Mələklərin xüsusiyyətləri

Mələklərin xüsusiyyətləriMənbə: http://zikr.az

Uca Allah mələkləri nurdan yaratmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Mələklər nurdan, cinlər tüstüsüz oddan, Adəm isə bildiyiniz şeydən yaranmışdır." (Səhih Muslim, 2996).
Mələklər incə və nurani cismə malikdirlər, onlar gözəl surətlərə və qiyafələrə girə bilirlər, qeyri-adi gücə, çox böyük sürətə malikdirlər, onların sayı həddən çoxdur, saylarını Allahdan başqa heç kim bilmir. Allah onları Özünə ibadət etmək və əmrlərini yerinə yetirmək üçün yaratmışdır. Onlar Allaha qarşı əsla asilik etmir, yalnız onlara verilən əmrləri yerinə yetirirlər.

Mələklərin bəzi xüsusiyyətləri

Mələklər güclü və qüdrətli olurlar. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır" (ət-Təhrim, 6).
Mələklər yaradılışlarına və qüdrətlərinə görə müxtəlifdirlər, eyni dərəcədə deyillər. Onlardan bəzilərinin iki qanadı, bəzilərinin üç, bəzilərinin dörd, digərlərinin də altı yüz qanadı vardır. Uca Allah buyurur: 
"Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır" (əl-Fatir, 1).
Mələklər olduqca yüksək dərəcədə gözəlliyə malikdirlər. Uca Allah Cəbrail haqqında buyurur: "Bunu ona çox qüvvətli olan öyrətdi, gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü(ən-Nəcm, 5-6). 
İbn Abbas demişdir: "Ayədəki "zu mirratin" sözü gözəl görünüşlü deməkdir." Qadınların Yusufu gördükləri zaman dedikləri sözlər barəsində Uca Allah belə xəbər verir: 
"Qadınlar Yusufu gördükdə onu o qədər təriflədilər ki, unudub meyvə əvəzinə öz əllərini kəsdilər və dedilər: "Allah saxlasın! Bu ki bəşər deyil. Bu ancaq hörmətə layiq bir mələkdir!" (Yusuf, 31).
Onlar bunu insanlarda mələklərin gözəl bir görünüşə malik olmaları barədə təsəvvürün olduğuna görə demişdilər. 
Mələklər möhtərəm və olduqca itaətkardırlar. Uca Allah buyurur:
"Bu səhifələelçilərin əllərində, möhtərəm və müti olanların əllərindədir(Əbəsə, 15-16). 
Həmçinin buyurur: "Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır, çox möhtərəm, əməllərinizi yazanlar" (əl-İnfitar, 10-11).
Mələklər həm də həyalıdırlar. Peyğəmbər Osman haqqında demişdir: "Mələklərin utandığı bir kəsdən mən necə utanmayım?!" (Səhih Muslim", 2401).
Onlar həm də elmlidirlər. Uca Allah mələklərə xitab edərək buyurur:
"Həqiqətən, Mən biləni siz bilmirsiniz" (əl-Bəqərə, 30). 
Bu ayədə Uca Allah mələklərin elmli olduqlarını, lakin onların Onun bildiyini bilmədiklərini bildirir. Uca Allah Cəbrail barəsində buyurur:
"Bunu ona çox qüvvətli olan öyrətdi" (ən-Nəcm, 5). 
Təbəri demişdir: "Bu Quranı Muhəmmədə Cəbrail öyrətmişdir. Bu da Cəbrailin elmli olduğunu və elm öyrətdiyini göstərir."
Mələklər göydə yaşayırlar. Onlar yalnız Allahın tapşırığını icra etmək və öz vəzifələrini yerinə yetirmək üçün yerə enirlər. Uca Allah buyurur: 
"Allah Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərir" (ən-Nəhl, 2).
O, həmçinin buyurur: "Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən" (əz-Zumər, 75).
Peyğəmbər demişdir: "Bir dəstə mələk gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh və əsr namazlarında bir yerə toplanırlar. Bundan sonra gecəni sizin aranızda keçirən mələklər səmaya qalxır və Allah onlardan: "Siz Mənim qullarımı nə vəziyyətdə tərk etmisiniz?" – deyə soruşur, halbuki O, qullarının nə etdiklərini daha yaxşı bilir. Bununla belə onlar deyirlər: "Biz onları namaz qıldıqları halda tərk etdik, yanlarına gəldikdə də onlar namaz qılırdılar." (Səhih əl-Buxari, 555).
Mələklər Allaha ibadət etməkdən yorulub bezmirlər. Uca Allah buyurur: 
"Əgər onlar təkəbbür göstərsələr bilsinlər ki, sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər" (əl-Fussilət, 38).
Mələklərə iman gətirmək imanın altı əsasından biri hesab olunur. Hər bir müsəlman Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində mələklər haqqında verilən məlumatlara iman gətirməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3050   Tarix: 17 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qərbin şərqdən götürməli olduğu 5 QAYDA - Azərbaycanda yaşamış ukraynalı qızın etirafı

Təmizliyin şərqdən gəldiyi barədə deyim bir çoxlarına məlumdur. İslam dini mənəvi paklıqdan əlavə, cismani təmizliyi də imandan bilir və ibadət üçün "qüsl", "dəstəmaz" kimi yuyunma prosesini vacib buyurur. BİG.AZ takprosto.cc saytına istinadən bir müddət Türkiyə və Azərbaycanda yaşaya

27.04.2020 3495
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237