Yazın son trendi zolaqlı geyimlər - FOTO
Xanımları yaz mövsümünün ən diqqətçəkən dəb cərəyanları ilə tanış etməkdə davam edirik. 2015-ci ildə mağazalarda qarşımıza çıxan dəb cərəyanlarından biri də zolaqlardır! Belə ki, qalın, nazik, eninə və ya uzununa zolaqlı naxışlar yaz mövsümünün trendi olmağa iddialıdır. Yeni mövsümdə zolaqların hansı istiqamətdə olmasının əhəmiyyəti yoxdur.
Zolaqlar bütün geyim və aksessuarlarda xüsusi yer tutur. Ən tanınmış dizaynerlər zolaqlardan xüsusi məharətlə istifadə edirlər. Hər hansı bir geyim və aksessuar növünü gözünüzün qabağına gətirin. Orda ən azı heç olmasa iki -ağ-qara zolaqdan istifadə olunur. Bu, hər bir geyim və aksessuarda kontrast yaradır.
Qeyd edim ki, zolaqların klassik forması mavi və ağ rənglərin paralelliyindən yaranıb. Bunun ən qədim nümunəsi dənizçi geyimləri sayılır. Onları təkcə dənizçilərə deyil, həm də dəb həvəskarlarına yaraşıq bəxş edib. Qırmızı zolaqlı geyimlər isə daha şən və enerjili xanımların seçimləri arasında yer alır.
Zolaq dəbi çox maraqlı olsa da, dəstləşdirmək asan məsələ deyil. Bu səbəbdən də xanımların əksəriyyəti zolaq dəbi ilə ayaqlaşmaqdan imtina edir. Çünki yanlış istifadə edildikdə ciddi dəb xətasına və fəlakətə çevrilir.
Zolaqlı parçadan olan paltarların geyinilməsinin öz forma və xüsusiyyətləri var. Məsələn, hündürboy insanlar zolaqları eninə olan geyimləri geyinir ki, boyları bir qədər bəstə görünsün. Bəstəboy insanlar isə, əksinə zolaqları uzununa olan geyimləri geyinir ki, boyları nisbətən hündür görünsün.
Bundan başqa, zolaqları uzununa olan geyimləri geyinən insanlar arıq, incə görünür. Zolaqları eninə olan geyimləri geyinənlər isə, nisbətən dolu bədənli görünür. Enli sinə və azacıq qarnı olan xanımlara isə vertikal zolaqlı geyimlər daha çox yaraşır.
Belə zolaqlı parçalar adətən yaz-yay mövsümündə dəbdə olur. Amma zolaqlı aksessuarlar ilin bütün fəsilləri üçün dəbdədir.
Gəlin, mövsümün tendensiyalarından biri olan zolaqları daha yaxından araşdıraq.
Qalın zolaqlar
Kombinin detalları:
Ətək: "Viktoriya Beckham"
Köynək: "Stella Mccartney"
Şərf: "Aleksandr Mcqueen"
Çanta: "Viktoriya Beckham"
Ayaqqabı: "My Mum"
Zolaq trendini düzgün tətbiq etməyin ilk qaydası dəstdə yalnız bir zolaqlı geyimə üstünlük verməkdir. Bu dəb cərəyanı tək rəng geyimlərlə klassik görünür.
İncə zolaqlar
Kombinin detalları:
Ətək: "Dolce & Gabbana"
Kofta: "Zara"
Şərf: "Yves Saint Laurent"
Çanta: "Chlo"
Ayaqqabı: "Valentino"
İncə zolaqlar həm gündəlik, həm də ofis stili üçün çox əlverişlidir.
Cüt istiqamətli zolaqlar
Kombinin detalları:
Ətək: "Cushnie et Ochs"
Kofta: "Viktor & Rolf"
Şərf: "Aleksandr Mcqueen"
Çanta: "Chanel"
Ayaqqabı: Saint Laurent
Bu dəstdə olduğu kimi müxtəlif istiqamətlərə gedən zolaqlı geyimi sadə və kontrast rənglə tamamlayın.
Məncə, özünə hörmət edən, öz gözəlliyinin qədrini bilən hər bir xanım dəblə yaxından maraqlanmalı, trendlərdən xəbərdar olmalıdır. Ən əsası isə bədənini yaxşı tanımalı və ona nəyin yaraşdığı haqqında kifayət qədər məlumatlı olmalıdır. Əziz xanımlar, çalışın siz də yaz mövsümünün dəb cərəyanlarından kənarda qalmayasınız. Sizi tanış etdiyim geyim dəbindən istifadə etməyə çəkinməyin.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı Baxılıb: 6087 Tarix: 30 mart 2015
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz
BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti
11.09.2021 2055 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı
Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi
12.09.2021 3724