Səbir edənlərə müjdə ver!

Səbir edənlərə müjdə ver!Mənbə: http://zikr.az

Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır" (əl-Bəqərə, 155-157).
Bu ayədə Uca Allah insanların mütləq müsibətlərə məruz qalaraq imtahan olunmaları haqda xəbər verir. Uca Allah insanları qorxu, narahatlıq, aclıq, mal və məhsul itkisi, xəstəlik və yaxın adamların həlak olması kimi müsibətlərlə imtahan etdiyini və "bir az" deməklə üz verən müsibətin mütləq şəkildə gəlmədiyini bildirir. Əgər müsibətlər mütləq şəkildə gələrsə, insan məhv olar. Müsibət üz verdikdə səbir edən bəndələrə müjdə verilir. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "İnnə lilləhi və innə ileyhi raciun" (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!) – deyirlər. Allaha iman gətirən bəndəyə bir müsibət gəldikdə bu sözləri deyər və səbir edərsə, Uca Allah onu tərifləyər, ona rəhm edər və onu doğru yola yönəldər. Mömin bəndə müsibətlərə səbir etməklə aşağıdakı bir çox üstünlükləri əldə edir:

Müsibətlər günahlara kəffarədir

Peyğəmbər - sallallahu aleyhi və səlləm - de­mişdir: "Müsəlmana üz vermiş hər bir yorğunluq, naxoşluq, kə­dər, üzüntü, əziyyət, dərd, hətta bir tikanın batması ilə Allah onun günahlarını yuyur". (əl-Buxari, 5642). 
Peyğəmbər demiş­dir: "Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz". (əl-Buxari "Ədəbul-Mufrad", 494).

Xəstəliyə səbir edənin mükafatı 

Allah Elçisi demişdir: "Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: "Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağ­ladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox, əgər onu sağaltsam, günahla­rından təmizlənmiş olar!"
Allah Elçisi demişdir: "Uca Allah buyurur: "Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbir edərsə, yata­ğından anadan doğulduğu gündə olduğu kimi günahlardan təmizlə­nərək ayağa qalxar". Rəbb qoruyucu mə­lək­lərinə buyurur: "Həqiqə­tən, Mən bu qulumu əməl etmək­dən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən etdiyi əməllərə bərabər yazdığınız savab qədər onun üçün mükafat yazın!"

Gözlərinin itirilməsinə səbir edənin mükafatı

Peyğəmbər demişdir: "Allah buyurdu: "Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbir etsə, bu­nun əvəzində ona Cənnəti bəxş edərəm". Allah "sevdiyi iki şeylə" deyəndə gözləri qəsd edirdi". (əl-Buxari, 5653).

Yaxın adamını itirməsinə səbir edənin mükafatı

Peyğəmbər demişdir: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari, 5944).
Peyğəmbər demişdir: "Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. Qiyamət günü onların övladlarına deyiləcək: "Cənnətə girin!" Onlar deyəcəklər: "Valideynlərimiz daxil olma­yın­ca biz girmərik". Onlara deyiləcək: "Siz də, valideynləriniz də Cənnətə girin!" (ən-Nəsai, 1853).

Müsibətə düçar olana axirətdə qibtə ediləcək 

Allah Elçisi demişdir: ""Bəlaya düçar olanlara Qiyamət günü mükafat veriləcəyi zaman, bəla görməyənlər dünyada ikən dərilərinin kəskin alətlərlə kəsilmiş olmasını istəyəcəklər" (ət-Tirmizi, 2402).

Ən çox müsibətə düçar olan mömin haqqında

Allah Elçisi demişdir: "Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən bir adam gətiriləcək və bir dəfə Oda salınıb çıxarılacaq. Sonra ona deyiləcək: "Ey Adəm oğlu! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?" O da: "Xeyr! Vallahi, ya Rəbb!"- deyəcək. Sonra Cənnət əh­lindən olan, dünyada insanlar arasında ən çox müsibət görən bir adam gətiriləcək və bir dəfə Cənnətə salınıb çıxarılacaq. Ona deyi­ləcək: "Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?" O da: "Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəl­mədi və bir sıxıntı da görmədim"- deyəcək. (Muslim, 2807).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4448   Tarix: 27 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436