27 mart Bəynəlxalq teatr günüdür

27 mart Bəynəlxalq teatr günüdür

Bu gün dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.

Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən, martın 27-si Beynəlxalq Teatr Günü elan edilib. Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar ölkə teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar göstərilir.

Azərbaycanda isə peşəkar milli teatrın əsası 1873-cü il martın 10-da Bakıda "Lənkəran xanının vəziri" komediyasının səhnəyə qoyulması ilə qoyulub. Ölkə prezidenti "Azərbaycan Respublikasında "Milli Teatr Günü"nün təsis edilməsi haqqında" Sərəncam imzalayıb, 10 mart ölkəmizdə "Milli Teatr Günü" kimi təsis edilib.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalışır.

Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bu sənətə qayğı nun bariz nümunəsidir. Teatrın inkişafı üçün Dövlət Proqramı uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılıb və artıq istismara verilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2232 Tarix: 27.03.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 01.04.2015
Xəbərə Görə TəşəkkürLər.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 
Anonim2015
Anonim2015 27.03.2015
Xebere gore tesekkurler
Diqqət! Bu linki görmək üçün siz saytda üzv olmalısınız. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmək hüququnu qazanın.


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər