Müsəlmanların 20 ən böyük ixtirası

Müsəlmanların 20 ən böyük ixtirasıMəşhur "The İndependent" qəzeti müsəlmanların 20 ən məşhur ixtirasının siyahısını hazırlayıb.

BiG.AZ həmin siyahını təqdim edir:

Gözün görmə qabiliyyəti – Antik dövrdə insanlar gözümüzdən işıq yayıldığını və bunun sayəsində gördüyümüzü düşünürdülər. Lakin X əsrdə yaşamış müsəlman alim İbn Haytam işığın gözümüzə daxil olaraq sınması nəticəsində ətrafı gördüyümüzü kəşf edib.

Şahmat – İranda yaranıb və X əsrdə ispanlar əməvilər vasitəsilə bu oyunla tanış olublar.

Uçuş – Hələ Rayt qardaşlarının ilk uçuşu sınaqdan keçirmələrindən 1000 il əvvəl – 852-ci ildə Abbas ibn Firnas adlı ərəb düzəltdiyi taxta qanadlarla Kordovada məscidin minarəsindən tullanıb. Həmin qanadlar sayəsində yerə heç bir zədə almadan düşən Abbas daha sonra bu təcrübəsini ipək və qartal tükləri ilə sınaqdan keçirib. O, havada 10 dəqiqə qala bilib.

Sabun – "Xaç yürüşləri" zamanı xristian əsgərlərini ilk dəfə görən müsəlmanları dəhşətə gətirən hadisə onların çox nadir hallarda çimmələri və üstlərindən gələn pis qoxu idi. Ərəblər bitki yağlarını qarışdıraraq indi istifadə etdiyimiz sabunu və şampunu hazırlayıblar. Şampun İngiltərəyə ilk dəfə 1759-cu ildə aparılıb.

Mayelər – Mayeləri müxtəlif qaynama temperaturuna görə ayıran ilk alim Cabir ibn Hayyan olub. O, eyni zamanda müasir kimyanın qurucusu sayılır.

Mil sistemi – düz hərəkəti əyri hərəkətə çevirən mil sistemi ilk dəfə Əl Ciziri tərəfindən kəşf olunub və mühərrikin ixtirasınadək bütün dünyadakı mexaniki cihazların əsasını təşkil edib.

Paltar – Libasın parçası ilə astarının yapışdırılması müsəlmanların icadıdır.

Qəhvə - Rəvayətə görə, Cənubi Efiopiyada çoban Xalid qoyunlarının bir bitkini yeyəndən sonra canlandığını görür və bu bitkidən yığaraq onu dəmləyib içir. Əvvəlcə gecələr oyaq qalıb işləmək üçün Sufi alimləri tərəfindən kəşf olunduğu deyilən qəhvə 1645-ci ildə Venesiyaya aparılıb. Londondakı ilk qəhvəxananı isə bir türk açıb.

Qübbə və kəmərşəkilli tikililər – bunlar da İslam memarlığının məhsuludur. İngiltərə kralı V Henrinin sarayının memarı da müsəlman olub.

Cərrahiyyə alətləri – Hazırda dünyada istifadə olunan bütün cərrahiyyə alətləri Əndəlüs əməvilərindən Əl Zəhravi tərəfindən ixtira olunub. Neştər, sümük mişarları, göz əməliyyatı üçün nəzərdə tutulan qayçıların da daxil olduğu 200 alət müasir tibbdə də geniş istifadə edilir. Heyvan bağırsaqlarından hazırlanan tikiş saplarının öz-özünə yox olduğunu da Zəhravi kəşf edib.

Külək dəyirmanı – İlk dəfə İranda kəşf olunub və ərəb ölkələrinə yayılıb. Avropada isə külək dəyirmanı bu ixtiradan düz 500 il sonra istifadə edilməyə başlanıb.

Peyvənd – Suçiçəyi peyvəndinin Avropada istifadəsindən hələ 50 il əvvəl Osmanlı İmperatorluğunda uşaqları bu xəstəliyə qarşı peyvənd edirdilər.

Doldurulma qələm – İlk belə qələm 953-cü ildə əllərini boya ilə kirlətməkdən yorulan Misir sultanlarından birinin göstərişi ilə hazırlanıb. Alqoritm –Alqoritm və triqonometriya da Avropaya islam dünyasından yayılıb. Bu ixtiranın sahibi isə Əl-Xarəzmi idi.

Üç çeşid yemək – Əli ibn Nafi adlı şəxs İraqdan Kordova şəhərinə gedərkən üç çeşid yemək istəyir: onun menyusunda şorba, balıq və ya ət, meyvə ilə çərəz olur. Avropaya ilk şüşə stəkanlar da bu dövrdə aparılıb.

Xalça – Xalı və xalça toxumağın bütün sirlərini avropalılar müsəlmanlardan öyrənib.

Çek – hazırda da istifadə etdiyimiz çeklər ilk dəfə ərəblər tərəfindən kəşf olunub. Hətta IX əsrdə müsəlman tacir "sak" adlanan bu kağızları Çində pula dəyişə bilirdi.

Dünya və Günəş – IX əsrdə - Kopernikdən hələ 500 il əvvəl Əl Bruni Yerin günəş ətrafında fırlandığını söyləyirdi.

Barıt – İlk dəfə barıtdan ərəblər hərbi məqsədlə istifadə ediblər. "Xaç yürüşləri" zamanı müsəlmanların istifadə etdikləri bu partlayıcı maddə avropalıları çox təəccübləndirmişdi.

Bağça dekorasiyası – Həyətyanı sahələrin gül-çiçəklə bəzədilməsi və gözəl dekorasiyaların yaradılması ideyası da müsəlmanlara aiddir.

axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2457   Tarix: 28 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086