Ramil Səfərova Milli Qəhrəman adı verilməlidirmi?

Ramil Səfərova Milli Qəhrəman adı verilməlidirmi?

Azərbaycan ordusunun zabiti Ramil Səfərov artıq 6 ildir ki, Macarıstanda həbsxanadadır. Bəlli olduğu kimi, erməni zabiti Qurgen Marqaryanı bayrağımızı təhqir etdiyi üçün qətlə yetirən zabitimiz barəsində məhkəmə ömürlük həbs qərarı verib. Bundan sonra onun Azərbaycana ekstradisiyası ilə bağlı məsələ zaman-zaman gündəmə gəlsə də, hələ ki həllini tapmayıb.

Bir müddət öncə isə Milli Ordumuzun giziri Mübariz İbrahimov cəbhə bölgəsində düşməni ciddi canlı itkilərə məruz qoyaraq qəhrəmancasına həlak oldu. Bundan sonra ona milli qəhrəman adı verildi. Bu iki hadisə arasında oxşarlıq odur ki, hər iki gənc fərqli situasiyalarda olsa da, erməni ordusunun əsgərlərinə qarşı mübarizə aparıb. Maraqlıdır, Ramil Səfərova da Milli Qəhrəman adı verilə bilərmi?
Millət vəkili İqbal Ağazadəyə görə, R.Səfərova milli qəhrəman adı verilməsi Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərə bilər: "Bəlkə Azərbaycan acısından, problemləri baxımından o doğrudan da milli qəhrəman adına layiqdir. Amma Azərbaycanın beynəlxalq aləmdə adı baxımından bu ad ona verilməməlidir".
Millət vəkili Fəzail Ağamalı da eyni fikirdədir: "Ramil Milli Ordunun çox qeyrətli əsgəridir. Burda mübahisə ola bilməz. Lakin onun həbs olunmasının motivləri başqadır və ona milli qəhrəman adının verilməsi Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərə bilər. Yaxınlarda Mübariz İbrahimov silahlandı və ermənilərlə vuruşaraq qəhrəmancasına həlak oldu. Bu, qəhrəmanlığın bütün parametrlərinə uyğun gəlir. Lakin Ramilin erməni əsgərini öldürməsi, orada kifayət qədər psixoloji məqamların olduğu halında belə ona bu adın verilməsi ilə uyğun gəlməz".
Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, R.Səfərova ad verməkdən daha çox məsələni hüquqi müstəvidə həll etməyə daha ciddi ehtiyac var: "Onu Macarıstana göndərən şəxslər çıxıb açıqlama verməliydilər ki, Türkiyədə yüksək təhsil görmüş, NATO standartlarına cavab verən məktəbdə təhsil alan birisini hansısa dil kurslarına göndərmək nəyə lazım idi? Kadr siyasətinə məsul olanlar buna cavab verməlidirlər. Onlar bilirdilər ki, Ramilin torpağı işğal olunub, erməninin özbaşınalığına göz yuman deyil. Ona görə də düşünmürəm ki, Ramilə milli qəhrəman adı verələr".
Hüquqşünas Müzəffər Baxışova görə, məsələ müzakirə mövzusu ola bilər: "Milli qəhrəman adının verilməsi ilə bağlı qanun 1992-ci ildə qəbul edilib. Respublikanın yüksək fərqlənmə dərəcəsidir. Amma Ramilin hərəkəti psixoloji məqamlar nəzərə alınsa belə, qəsdən adam öldürmə kimi dəyərləndirilib. Bunu xalq qarşısında müstəsna xidmət sayılıb-sayılmaması haqda bir söz deyə bilmərəm. Mənim fikrimcə, bu məsələ müzakirə mövzusu ola bilər. Amma birmənalı onun hərəkətlərini milli qəhrəman səviyyəsinə qaldırıb hadisəyə düzgün qiymət vermədən ona bu adı vermək olmaz".

Bəs siz necə fikirləşirsiniz Ramil Səfərova Milli qəhrəman adı verilməlidirmi?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7350   Tarix: 06 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

20:43 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

21:30 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0