Cüdo üzrə Avropa Çempionatının Avropa Oyunları çərçivəsində keçiriləcək

Cüdo üzrə Avropa Çempionatının Avropa Oyunları çərçivəsində keçiriləcək"Biz məqsədimizə gözlədiyimizdən də tez çatırıq".

Cüdo üzrə Avropa Çempionatı Bakı-2015 birinci Avropa Oyunları çərçivəsində keçiriləcək.

Bununla bağlı Avropa Olimpiya Komitəsi (AOK), Avropa Cüdo İttifaqı (ACİ) və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, Cüdo üzrə Avropa Çempionatı bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları çərçivəsində baş tutacaq. Çempionat iyunun 25-28-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Bu qərar qitənin ən yaxşı cüdoçularının tarixdə ilk Avropa Oyunlarının çempionu olmaq hüququ uğrunda mübarizə aparmasına imkan yaradır. Bununla da Bakı-2015-də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya imkanları verən idman növlərinin sayı 12-yə çatıb.

İlk əvvəl Cüdo üzrə Avropa Çempionatının aprelin 9-12-də Qlazqo şəhərində keçirilməsi nəzərdə tutulurdu. Lakin Britaniyanın Cüdo Assosiasiyası ilə yaranan problemlər aradan qaldırılmadığı üçün Avropa Cüdo İttifaqının İcraiyyə Komitəsi çempionatı keçirə biləcək yeni şəhərin təyin edilməsi qərarını verib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu qərarın Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələsinə yaxınlaşdığını göstərən gözəl xəbər olduğunu deyib.

"AOK Avropa çempionatlarının Avropa Oyunlarının bir hissəsi olmasına çalışıb və bu qərar göstərir ki, biz məqsədimizə gözlədiyimizdən də tez çatırıq", - deyə o bildirib.

Avropa Cüdo İttifaqının prezidenti Sergey Soloveyçik Cüdo üzrə Avropa Çempionatının Bakıda keçiriləcəyinə şad olduğunu deyib: "Çempionatın Qlazqoda keçirilməsi ləğv edildikdən sonra mümkün qədər tez bir vaxtda yeni ev sahibi tapmaq qarşımızda duran prioritet məsələ idi. Biz bunu etdik və mən seçimdən çox razıyam".

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu qərar 16 olimpiya idman növündən 12-sinin təmsil olunduğu Avropa Oyunlarını daha da gücləndirir və 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına birbaşa və ya dolayısı ilə kvalifikasiya imkanları verir.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1064   Tarix: 23 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542