Hicamə - qan alma üsulu ilə müalicə

Hicamə - qan alma üsulu ilə müalicəMənbə: http://zikr.az

Hicamə sözü sormaq deməkdir. Hicamə müalicə məqsədi ilə başın və ya bədənin müəyyən yerlərini neştərlə və ya hər hansı bir kəsici alətlə kəsərək qan çıxartmağa deyilir.
Hicamə üsulu ilə müalicə qədim dövrlərdə Çində və Babildə geniş istifadə olunurdu. O vaxtlar insanlar bu məqsədlə dəmir camdan və ya öküzün buynuzundan istifadə edirdilər. Bunları dərinin üzərinə qoyduqdan sonra içərisindəki havanı sorub qan alırdılar. Müasir dövrdə isə şüşə və vakuum bankalardan istifadə olunur.
Hicamə bir çox xəstəliklərin müalicəsində möcüzəvi təsirə malikdir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - dəfələrlə bədənindən qan aldırmış və ümmətinə də bunu tövsiyə etmişdir. Allah Elçisi de­miş­dir: "Merac gecəsi hansı mələk toplusunun yanından keçirdimsə, hamı­sı mənə belə deyirdilər: "Ey Muhəmməd, qan aldır!" (İbn Məcə, 3606). Digər rəvayətdə isə: "Ümmətinə qan aldırmağı əmr et!" deyilir. (İbn Məcə, 3608).
Həmçinin demişdir: "Müalicə üçün istifadə etdiyiniz vasitələrin ən yaxşısı bir içim balda, qan almaq üçün banka qoymaqda və müalicə məqsədilə bədənə dağ bas­maqdadır. Buna rəğmən mən dağ basdırmağı sevmirəm." (əl-Buxari, 5683).

Peyğəmbərin qan aldırması
Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: "Peyğəmbər boyun damarlarından və süysünündən qan aldırardı. Peyğəmbər ayın on yeddisi, on doqquzu və iyirmi biri qan aldırardı."(Tirmizi, 2052). Süysün boynun bel sütunu ilə birləşən hissəsinə deyilir.
O, həmçinin, de­miş­dir: "Kim ayın on yeddisi, on doqquzu, iyirmi biri qan aldırarsa, bu (onun üçün) hər bir xəstəliyə şəfa olar". (Əbu Davud, 3863).
Peyğəmbər qəməri aylarda, bu günlərdən birində qan aldırardı. Bu günlərdə qan aldırmaq çox faydalıdır, lakin zəruri ehtiyac olduqda istənilən vaxtda hicamə etmək olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4114   Tarix: 18 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mübarək Ramazan ayının ilk gecəsi nələr edilir?

Müqəddəs Ramazan ayı – orucun vacib olduğu aydır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Axşamdan müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. BİG.AZ oxucuları bu gecənin əməlləri barədə məlumatlandırmaq istəyir. Niyyət axşamı nə etməli?. Bu gecə müqəddəs Ramaza

01.04.2022 8948
.

Bu gün Aşuradır

Bu gün Aşura günüdür. xəbər verir ki, Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüs

08.08.2022 5029
.

Kərbəlada FACİƏ: Türbə çökdü, dağıntılar altından meyitlər çıxarılır - VİDEO

İraqın Kərbəla şəhərində çoxlu ziyarətçinin olduğu bir ziyarətgah çöküb. Şiə müsəlmanları üçün müqəddəs sayılan Qəttarat İmam Əli türbəsinin damı həddindən artıq rütubət səbəbindən sürüşən torpağın təsirindən dağılıb. İndiyədək dağıntılar altında qalan dörd nəfərin meyiti tapılıb. Daha altı nəfər dağıntıla

22.08.2022 5326
.

Əl-Əqsa məscidində bayram namazı qılınıb - VİDEO

Minlərlə müsəlman Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Əqsa məscidində bayram namazı qılıb. Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, bayram namazında təxminən 120 min insan iştirak edib. Bayram namazından sonra dualar oxunub, ehtiyaclı müsəlmanlara zəkat paylanılıb. ( )

21.04.2023 3309
.

Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMA

Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birli

17.08.2022 5538
.

İftar üçün dadlı reseptlər

Bu gün Ramazan ayının 29-cu günüdür. BİG.AZ axşam.az-a istinadən iftar süfrəsi üçün menyu təqdim edir:. Tərəvəzli, makaronlu şorba. Ərzaqlar:. Kök - 1ədəd. Yaşıl bibər - 1 ədəd. Pomidor - 1 ədəd. Kartof - 2 ədəd. Soğan - 1 ədəd. Makaron - 1 armudu stəkan. Yağ - 2 xörək qaşığı. Toyuq filesi - 200 qr

01.05.2022 4825
.

Mədəkiçiltmə əməliyyatı edənlər oruc tuta bilərmi? - Məşhur professor

Bütün bariatrik-metabolik cərrahi əməliyyat keçirmiş pasiyentləri ən çox narahat edən məsələlərdən biri də "Ramazan ayında oruc tutmaq olarmı" sualıdır. Buna əyani və elmi yanaşma olaraq İslam dövlətləri bariatrik cərrahlarının tədqiqatlarını birləşdirən bir məqalə hazırlanıb. Bu barədə -

12.04.2022 6635
.

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir - FOTO

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. Ramazanın iyrimi ikinci günü üçüncü Qədr gecəsinə, yəni aprelin 23-dən 24-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir. Quran İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükd

23.04.2022 5170
.

Ərdoğandan Aşura paylaşımı

"Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb. O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəl

08.08.2022 5013