Ən uzunömürlü və ən qısaömürlü sakinlərə malik ölkələr

Ən uzunömürlü və ən qısaömürlü sakinlərə malik ölkələrDünyada insanların yaş, sağlamlıq məsələlərini araşdıran OECD humanitar təşkilatı ən uzunömürlü və ən qısaömürlü sakinlərə malik ölkələrin son siyahısını açıqlayıb. Qeyd edək ki, OECD rəsmi statistik rəqəmlərə yaşı 90-100-ü ötmüş insanların göstəriciləri ilə yanaşı, həmin ölkənin insanların sağlamlığına ayırdığı məbləği, göstərdiyi tibbi-humanitar yardımları da nəzərə alır. Təşkilat uzunömürlülüyün əsas səbəbi kimi məhz sağlam həyat tərzi və sağlamlığa edilən diqqəti önə çəkir.

BiG.AZ həmin siyahıdakı uzunömürlü və qısaömürlü sakinləri olan ölkələrin bəzilərini təqdim edir:

Kasıbçılığın qara üzü

Qısaömürlü sakinlərə malik ölkələr arasında İndoneziya, Hindistan, Afrikanın bəzi dövlətlərinin (Somali, Mali, Niger, Çad, Konqo) adları var. Amma ən pis vəziyyət isə Afrikanın Lesoto krallığındadır. Belə ki, burada insanların orta yaş həddi 47-ni keçə bilmir.

Humanitar təşkilatla bərabər, Dünya Bankının da ötən ilin sonunda hazırladığı sıralamada bu ölkələr arasında müsbət istiqamətdə irəliləyiş olmayıb. OECD qısaömürlülüyü insanların aldığı cüzi əmək haqqı, əmək haqqının sağlamlığa sərf olunmaması, ağır şərtlərlə yaşayış tərzi, fiziki əməyin istismar edilməsi ilə əlaqələndirir.

Kim ki, yüz il yaşamasa...

Uzunömürlü insanların çoxluq təşkil etdiyi ölkələrdə isə vəziyyət tamam başqadır. Bu ölkələrdə sosial-humanitar yardımlar, sığorta kartları, xüsusi xidmət göstəricilərinə malik olan xəstəxanalar, sağlam təbiət, sağlam məişət şəraiti, sağlam qidalar üstünlük təşkil edir. Bu ölklərin sırasında aşağıdakıların adını çəkə bilərik:

Sıralanmada ən uzunömürlü sakinlərə malik ölkələrdən birincisi Honk-Konqdur. Bunun yalnız bir səbəbi var: o da canlı təbiətlə çox təmasda olmaq. Burada anadan olan qız uşağı ən tez 86 yaşında dünyasını dəyişir. Kişilərdə isə bu rəqəm 80-81-dir.

2-ci sırada dünyanın içində ayrıca bir dünya hesab edilən, toxunulmaz ölkə - İsveçrə gəlir. Yəqin ki, bu ölkədə insanların nə səbəbə çox yaşadığını göstərməyə o qədər də ehtiyac yoxdur. Burada orta yaş həddi 82-83-dür. Adambaşına düşən tibbi xərclərin miqdarı isə 5643 dollardır.

Növbəti ölkə məsafə baxımından İsveçrədən xeyli uzaqda olan, amma düşüncə, kültür və iqtisadi inkişafa görə ona "qonşuluq edən" Yaponiyadır. "Gündoğar" ölkədə də orta yaş həddi 82-84 arasında dəyişir. Amma adambaşına düşən tibbi xərclər İsveçrədən azdır. Burada hər bir adam orta hesabla öz sağlamlığına ildə 3213 dollar xərcləyir.

Siyahının növbəti ölkəsi isə İtaliyadır. Təbiət və sağlam həyat tərzinə önəm verən italyanlarda orta yaş həddi 82-dir. Hər bir italyan il ərzində sağlamlığı üçün 3012 dollar pul xərcləyir.

Qocalarla zəngin daha bir ölkə isə İslandiyadır. Heç kəslə işi olmayan bu ada dövlətində də insanların orta yaş həddi 80-82-dir. Adambaşına düşən tibbi xərcin məbləği 3305 dollardır.
İslandiyanın yalnız 14 faizi siqaret çəkir, hər bir adam isə orta hesabla il ərzində 8 litr spirt qəbul edir.

Uzunömürlülüyə görə növbəti pillənin sahibi olan İspaniyada insanların orta ömür yaşı 80-82-dir. Hesablamalara görə 2050-ci ildə ölkə əhalisinin 30 faizi 80 yaşdan yuxarı adamlar olacaq.

Avropanın ən çox yaşıyan qadınları Fransadadır. Fransız xanımlarda orta yaşam göstəricisi 86 yaşdır. Bunun əsas səbəbi də odur ki, Fransada hər adam ildə 4000 dollara yaxın pulu öz sağlamlığına xərcləyir. Burada yüz min adamdan yalnız qırxı ağır xəstəliklərdən sonra dünyasını dəyişir.

Yaşıl qitə adlanan Avstraliyada da insanlar çox yaşayır. İnsanların orta ömür yaşı 82-dir. Əhalinin 15 faizi siqaretdən istifadə edir. Amma hər adam öz sağlamlığı üçün il ərzində cibindən 3800 dollar pul xərcləyir.

Avropanın daha bir kurort mərkəzi olan ölkələrindən biri - İsveçdə orta yaş həddi 81-dir. Burada da siqaret və spirtdən o qədər də çox istifadə olunmur. Lap olunsa da belə, adambaşına düşən illk tibbi xərcin qiyməti 2239 dollar olduğundan onlar çulunu sudan çıxara bilirlər. OECD-in araşdırmalarna görə İsveç həm də xərçəngin az yayılmış ölkəsidir.

Yəhudilərin cəm halında məskunlaşdığı İsraildə də insanlar uzun müddət yaşamağı bacarır. İldə 2240 dolları hər bir yəhudi öz canına sərf edir və sağlamlaşır. Amma son illərin göstəricilərinə əsasən, İsraildə gənclər arasında tütün və alkoqola maraq artır.

Dünyada yeganə muzey – Azərbaycanda

Azərbaycanda orta yaş hazırda 71,3 ildir. Bu rəqəm kişilər üçün 68,4, qadınlarda 74,7 yaş təşkil edir. Amma bu mövzu ilə bağlı dünya səviyyəsində yeganə muzey, yəni Uzunömürlülər muzeyi məhz Azərbaycandadır. Muzey 1991-ci ildə Azərbaycanın uzunömürlülər diyarı adlanan Lerik rayonunda açılıb. Orada 167 il yaşayan Şirəli baba, 150 il yaşayan Mahmud baba, 145 il yaşayan Məcid babaya aid stendlər var. Muzeydə ümumilikdə yaşı 100-ü ötən yüz adam haqqında məlumat var.

Dünyanın ən uzunömürlü sirli xalqı

Bu xalq Hindistanda Hunza çayınının "Cavanlıq vadisi" adlanan ərazisində yaşayan sakinlərdir. Bu insanlar görünüşünə görə hindilərə deyil, avropalılara bənzəyirlər.

Əfsanəyə görə, bu kiçik ərazinin ilk sakinləri makedoniyalı İsgəndərin əsgərləri olub, onlar Hindistan yürüşü zamanı burada məskunlaşıblar. Ordu üzvləri burada sərt hərbi nizam-intizam yaradıblar. Əbəs yerə sakinlər Himalay, Hindiquş və Qaraqorum kimi üç nəhəng və keçilməz dağın əhatəsində yaşamırlar.

Hunza artıq 60 ildir Hindistan və Pakistan (hər iki dövlət Kəşmir uğrunda mübarizə aparır) arasında gedən münaqişə ərazisinə çevrilib.

Hunza qəsəbəsini və onun sakinlərini Avropa ilə hippilər tanış edib. Bu insanların qəribə dilləri və adətləri var. Onlar hər gün 15 dərəcə soyuq suda çimir, 100 yaşa qədər aktiv əməklə məşğul olurlar. 40 yaşlı qadın gənc qız kimi görünür. Buranın qadınları hətta 65 yaşlarında da uşaq dünyaya gətirirlər.

Yayda onlar çiy meyvə və tərəvəzlə, qışda isə günəş altında qurudulmuş ərik və qoyun pendiri ilə qidalanır. Maraqlısı budur ki, burada meyvələrin yetişmədiyi "kasıb yaz" iki aydan dörd ayadək davam edir. Bu aylar ərzində sakinlər gün ərzində yalnız qurudulmuş əriyin suyunu içməklə keçinirlər

1980-cı ildə fransız tibb mütəxəssisləri Hunzada olub. Onların apardığı araşdırma zamanı məlum olub ki, hunzalılarda orta ömür müddəti 120 ildir. Bu göstərici Avropa sakinlərindən iki dəfə çoxdur. Parisdə keçirilən xərçənglə mübarizəyə həsr olunmuş beynəlxalq konqresdə bildirilib: "Dünyada xərçəngə tutulmayan yeganə xalq hunzalılardır".

modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1553   Tarix: 25 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489