Reyhanın bilinməyən faydaları

Reyhanın bilinməyən faydalarıSağlamlığın keşiyində dayanan qədim və populyar bitkilərdən biri də reyhandır. Bu göyərti həm kulinariyada, həm də dərman və kosmetik vasitələrin istehsalında istifadə edilir. Dünyanın bir çox ölkələrində reyhan "müqəddəs bitki" hesab edilir.

Bəzi məlumatlara görə, reyhanın vətən İrandır. Lakin hazırda bu yumşaq, birillik bitki Orta Asiyada, Uzaq Şərqdə və Qafqazda geniş yayılıb. Hətta Hindistanda reyhana poetik misralar qoşurlar, onu "krallara layiq ətirli bitki" hesab edirlər. Bu günə qədər hesab edilir ki, bu bitkinin ətri sinir sisteminin möhkəmlənməsinə və zehni fəallığın artmasına kömək edir.

Onu da qeyd edək ki, reyhanın müxtəlif növləri var. Məsələn, Aralıq dənizi reyhanı, Asiya reyhanı, limonlu reyhan, ağ reyhan, bənövşəyi reyhan və. Lakin biz adətən ətirli yaşıl və ya bənövşəyi rəngdə olan reyhandan istifadə edirik.

Reyhan - əsl super göyərtidir. Çünki onun tərkibi faydalı mikroelementlərlə zəngindir. Məlumdur ki, bu ətirli bitkinin tərkibində efir yağları çoxdur. Məhz bu amil onun dəyərli xüsusiyyətlərini artırır. Məsələn, reyhanın tərkibindəki kamfora yağı ürəyin işini stimullaşdırır və nəfəsi bərpa edir.

Bu bitki C, B2, PP vitaminləri, karotin, mineral maddələrlə zəngindir.

Maraqlıdır, super bitki insan orqanizminə necə təsir göstərir?

Birincisi, reyhan antiseptik və yara sağaldıcı xüsusiyyətlərə malidir. İkincisi, onun tərkibindəki C və P vitaminləri qan damarlarının divarlarının möhkəmləndirir. Üçüncüsü isə onun tərkibindəki A vitamini dərinin, saçın və dırnaqların keyfiyyətini yaxşılaşdırılmasında rol oynayır.

Reyhan və meteorizmlə, mədə-bağırsaq xəstəlikləri ilə mübarizədə geniş istifadə olunur, onun tərkibindəki enzimlər orqanizmdə yağların yandırılmasına və beləliklə də arıqlamağa kömək edir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, reyhanın kalorisi çox azdır. 100 qr reyhanda 27 kalori var. Ona görə də reyhanı salatlara və şorbalar əlavə etməkdən çəkinməyin. Onu da qeyd edək ki, 100 qram qurudulmuş reyhanın kalorisi yüksəkdir, 251 kalori.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3500   Tarix: 31 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 540
.

Qulaqda cingilti təhlükəlidir – HƏKİM RƏYİ

Qulaqlarda cingilti sağlamlıq problemlərinin əlaməti ola bilər. -ya istinadən xəbər verir ki, bunu nevroloq, somnoloq Diana Andreeva deyib. Onun sözlərinə görə, ən çox görülən səbəb xarici, orta və daxili qulaqın xəstəlikləridir. Qulaqlarda cingiltiyə psixoemosional pozğunluqlar, ürək-damar və endokri

24.12.2023 2033
.

Qarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir

23.03.2024 2588
.

Alimlər: Siqaret və qəhvə artritin inkişafı riskini artırır

Siqaret çəkmək və qəhvə müxtəlif növ artritlərin inkişaf riskini birbaşa artırır. "Report" xəbər verir ki, alimlərin bununla bağlı tədqiqatının nəticələri "Nutrients" jurnalında dərc olunub. Araşdırmaya əsasən osteoartrit (oynaq qığırdaqlarının quruluşunun pozulmasına yol açan xəstəlik-red

09.12.2023 1030
.

İnfarktı bir ay öncədən bilmək olur

Bəzi əlamətlər infarktı 1 ay əvvəldən müəyyən etməyə imkan verir. xəbər verir ki, sinə ağrısı, sinə içində ağırlıq və ürək döyüntüsünün artması infarktdan bir ay əvvəl baş verə biləcək ümumi simptomlardır. Bədəniniz ürəyə qan və oksigen axınının azalması ilə mübarizə apardıqca bu simptomlar inkişaf edir

20.03.2024 657
.

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə

11.02.2024 682
.

"Koronovirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq" - RƏY

"COVID-19 pandemiyası zamanı istər qlobal miqyasda, istərsə də Azərbaycandakı proseslərin gedişinə nəzər yetirsək, görərik ki, dövlətimiz bu istiqamətdə bütün imkanlarını səfərbər etdi. Azərbaycan səhiyyə təşkilatları, o cümlədən dövlətin müvafiq qurumları pandemiya ilə mübarizədə Azərbaycan modelin

02.12.2023 908
.

Qan təzyiqini normada saxlayan qidalar

Yüksək qan təzyiqi (hipertoniya) damarlarda qan təzyiqinin normadan yüksək olduğu bir vəziyyətdir. Qan təzyiqi, ürəyin qanı damarlar vasitəsilə bədənə vurması zamanı yaranan təzyiqdir. Davamlı yüksək qan təzyiqi həyatı riskə atan xroniki xəstəliklərə yol aça bilər. Buna görə də, necə yediyiniz böyü

17.12.2023 1510
.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1166