Kəbəni kim tikmişdir?

Kəbəni kim tikmişdir?Mənbə: http://zikr.az

İbn Abbas rəvayət edərək demişdir: "Qadınlar arasında ilk qurşaq bağlayan İsmailin anası Həcər olmuşdur. O Saradan gizlənib öz izini itirmək üçün belə etmişdir. Bundan sonra İbrahim həyat yoldaşı Həcəri südəmər oğlu İsmail ilə birlikdə müqəddəs Evin olduğu yerə – Zəm-zəmin başına, məscidin yuxarı tərəfində bitmiş yekə bir ağacın yanına gətirdi. O dövrdə Məkkədə nə bir adam, nə də ki su var idi. İbrahim onları orada tərk edib, yanlarında da bir az xurma və su qoyub getdikdə, İsmailin anası onun dalınca qaçıb dedi: "Ey İbrahim, sən bizi ins-cins olmayan bu çöllükdə atıb gedirsən?!" Həcər bunu bir neçə dəfə təkrar etdi, lakin İbrahim ona tərəf dönüb baxmadı. Axırda qadın soruşdu: "Olmaya, bunu sənə Allah əmr edib?" İbrahim: "Bəli!"– deyə cavab verdi. Qadın: "Elə isə Allah bizi nəzarətsiz qoymaz"- deyib geri qayıtdı. İbrahim isə yoluna davam etdi və nəhayət onlardan tamamilə uzaqlaşıb gəlib dağ keçidinə çatdıqda üzünü müqəddəs Evə tərəf çevirdi və əllərini göyə qaldırıb belə dua etdi:
"Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər."
Həcər isə İsmailə süd verir, özü də yanındakı sudan içirdi. Tuluqdakı su qurtardıqdan sonra onun həm özü, həm oğlu bərk susadı. Həcər uşağın çabaladığını gördükdə dözməyib yaxınlıqda yerləşən Səfa dağına tərəf getdi. Dağın üstünə çıxıb ətrafa baxmağa başladı, lakin heç kəsi görə bilmədi. Qadın Səfa dağından aşağı endi və paltarının ətəyini qaldırıb tez-tez yeriyərək Mərva dağına tərəf getdi. Həcər vadini keçib Mərva dağına çatdıqda onun üstünə çıxıb ətrafa baxdı, lakin yenə də heç kəsi görə bilmədi. O, yeddi dəfə beləcə dağların arasında o tərəf-bu tərəfə getdi."
Peyğəmbər demişdir: "Elə buna görə də müsəlmanlar ziyarət əsnasında bu dağlar arasında gedib-gəlirlər." İbn Abbas rəvayətinə davam edib dedi: "Qadın Mərva dağına gəlib çatdıqda səs eşitdi və öz-özünə: "Sakit ol!"- dedi. Yenə səs eşitdikdə: "Səsini mənə eşitdirdin, mənə kömək edə bilərsənmi?"- dedi. Elə bu vaxt Zəm-zə¬min yerində mələk gördü. Mələk qanadı ilə yerə vurdu və yerdən su qaynayıb çıxdı. Qadın əli ilə suyun qabağını aldı və tuluğa su doldurmağa başladı. Su isə axmağa davam edirdi." Peyğəmbər demişdir: "Allah İsmailin anasına rəhmət eləsin! Əgər o, Zəm-zəmə toxunmasaydı, o müəyyən bir bulağa çevriləcəkdi." İbn Abbas rəvayətinə davam edib dedi: "Həcər sudan içdikdən sonra uşağını əmizdirdi. Mələk ona dedi: "Başlı-başına buraxılacağınızdan qorxmayın! Çünki Allahın Evi burada olacaq. Onu bu uşaq və onun atası tikəcək. Allah onun ailəsini əsla nəzarətsiz buraxmaz."
O dövrdə Kəbənin yalnız bünövrəsi var idi və çaylar onun həndəvərindən axıb gedirdi. Onlar bir müddət orada qaldılar. Nəhayət, Kəda tərəfdən gəlmiş Curhum qəbiləsindən olan bir dəstə adam Məkkənin aşağı tərəfində dayanmalı oldular. Onlar göydə uçan quşları görüb: "Bu quşlar ancaq su olan yerdə uçarlar. Axı o vadidə su olmamalıdır!"- dedilər, sonra da ora bir və ya iki nəfər göndərdilər. Göndərilən adamlar suyu görəndən sonra qayıdıb onlara xəbər verdilər və onların hamısı yığışıb oraya getdilər. O vaxt İsmailin anası suyun kənarında oturmuşdu. Onlar ona yaxınlaşıb dedilər: "Bizə sənin yanında qalmağa izn verir-sənmi?" Həcər dedi: "Bəli, ancaq mənim iznim olmadan bu sudan istifadə etməyəcəksiniz." Onlar: "Razıyıq"- dedilər. Peyğəmbər demişdir: "Bu təklif İsmailın anasının könlünə yatdı. Çünki o, insanlarla ünsiyyətdə olmağı sevirdi." İbn Abbas rəvayətinə davam edib dedi: "Beləliklə, onlar orada məskunlaşdılar, sonra yaxınlarına xəbər göndərib onları öz yanlarına çağırdılar və onlar da orada məskən saldılar. Nəhayət uşaq böyüyüb boya-başa çatdı və onlardan ərəb dilini öyrəndi. Onlar bu uşaqla fəxr edirdilər və onun fərasətinə heyran qalmışdılar. O yetkinlik yaşına yetişdikdə onu öz qızlarından biri ilə evləndirdilər.
İsmailin anası vəfat etdikdən bir müddət sonra atası İbrahim ona baş çəkməyə gəldi, lakin onu evdə tapmadı. İbrahim İsmailin zövcəsindən onu xəbər aldıqda qadın dedi: "Gedib, bizim üçün yeməyə bir şey gətirsin." Sonra İbrahim qadından onların yaşayış tərzi və dolanışıqları barədə soruşdu. Qadın: "Vəziyyətimiz çox pisdir! Biz ehtiyac və yoxsulluq içində yaşayırıq"- deyə şikayət etməyə başladı. İbrahim buyurdu: "Ərin evə gəldikdə mənim salamımı ona çatdır və de ki, evinin astanasını dəyişdirsin." İsmail qayıtdıqda evə adam gəldiyini hiss edib yoldaşından: "Evimizə gələn olubmu?"- deyə soruşdu. Qadın dedi: "Bəli, filan əlamətləri olan qoca bir kişi gəlmişdi. O sənin barəndə soruşdu, mən də ona evdə olmadığını xəbər verdim. Sonra o, dolanışığımız barədə soruşdu, mən də ona bizim ehtiyac və yoxsulluq içində yaşadığımızı söylədim." İsmail dedi: "O sənə bir şey tövsiyə etdimi?" Qadın dedi: "Bəli, o, mənə buyurdu ki, onun salamını sənə çatdırım, həm də deyim ki, evinin astanasını dəyişəsən." İsmail dedi: "O gələn mənim atam idi. Mənə səndən ayrılmağı tövsiyə etdi. Odur ki, qayıt atan evinə."
İsmail onu boşadıqdan sonra başqa bir qızla evləndi. Bir müddət keçdikdən sonra İbrahim yenə oğluna baş çəkməyə gəldi, lakin onu evdə tapmadı. İbrahim evə daxil oldu və İsmailin zövcəsindən onu xəbər aldıqda qadın dedi: "Gedib, bizim üçün yeməyə bir şey gətirsin." Sonra o, qadından onların yaşayış tərzi və dolanışıqları barədə soruşdu. Qadın: "Vəziyyətimiz çox yaxşıdır, hər şeyimiz var!"- deyib Allaha şükr etdi. İbrahim: "Nə yeyirsiniz?"- deyə soruşdu. Qadın: "Ət yeyirik"- deyə cavab verdi. İbrahim: "Nə içirsiniz?"- deyə soruşdu. Qadın: "Su içirik"- deyə cavab verdi. İbrahim dua edib dedi: "Allahım, bunların yediyi ətə və içdiyi suya bərəkət ver!" Peyğəmbər demişdir: "O vaxt onlarda buğda yox idi. Əgər yedikləri buğda olsaydı, İbrahim bunun üçün də Allahdan xeyir-bərəkət diləyərdi." İbn Abbas dedi: "Kim Məkkənin xaricində yalnız ət və su ilə qidalanarsa, bunun ona zərəri dəyər." Sonra o, rəvayətinə davam edib dedi: "İbrahim buyurdu: "Ərin evə gəldikdə mənim salamımı ona çatdır və de ki, evinin astanasını qorusun." İsmail evə qayıtdıqda zövcəsindən: "Bizə gələn olubmu?"– deyə soruşdu. Qadın dedi: "Bəli, üzündən xeyirxahlıq yağan ixtiyar bir qoca gəlmişdi." Qadın onu təriflədikdən sonra dedi: "O məndən səni soruşdu, mən də ona sənin haqqında xəbər verdim. Sonra o, dolanışığımız barədə soruşdu, mən də ona vəziyyətimizin çox yaxşı olduğunu söylədim." İsmail soruşdu: "O sənə bir şey tövsiyə etdimi?" Qadın dedi: "Bəli, o, mənə buyurdu ki, onun salamını sənə çatdırım, həm də deyim ki, evinin astanasını qoruyasan." İsmail dedi: "O gələn mənim atam idi. Evimizin astanası isə sənsən. O mənə səndən möhkəm yapışmağı tövsiyə etdi."
Allah istədiyi qədər İbrahim onlardan ayrı yaşadıqdan sonra yenə onlara baş çəkməyə gəldi. Həmin vaxt İsmail Zəm-zəmin yanında bitmiş böyük bir ağacın altında oturub oxlarının ucunu itiləyirdi. Atasını görcək ayağa qalxıb ona yaxınlaşdı və ata ilə oğul bir-birini bərk-bərk qucaqlayıb görüşdülər. Sonra İbrahim dedi: "Ey İsmail! Allah mənə vacib bir işi yerinə yetirməyi buyurub." İsmail dedi: "Rəbbinin sənə buyurduğunu yerinə yetir." İbrahim soruşdu: "Mənə kömək edərsənmi?" İsmail: "Sənə kömək edərəm"- dedi. İbrahim: "Allah mənə burada bir ev tikməyi əmr etdi"- deyib ətrafındakı hündür təpəni ona göstərdi. Beləliklə də, onlar müqəddəs Evin bünövrəsini qaldırmağa başladılar. İsmail daş daşıyır, İbrahim də onu bina edirdi. Evin divarları ucaldıqdan sonra İsmail bu daşı gətirib yerə qoydu İbrahim də onun üstünə çıxıb tikintini davam etməyə başladı. Yenə İsmail daş gətirir, İbrahim də onu tikirdi. Onlar işlərini görə-görə deyirdilər: "Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!" (əl-Bəqərə, 127). Səhih əl-Buxari, 3364.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3407   Tarix: 14 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283