Qarabağın yerli futbolçuları istənilən çempionatda oynaya bilərlər

Qarabağın yerli futbolçuları istənilən çempionatda oynaya bilərlər"Qəbələ"nin sabiq baş məşqçisi, hazırda Rusiyanın "Mordoviya" klubunu çalışdıran Yuri Syominin müsahibəsi

- Azərbaycanı tərk etdikdən sonra bir müddətdir "Mordoviya"da çalışırsız. Geridə qalan müddətdə ölkəmiz üçün darıxmırsız?

- Azərbaycanla bağlı xoş xatirələrim qalıb. Özümə qarşı orada gördüyüm münasibət əla idi. Futbol, təşkilatçılıq baxımından da hər şey yüksək səviyyədə idi. Qəbələdə çox gözəl meydançalar var ki, o cür stadionlara hər yerdə rast gəlmək mümkün olmur. Yenidən Azərbaycana gəlmək istərdim. Əgər "Qəbələ" rəhbərliyi dəvət etsə, yeni stadionunun açılışında məmuniyyətlə iştirak edərəm. Dostlarım çoxdur Azərbaycanda. Boş vaxt tapan kimi mütləq onları görməyə gələcəyəm.

- "Qəbələ"dən ayrıldıqdan sonra peşmançılıq hissi keçirmədiniz? Düşünmədiniz ki, bəlkə avrokuboklarda da komandanı meydana çıxarsaydım, daha yaxşı olardı...

- Mənim planlarım başqa cür idi. Kubokun finalından sonra istirahətə yollanmağı və Braziliyada keçirilən dünya çempionatının oyunlarını izləməyi nəzərdə tutmuşdum. Əvvəldən bütün hazırlıqlar da görülmüşdü. Lakin sonradan elə alındı ki, "Mordoviya" ilə anlaşmaq barədə qərar qəbul etdim.

- Kubokun finalında qalib gəlsəydiniz də, qərarınız dəyişməyəcəkdi?

- Yox. Nəticə burada rol oynamırdı. Uduzmağımıza gəldikdə isə həmin gün biz yaxşı çıxış etdik. Sadəcə, bəxtimiz gətirmədi.

- Bu gün "Qəbələ"nin "Kuban"a qarşı keçirdiyi yoxlama oyununu izlədiniz. İndiki komanda ilə sizin çalışdırdığınız "Qəbələ" arasında fərqlər çoxdu?

- Hazırkı heyətdə yüksək səviyyəli azərbaycanlı futbolçular çoxluq təşkil edir. Bu, müsbət məqamdır. Hiss olunur ki, hər biri keyfiyyətli futbolçulardı. Seçim yaxşı aparılıb. Elvin Camalovun oyununu bəyəndim. Mənim vaxtımda o, uşaq idi. İndi isə artıq əsas heyətdə meydana çıxır. Sevindirici məqamdır. Bütün bu işlər Azərbaycan futbolununun inkişafı üçün görülür. İnanıram ki, tezliklə ölkənizdə də futbolun səviyyəsi yüksələcək.

- Ruslan Abışovun çıxışı haqda nə söyləyə bilərsiz?

- Abışov təcrübəli futbolçudu. Amma ayrı-ayrılıqda oyunçuları dəyərləndirmək istəmirəm. Dediyim kimi, hazırda "Qəbələ"də yaxşı yerli futbolçular cəmləşib. Komanda uduzsa da, bu, yoxlama oyunudur. Hiss olunur ki, komanda təlim-məşq toplanışı keçir.

- Siz Rusiya futboluna yaxşı bələdsiz. Necə düşünürsüz, Ruslanın "Rubin"dəki karyerasının alınmamasının səbəbi nədir?

- Ilk növbədə onu deyim ki, həmin dövrdə "Rubin" çox güclü idi. Komanda ən yüksək yerlər uğrunda mübarizə aparır və avrokuboklarda inamla çıxış edirdi. Ola bilər ki, rəqabətə tab gətirmədi. Üstəlik Kazan klubunda əcnəbi futbolçuların sayı çox idi. Ruslan da legioner sayılırdı və bu məqam da onun əleyhinə idi.

- "Mordoviya" ilə anlaşdıqdan sonra "Qəbələ"də rəhbərliyiniz altında çıxış edən İbrahima Niasse və Lorense Ebesilionu da özünüzlə birgə Rusiyaya apardınız. Gələcəkdə "Qəbələ"dən hansısa futbolçuları "Mordoviya"ya cəlb etmək fikriniz var?

- Bu haqda danışmağa hüququm yoxdu. Klub rəhbərliyi ilə çox gözəl münasibətim var. Onların icazəsi olmadan heç kimi "Qəbələ"dən transfer edə bilmərik. Ona görə də bu haqda danışmaq düzgün çıxmaz. Əgər gələcəkdə hansısa futbolçu ilə maraqlansaq, ilk növbədə klublar arasında razılıq əldə edilməlidir.

- Azərbaycan Premyer Liqasında çıxış edən digər klublardan necə, maraq dairənizdə olan futbolçu var?

- Azərbaycanda yaxşı oyunçular çoxdu. Götürək "Qarabağ"ı. Bu klubda legionerlərlə yanaşı, yerli futbolçuların da səviyyəsi olduqca yüksəkdir. Onlar təkcə Rusiyada deyil, istənilən ölkədə çıxış edə bilərlər.

- "Qarabağ"dan söz düşmüşkən, bu komandanın Avroliqanın son turunda "İnter"ə qarşı keçirdiyi oyunda baş verən haqsızlığa münasibətiniz necədir?

- Orada həqiqətən də kobud hakim səhvi var idi. "Qarabağ" qələbəyə layiq idi və növbəti mərhələyə də adlamalıydı. Oyun zamanı stadionun dolması da çox gözəl mənzərə idi. Azarkeşlər "Qarabağ"a yaxşı dəstək verdilər.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1276   Tarix: 25 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533