Bu muzey görənləri dəhşətə salır - VİDEO

Bu muzey görənləri dəhşətə salır - VİDEOMuzeydə anormal və ölü doğulan körpə uşaq bədənləri görənləri dəhşətə gətirir.
Ana, ya da atanın spirtli içki, narkotik, ya da bənzər digər pis vərdişləri övladlarına təkcə psixoloji-tərbiyəvi şəkildə təsir etmir.

Bunlar həm də uşaqlar üzərində fiziki fəsadlara da yol açır. Əməkdaşlarımızın Tibb Universitetinin insan anatomiyası tədris muzeyində lentə aldığı kadrlar da buna sübutdur. Muzeydə anormal və ölü doğulan körpə uşaq bədənləri görənləri dəhşətə gətirir. İnsan bədənləri, orqanları ilə eksponat zənginliyi qazanan anatomiya muzeyi ürək xəstələrini narahat edə biləcəyindən onların ekrandan uzaqlaşması məsləhətdir.

İnsan skeletləri, ölü doğulmuş uşaqlar və insan beyinləri.Görüntülər Tibb Universitetinin İnsan Anatomiyası kafedrasının tədris muzeyindəndir. Bu muzeydə 700 insan başı, hətta 200 min manat dəyəri olan eksponatlar saxlanılır.

Muzeydə ən diqqətçəkən valideynlərin pis vərdişlərinə görə yarımçıq, ya da ölü doğulan uşaqların formalin məhlulunda saxlanılan cansız bədənləridir.

İnsan beyninin necə olduğunu isə canlı şəkildə yalnız burda görmək olar.
Bu iki əkiz körpə çiyinlərindən bir-birinə birləşən siam əkizləridir. Bir-birinin yanında cərgə ilə düzülən kəllə sümükləri isə keçmiş dövrə aiddir və qədim türk kəllələri hesab olunur.

Tibb universitetnin tələbələri bura digər siniflər kimi tədris üçün gəlirlər. İlk dəfə görəni bəlkə də qorxudan bu görüntülər insan bədənini tələbələrə daha yaxşı anlamağa imkan verir.

Yeni eksponatlar tapıldıqca muzeydəkilərin sırasına əlavə olunur. Universitetin İnsan Anatomiyası Kafedrasının müdiri Vaqif Şadlınskini də təəssüfləndirən məqam bura "dövlət muzeyi" statusu verilməməsidir. Dünyada eksponat sayına görə, ilk muzey olsa da ölkəmizdə bu muzeydən xəbərsiz olanlar çoxdur.

xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 4562   Tarix: 02 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390