Cənnətə sorğu-sualsız daxil olanların vəsfi

Cənnətə sorğu-sualsız daxil olanların vəsfiMənbə: http://zikr.az

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Ümmətimdən yet­miş min, yaxud yeddi yüz min nəfər, hamısı birdən Cənnətə daxil olacaq. On­la­rın üzləri on dörd gecəlik ay kimi gözəl olacaq". (əl-Buxari, 3247).
Peyğəmbər, həmçinin, demişdir: "Ümmətlər mənə gös­tərildi. Mən bir və ya iki peyğəmbər gördüm, yanlarında bir neçə adam var idi. Hətta elə bir peyğəmbər də gördüm ki, yanında heç kəs yox idi. Hə­min vaxt mənə böyük bir toplum göstərildi. Mən soruşdum: "Bu nədir? Yox­sa bu mənim ümmətim­dir?" Mənə: "Bu, Musa və onun qövmüdür"– deyildi. Sonra da: "Üfüqə tərəf bax"– deyə əmr edildi. Mən orada bütün üfüqü tut­muş böyük bir toplum gördüm. Yenə dedilər: "Üfüqün burasına və bu­ra­sına bax!" Mən orada bütün üfüqü tutmuş böyük bir toplum gördüm. Mənə: "Bu sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sualsız Cənnətə gi­rəcəkdir"– dedilər. Bunu deyəndən sonra Peyğəmbər kimlərin sorğu-sualsız Cənnətə girəcəklərinə dair açıqlama verməyib evinə daxil oldu. Bu səbəbdən camaatın arasına ixtilaf düşdü və onlar dedilər: "Biz Allaha iman gətirmiş və Onun elçisinin ardınca gedən kimsələrik. Demək, o yetmiş min nəfər bizik, yaxud bu, müsəlman olaraq doğulmuş övladlarımıza aid­dir, çünki biz cahi­liyyə dövründə dünyaya gəlmişik." Bu söhbət Peyğəm­bə­rə yetişdikdə o bayıra çıxıb dedi: "Bunlar özlərinə ovsun oxunmasını tələb et­məyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti hesab etməyən, mü­a­li­cə məqsədilə bədə­ninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kim­sələrdir." Bu vaxt Ukkaşə ibn Mihsən dedi: "Mən onlardanammı, ya Rə­su­lullah?" Peyğəmbər: "Bəli"– dedi. Sonra başqa bir adam ayağa qalxıb: "Mən də onlardanammı?"– deyə soruşdu. Peyğəmbər dedi: "Ukkaşə səni qa­baqladı." (əl-Buxari, 5705).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3629   Tarix: 05 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917