Bu şəhərin əhalisi 16 milyard avronu heçə saydılar - VIDEO

Bu şəhərin əhalisi 16 milyard avronu heçə saydılar - VIDEOKiçik bir şəhərin sakinlərinə milyardlarla avro pul payladılar. Belçikada sağçı partiyalardan birinin qeyri-adi etiraz aksiyası bütün Avropada maraq oyadıb. Hökumətin yürütdüyü maliyyə siyasətinə qarşı çıxan Vlams Belanq partiyasının üzvləri Valoniya şəhərinə içi pulla dolu olan onlarla inkassator göndəriblər.

Kənardan 16 milyard avro daşıyan avtomobillər hər kəsin diqqətini cəlb edib. Üstəlik avroların paylanacağını eşidəndə sakinlərin gözləri parıldasa da, maşınlardakı milyardlarla avronun saxta olduğu üzə çıxıb. Sakinlər bu qədər saxta pulun yük maşınlarına yüklənərək Valoniyaya daşınmasını kədərlə qarşılayıb. Aksiyanın təşkilatçıları saxta pulların, hökumətin yürütdüyü saxta siyasətə işarə olduğunu deyiblər.

Maraqlıdır ki, hazırda Belçikada hakimiyyətdə olan partiya, 10 il əvvəl Valoniyaya eynilə bu cür pul daşımışdı. Verilən vədlərin yerinə yetirilmədiyinə diqqət çəkən aksiyaçılar isə məhz bu məqamı nəzərə alaraq eyni şəhərə 16 milyard saxta avro göndərməklə hökumətə mesaj ünvanlayıb.

atvxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2342   Tarix: 11 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740