Vəfa Quluzadə: Ermənistan tualet kağızı kimidir - MÜSAHİBƏ

Vəfa Quluzadə: Ermənistan tualet kağızı kimidir - MÜSAHİBƏ"Dünyada heç kəs "erməni soyqırımı" barədə düşünmür".

Politoloq, Azərbaycanın xarici siyasi məsələlər üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə cavab verir.

- Ermənistan prezidenti parlamentdən Türkiyə ilə münasibətlərin nizamlanmasına dair məşhur protokolların geri çağırılmasını qərara alıb. Bu qərarın arxasında nə durur?

- Ermənistan bu protokolları heç bir zaman səmimi imzalamayıb, çünki Moskvada Türkiyə və Ermənistanın sərhəddinin açılmasına qarşı olublar. Onlar buna neqativ münasibətlərini göstərmək istəmirdilər, ona görə də Sürix protokollarının imzalanmasına icazə verdilər. Onların yerinə yetirilməsinə gəldikdə isə bu ola bilməzdi, çünki Moskva Ermənistanın daha güclü iqtisadi dövlət kimi Türkiyəyə tərəf meyl etməsinə, investisiyalarının yatırılmasına və onun qanadı altında isinməyə yol verə bilməzdi. İndi Ermənistan bu səbəblərdən ya himayədarının əmri ilə, ya da ona xoş görünmək üçün edib.

- Protokolların geri çağırılmasına ictimai-siyasi mühitdə münasibət birmənalı deyil. Bunu ciddi siyasi alternativin itirilməsi hesab edənlər də az deyil.

- Əlbəttə. Ermənilər uduzurlar. Amma bu itkilər Moskvanın vecinə deyil. Ermənistan Moskvaya yalnız lazım olduğu halda istifadə edilən tualet kağızı kimidir. Bu isə təbiidir, axı o, Ermənistanın maraqları deyil, öz maraqları haqqında düşünür.

- Sarkisyanın 24 aprel kontekstində hərəkət etdiyini düşünənlər də az deyil.

- 24 aprel nədir ki? Tamamilə heç nə. Yaxşı, ermənilər yığışaraq, sovet dövründə qoyulmuş "erməni soyqırımı" memorialının qarşısında tədbir keçirdəcəklər. Sonra? Dünyada heç kim "erməni soyqırımı" haqqında düşünmür, bunu ciddi qəbul etmir. Ermənistan və Türkiyə arasında gərginliyin artması məqsədi gedən bu mövzu kənardan dəstəklənir. Həmin qüvvələr Türkiyənin Qərb ölkələri ilə münasibətlərin inkişafına, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına imkan vermir.

- Yenə də İrəvanda aprelin 24-də keçiriləcək tədbirlərdə Türkiyə hakimiyyətindən kim isə iştirak edə bilərmi?

- Heç kim gəlməyəcək.

- Türklərin Azərbaycanın da bölüşdüyü mövqeyi bundan sonra da qoruyacaqlarından əminsiniz?

- Əlbəttə. Bu mövqedən nəyə görə çəkilməlidirlər ki?

- Sarkisyan erməni gəncləri qarşısında məqsəd qoydu: "Sizdən əvvəlki nəsil Qarabağ məsələsini həll etdi, siz isə Türkiyədəki torpaqları qaytarmalısız". "Soyqırım" iddiasının ardından Ermənistanın Türkiyədən təzminat istəyərək, Türkiyənin cənubi torpaqlarına iddia etməsi ehtimalı varmı?

- Ermənistan kimsədən nə isə tələb edə biləcək vəziyyətdə deyil. O, heç Dağlıq Qarabağətrafı yeddi rayonu öz məqsədləri üçün istifadə etmir. Və "Dağlıq Qarabağ" heç bir zaman - Ermənistan özü də daxil olmaqla - tanınmayacaq. Ona görə də "Biz Qarabağı Azərbaycandan aldıq", "İndi isə Türkiyədəki torpaqlarımız qalır" sözləri tamamən demaqogiyadır. Həm də çox ucuz demaqogiya.

- Bununla yanaşı Ermənistanda anti-hakimiyyət əhval-ruhiyyəsi yaranır. Bunun qarşısında Sarkisyan rejiminin mövqeyi nə dərəcədə dayanıqlıdır?

- Sarkisyan hamının gözünü ağrıdıb. Məsələ onu kimin aradan götürəcəyindədir. Əgər ermənilər onu özləri götürsələr və öz talelərini öz əllərinə alsalar, bu başqa məsələdir. Amma əgər Moskva Sarkisyanı hər hansı bir digər "yana" dəyişsə, Ermənistan heç nə qazanmayacaq. Qarabağ probleminin həlli sahəsində də.

- Yəni Qarabağ probleminin həlli Ermənistanda Sarkisyan və onun həmfikirləri olduğu müddətdə mümkün deyil?

- Əgər ermənilər müstəqil hərəkət edə bilsəydilər, biz çoxdan hər cür hərbi hərəkatı dayandırardıq və nizamlanmaya qədər belə hadisələrin baş verməsinə yol verməzdik. Nəyə görə bu və ya digər tərəfdən olan gənclər təmas xəttində təxribatlar nəticəsində snayper güllələrindən həlak olur? Bu, mənasızdır.

Əgər Ermənistan öz taleyini özü həll etmək iqtidarında olsa, biz ermənilərlə tez bir zamanda sülh haqqında razılığa gələ bilərik. Mən buna şübhə etmirəm.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3323   Tarix: 27 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Diktafona oxunub, sonra da aranjemanın gücü ilə ortaya çıxarılan mahnıların ömrü az olur"-Bəstəkarla MÜSAHİBƏ

Musiqi insanın psixikasına fəal təsir edən incəsənət növlərindən biridir. Bədii zövqü tərbiyə etmək üçün sağlam musiqi dinləmək vacibdir. Bu işdə dinləyicinin seçimi qədər, bəstəkar və ifaçıların da rolu böyükdür. Bu gün Azərbaycan musiqisində ömrü bir ay olmayan mahnılar olduqca çoxdur. Bəs niyə uzunömürl

05.02.2020 5601