Oğlu olan analar bunu mütləq oxusun

Oğlu olan analar bunu mütləq oxusunTərbiyə - çox incə və ziddiyyətli işdir. İstənilən tərbiyə forması gözlənilməyən nəticə ilə bitə bilər. Rus müəllif Svetlana Xmel hər şeyin necə ola biləcəyini təsəvvürünə gətirib:

"Nə vaxtsa mənim oğlum olacaq və mən hər şeyi başqa cür edəcəyəm. 3 yaşından ona: "Əzizim! Sən mühəndis olmalı deyilsən. Hüquqşünas da olmaq məcburiyyətin yoxdur. Vacib deyil, sən böyüyəndə nə olacaqsan. Patoloqoanatom olacaqsan? Buyur! Futbol şərhçisi? Xoşdur! Alış-veriş mərkəzində kloun? Əla seçimdir!" - deyə təkrarlayacam.

30 yaşında keçəlləşməyə başlayan tərli, üzündən qrimi axmış kloun kimi gəlib deyəcək: "Ana! Mənim 30 yaşım var! Mən alış-veriş mərkəzində klounam! Sən mənim üçün bu həyatı istəyirdin? Mənə "ali təhsil vacib deyil" deyəndə nə fikirləşirdin? Riyaziyyat oxumaq əvəzində küçədə oynamağıma icazə verəndə bunu istəyirdin?".

Mən deyəcəm: "Əzizim, mən hər şeydə sənə dayaq oldum, üstünə getmədim! Sən riyaziyyatı sevmirdin, uşaqlarla oynamağı sevirdin". O isə: "Mən bilmirdim bunun axırı necə olacaq. Mən bilmirdim nəyi seçim, bəs sən, sən axı... Sən mənim həyatımı məhv elədin!" - deyib, çirkli qolu ilə dodaq boyasını siləcək.

Onda mən ayağa qalxacaq, ona diqqətlə baxıb deyəcəyəm: "Deməli belə. Dünyada iki tip insan var: birincilər yaşayır, ikincilər günahkar axtarırlar. Sən bunu başa düşmürsənsə, demək axmaqsan!".
O, "ah" deyib, huşunu itərəcək. Psixoterapiyaya 5 ili gedəcək.

Yaxud belə yox. Nə vaxtsa mənim oğlum olacaq və mən hər şeyi başqa cür edəcəyəm. 3 yaşından ona: "Axmaq olma, Vladik, gələcəyini düşün. Riyaziyyat oxu, Vladik, yoxsa zəng mərkəzində operator olacaqsan".

30 yaşında keçəlləşməyə başlayan, üzündə dərin qırışlar yaranmış proqramçı kimi gəlib deyəcək: "Ana! Mənim 30 yaşım var. Mən "Google"da işləyirəm. Sutkada 20 saat işləyirəm, ana. Ailəm yoxdur. Mənə "yaxşı iş səni xoşbəxt edəcək" deyəndə nə fikirləşirdin? Məni riyaziyyat oxumağa məcbur edəndə nə istəyirdin?".

Mən deyəcəyəm: "Əzizim, mən istəyirdim ki, sən yaxşı təhsil alasan! İstəyirdim, sənin hər cür imkanın olsun! O isə: "Nəyimə lazımdı bu imkanlar mən bədbəxt olandan sonra? Alış-veriş mərkəzindəki klounların yanından keçəndə onlara paxıllıq edirəm, ana. Onlar necə xoşbəxtdirlər?! Mən onların yerinə ola bilərdim, amma sən, sən... Sən mənim həyatımı məhv elədin!" - deyib eynəyinin burnuna dirənən yerini siləcək.

Onda mən ayağa qalxacaq, ona diqqətlə baxıb deyəcəyəm: "Deməli belə. Dünyada iki tip insan var: birincilər yaşayır, ikincilər ömrü boyu şikayət edirlər. Sən bunu başa düşmürsənsə, demək axmaqsan!".
O, "ah" deyib huşunu itirəcək. Psixoterapiyaya 5 ili gedəcək.

Ya da lap başqa cür. Nə vaxtsa mənim oğlum olacaq və mən hər şeyi başqa cür edəcəyəm. 3 yaşından ona: "Mən sənə nəyisə dəfələrlə təkrar eləmək deyil, sevmək istəyirəm. Get atanın yanına, əzizim".

30 yaşında keçəlləşməyə başlayan və gözlərində orta statistik rus melanxoliyası olan rejissor kimi gəlib deyəcək: "Ana! Mən 30 ildir sənin diqqətini çəkmək istəyirəm, ana. Sənin üçün 10 film çəkmişəm, 5 tamaşa qoymuşam. Sənə kitab yazmışam, ana. Səninsə vecinə deyil. Niyə heç vaxt öz fikrini deməmisən? Niyə məni həmişə atamın yanına göndərirsən?".

Mən deyəcəyəm: "Əzizim, mən sənin yerinə qərar vermək istəmirdim. Mən sadəcə səni sevirdim, əzizim, məsləhət üçün atan var". O isə: "Mənim vecimə deyil atamın məsləhəti! Mən səndən soruşurdum. Bütün ömrümü sənin diqqətini çəkməyə sərf elədim. Əlimdəki hər şeyi verməyə razıyam ki, sənin fikrini öyrənim, heç olmasa bircə dəfə, ana! Sükutunla, məsafəli davranışınla sən, sən... Sən mənim həyatımı məhv elədin!" - deyib teatral formada əlini alnına qoyacaq.

Onda mən ayağa qalxacaq, ona diqqətlə baxıb deyəcəyəm: "Deməli belə. Dünyada iki tip insan var: birincilər yaşayır, ikincilər isə ömrü boyu nəyisə gözləyir. Sən bunu başa düşmürsənsə, demək axmaqsan!".
O, "ah" deyib huşunu itirəcək. Psixoterapiyaya 5 ili gedəcək.

Bu mətn - bizim analıq perfeksionizmimiz - ideal ana olmaq cəhdlərimiz üçün yaxşı profilaktikadır. Rahat olun! Biz nə qədər yaxşı ana olmağa çalışsaq da, uşaqlarımız psixoterapevtə danışmağa nəsə tapacaqlar.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2373   Tarix: 12 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 252
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13.04.2024 353
.

NASA: "2024-cü ildə insanlar nadir kosmik fenomenin şahidi olacaqlar"

"2024-cü ildə Yer kürəsinin sakinləri nadir kosmik fenomeni müşahidə edə biləcəklər". Bunu ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ətraf mühit departamentinin rəhbəri Bill Kuk deyib. Kuk bildirib ki, bu il Yerdən üç min işıq ili uzaqlıqda ulduzda partlayış baş verəcə

20.04.2024 272
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 636
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 378
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 475
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21.04.2024 472
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 439
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 276