Peyğəmbərin tövhidi qoruması

Peyğəmbərin tövhidi qorumasıMənbə: http://zikr.az

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - insanlara ürəkdən qayğı göstərər və əlindən gələni edərdi ki, insanlar tək Allaha ibadət etsinlər və buna zidd olan bütün inanc və əməllərdən çəkinsinlər. Peyğəmbər dəfələrlə ümmətinə Allaha şərik qoşmağı qadağan etmiş, onları şirkdən çəkindirmişdir. O, bunu təkrar-təkrar yada salardı ki, təkAllahlığı – İbrahimlə göndərilmiş tövhid dinini, ona xələl gətirəcək hər bir sözdən və əməldən qorusun. Peyğəmbər şübhələri dəf etmiş və özündən sonra aydın bir yol qoyub getmişdir.
Peyğəmbərin təkAllahlığı (tövhidi) necə qoruduğunu və şirkə aparan yolların qabağını necə aldığını göstərmək üçün bu hədisi qeyd etmək olar. Əbu Vaqid əl-Leysi demişdir: "Biz Peyğəmbərlə birlikdə Huneyn deyilən yerə getdik. Həmin vaxt biz hələ islamda təzə idik. Müşriklərin orada başına toplanıb silahlarını üzərindən asdıqları zatul-Anvat adlı sidr ağacı var idi. Biz onun yanından keçərkən Peyğəmbərə dedik: "Ya Rəsulullah, onların zatul-Anvat ağacı olduğu kimi, bizim üçün də belə bir ağac seç."
Peyğəmbər buyurdu: "Allahu Əkbər! Bu, əvvəlkilərin yoludur. Allaha and olsun ki, siz İsrail oğullarının Musaya dediyi kimi dediniz: "Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt. Musa dedi: "Həqiqətən, siz cahil bir tayfasınız" (əl-Əraf, 138). Heç şübhəsiz ki, siz özünüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz." (Sünən ət-Tirmizi, 2180).
Bu hədisdən bəlli olur ki, ağaclardan, qəbirlərdən, daşlardan və sairədən bərəkət ummaq, habelə onların ətrafında toplaşmaq və onlar üçün qurban kəsmək şirkdir (Allaha şərik qoşmaqdır). Elə buna görə hədisdə onların dediyi, İsrail oğullarının "Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt" dediyinə bənzədilir. Bunlar müşriklər kimi sidr ağacı ilə bərəkət istəyirdilər. İsrail oğulları da həmçinin müşriklərin ilahı kimi bir ilah istəmişdilər. Bu tələblərin hər ikisi tövhidə ziddir. Çünki ağacdan bərəkət diləmək şirkin bir növüdür, Allahdan qeyrisini ilah seçmək isə açıq-aydın şirk hesab olunur. Peyğəmbərin: "Siz özünüzdən əvvəlkilərin yolunu tutub gedəcəksiniz" sözlərinə gəlincə, bu, Peyğəmbərin öz ümmətinin başına gələcək bir şeyi əvvəlcədən xəbər verməsidir. Bu isə Peyğəmbərin həm xəbərdarlıq, həm də onu qadağan etməsidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2125   Tarix: 17 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594