, sonra kabinetin iclasında iştirak etdi. Toplantı başa çatanda prezident general Qrantdan xahiş etdi ki, arvadı iə birgə onu axşam baxmalı olduğu tamaşada müşayiət etsin. Amma general Nyu-Cersidə oğulları ilə görüşməli olduğunu bəhanə gətirdi. Qrant bilmirdi ki, bununla öz həyatını sığortalayır.

Prezidentin həmin gün Ford teatrında tamaşaya baxacağından çoxları xəbərdar idi. But həmin gün Meri Sarrott pansionunda öz dostları Corc Atserot, Sem Arnold, Devid Herold və Lüis Peynlə görüşdü. Viski içə-içə onlar öz rollarını bölüşdürdülər: Peyn və Herold dövlət katibi Süardı aradan götürəcək, Atserot vitse-prezidnet E.Constonla məşğul olacaq, But isə prezidentə güllə açacaq. Arnold sui-qəsdən imtina elədi. Atserot isə o qədər kefli idi ki, vəzifəsinin öhdəsindən gələ bilmədi. Elə But da axşamadək əyyaşlıq elədi, amma o, niyyətindən geri çəkilməyi ağlına da gətirmirdi.

Linkoln və xanımı dostları ilə birgə teatr binasına axşam saat səkkizdə daxil oldular. Tamaşa artıq başlamışdı, amma aktyorlar oyunlarını saxlamalı oldular - prezident içəri daxil olanda tamaşaçılar ayağa qalxdılar, orkestr yeni gələn qonaqları salamladı. Linkoln və xanımı lojada oturandan sonra tamaşa yenidən başladı.

Saat 9.30-da başdan-ayağa qara geyinmiş və qrimlənmiş But at belində teatr binasına yaxınlaşdı. O, hər şeyi detallarınadək düşünmüşdü: kəmərində bıçaq gizləmişdi, əlində isə atəş açmağa hazır olan revolver vardı. Prezidentin mühafizəçilərindən biri - Con Parker lojanın girişindəki postunu qoyub bara yollandı. Fürsətdən istifadə edən But prezident lojasına daxil oldu və &Tiranlara ölüm& çığıraraq tətiyi çəkdi. Güllə prezidentin başından dəydi. Mayor Retboun qatili tutmağa çalışdı. Amma Bur bıçağı çıxarıb zabiti yaraladı və lojadan səhnəyə atıldı. O, pərdəyə ilişdi, yıxıldı. Bu zaman diz sümüyü qırıldı. Bununla belə, qarışıqlıqdan istifadə edən cani binadan çıxa bildi. Atına minib qaranlıqda qeybə çəkildi.

Ağır yaralanmış prezidenti binadan çıxarıb yaxınlıqdakı evlərdən birinə yerləşdirdilər. Dərhal həkim çağırıldı, amma onun edə biləcəyi bir şey yox idi. Səhərsi prezident keçindi.

Butun teatrda daxil olmasından bir neçə dəqiqə sonra onun dostu Lüis Peyn dövlət katibinin evinə yol tapdı və onu yaralaya bildi.

Vitse-prezidenti öldürməli olan Atserot isə qorxusundan bütün axşamı içki içdi və şübhələri öüzərindən yayındırmaq üçün gecəni meyxanadan çölə çıxmadı.
Teatrın binasından bir qədər aralıda But dostu Heroldla görüşdü. Onlar cənubda sığınacaq tapmaq üçün Merilənd ştatına yollandılar. Tanış həkim Butun yarasını sarıdı və canilər yola davam etdilər. Onlar cəmi on bir gün gizlənə bildilər. Əsgərlər onları Virciniyadakı tütün fermalarından birində yaxaladı. Cinayətkarlar fermanı yandırdılar. Bu da köməyə çatmayanda Herold təslim oldu, But isə özünü güllələdi. Sonuncunun intihar cəhdi alınmadı və məhkəmə onlara edam cəzası çıxardı.

Sui-qəsddə iştirak etmığəyən Arnold və Buta kömək edən həkim Semuel Madd ömürlük cəza aldılar.

Teatrda fəhlə işləyən Evdard Spenqlerin də sui-qəsdə əli olduğu ortaya çıxdı və o, altı il həbs cəzasına məhkum edildi.

Linkolnun ölümündın sonra bu cinayətin motivləri ilə bağlı çoxlu versiyalar ortaya atıldı. Onlardan birinə əsasən, sui-qəsdi müdafiə işləri üzrə o zamankı dövlət katibi, prezidentin yaxın silahdaşı Edvard Stenton təşkil edibmiş. Amma bu barədə danışılanlar təsdiqini tapmadı. İkinci versiyaya görə, cinayəti fanatiklər qrupu planlaşdırmışdı. Amma üçüncü versiya da var - sifarişçi vitse-prezident Endrü Conson olub, guya o, prezident postunu ələ keçirmək istəyirmiş. Bunun üçün də Conson cənublularla işbirliyinə girib. Linkolnunun xanımı da belə düşünürdü. Bundan başqa, sui-qəsddən əvvəl Butun vitse-prezidentə hansısa məktub göndərdiyi də məlumdur. Bu versiyanı təsdiqləyə biləcək bir fakt da var: prezident postunu tutduqdan sonra Conson cənubda quldarların nəzarətini bərpa etməyə çalışdı, daha dəqiq desək, dövlətin daxili siyasət kursunu tamamilə əks istiqamətə çevirdi.

sivil.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1872   Tarix: 31 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571