150 nəfərin öldüyü yerdə 60 il əvvəl də təyyarə qəzası olub

150 nəfərin öldüyü yerdə 60 il əvvəl də təyyarə qəzası olub

"Airbus A320" sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə 60 il əvvəl daha bir təyyarə yerə çırpılıb.

Fransa mətbuatının məlumatına görə, 1953-cü ilin sentyabrın 1-də "Air France" aviasiya şirkətində məxsus "Lockheed Constellation" tipli təyyarə Parisdən Sayqona istiqamət götürüb, lakin Barselona-Düsseldorf marşrutu üzrə hərəkət edən "Airbus A320" tipli təyyarənin bu gün qəzaya uğradığı yerdən bir neçə kilometr aralıda yerə çırpılıb. Qəza nəticəsində 40 nəfər həlak olub.

Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsi bu gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya çırpılıb.

Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

anspress.com

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 986 Tarix: 26.03.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Rana50
Rana50 26.03.2015



 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 26.03.2015
QƏRİBƏDİR.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər