Şeir haqqında

Şeir haqqındaMənbə: http://zikr.az

Peyğəmbər - sallallahu aleyhi və səlləm - şeir haqqında demişdir: "Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi, pisi də pis söz kimidir" (Ədəbul-Mufrəd, 865).
Digər hədisdə Peyğəmbər belə demişdir: "Şeirin bir qismi hikmətdir" (Səhih əl-Buxari, 6145).
Şeirin yaxşısı insanları haqqa və düz yola çağırır, pis olanı isə küfrü və günahları tərənnüm edir. Uca Allah Quranda haqq yoldan azmış şairləri belə vəsf edir:
"Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şeir uydurur) və etmədikləri şeylərə aid söhbət açırlar? Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər" (əş-Şuəra, 224-227).
Əbu Hureyrə rəvayət edir ki, Rəsulullah demişdir: "Şair tərəfindən deyilmiş ən doğru söz, Ləbidin bu sözüdür: "Allahdan başqa nə varsa, fanidir." Umeyyə ibn Əbu Səltə gəlincə, o, az qalmışdı ki, müsəlman olsun." (əl-Buxari, 5795).
Ləbid ibn Əbu Rəbiə islamaqədərki dövrdə məşhur şair olmuş, sonradan İslamı qəbul etmişdir. O, müsəlman olduqdan sonra: "Mənə Quran yetər!"– demişdir. Ləbid hicrətin 41-ci ilində, yüz qırx yaşında vəfat etmişdir. Umeyyə ibn Əbu Səlt əs-Səqəfi isə İslam dininin gəldiyi dövrlərdə yaşamış, lakin Islamı qəbul etməmişdir. Buna rəğmən o, öz şeirlərində həqiqətləri əks etdirmiş və haqqı bəyan etmiş, etiqadı müsəlman əqidəsinə yaxın olmuşdur. Elə bu səbəbdən də Peyğəmbər onun barəsində bu sözü söyləmişdir. Həmçinin, rəvayət edilir ki, Şərid demişdir: "Mən Peyğəmbərin tərkində yol gedərkən, ona Umeyyə ibn Əbu Səlt əs-Səqəfinin şeirindən yüz beyt oxudum. Mən hər dəfə bir beyt oxuduqda, o mənə: "Davam et!"– deyirdi. Nəhayət, mən ona yüz beyt oxudum. Sonra Peyğəmbər mənə belə buyurdu: "O, az qala ki, müsəlman olacaqdı."
Cundub ibn Sufyan əl-Bəcəli demişdir: "Döyüşlərin birində Rəsulullahın ayaq barmağı daşa dəyib yaralandı və ondan qan axmağa başladı. Onda Rəsulullah dedi: "Sən ancaq qanayan bir barmaqsan! Sənə üz vermiş bu müsibət Allah yolundadır!"
Cabir ibn Səmurə demişdir: "Mən Peyğəmbərlə birlikdə yüzdən çox məclisdə iştirak etmişəm. Bəzən məclislərdə onun səhabələri şeir deyər və öz şeirlərində cahiliyyət dövrünə aid olan şeyləri zikr edərdilər. Peyğəmbər isə sakitcə buna qulaq asar, hərdən də onlara təbəssüm edərdi." (Tirmizi, 2854).
Burada "cahiliyyət dövrünə aid olan şeylər" deyildikdə, həmin dövrdə söylənilmiş, həm də batil mənalar ifadə etməyən, bəyənilən şeirlər nəzərdə tutulur.
Peyğəmbərin bu və digər səhih hədislərindən məlum olur ki, hikmətli şeir parçalarını həm demək, həm dinləmək, həm də tərif etmək olar. Ələlxüsus da İslam dinini yaymaq və ya onu müdafiə etmək məqsədilə münasib yerlərdə və uyğun məqamlarda şeir demək icazəli əməllərdəndir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 1893   Tarix: 17 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532