ATƏT-in xristian damarı tutdu

ATƏT-in xristian damarı tutdu"Cəbhənin Ağdam istiqamətində, Kəngərli kəndinin ərazisində təmas xəttini pozan Ermənistan tərəfinə məxsus vertolyotun vurulması yəqin ki, ən azından yaxın bir həftə, on gün gündəmi zəbt edəcək hərbi, hərbi-siyasi mövzu olacaq. Hesab edirəm ki, bu Azərbaycanın xeyrinə olan bir hadisədir və biz bundan maksimum istifadə etməliyik. Artıq bəzi ermənipərəst qüvvələr var-gücü ilə "qara məni basınca, qoy qaranı mən basım" prinsipi ilə hərəkətə keçiblər. Məni ən çox narahat edən isə ATƏT-in baş katibi Lamberto Zannierin çox yersiz və qərəzli münasibəti oldu ki, məhz o haqda fikirlərimi sizlərlə bölüşmək istərdim".

Bu barədə hərbçi ekspert Üzeyir Cəfərov "Facebook" səhifəsində Ağdamda Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan hərbi helikopteri ilə bağlı məsələyə münasibət bildirib.

Ü.Cəfərov bildirib ki, bu ilin avqustunda cəbhə bölgəsində ondan çox hərbçisini itirən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının, həmçinin öz doğma ocaqlarına, ata-babalarının məzarlarını ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin vəhşicəsinə təhqir edilməsinə, Həsən Həsənovun isə işgəncələrlə qətlə yetirilməsinə son dərəcə biganə yanaşan ATƏT-in "xristian damarı" dərhal özünü göstərməyə başladı. Avropa Parlamentindəki dinləmələrdə çıxışı zamanı ATƏT-in baş katibi qeyd edib ki, bu hadisələr onsuz da qeyri-sabit olan vəziyyət kontekstində böhranın daha da genişlənməsinə səbəb ola bilər. Yəni, ATƏT insidentdən narahatdır və belə hadisələr böhranın miqyasını artıra bilər.

"Mən ATƏT "başbiləni" Lamberto Zannierin hansı "etibarlı mənbə"lərinə əsaslanaraq belə tez-tələsik bəyanat verməsini, bu haqda narahatçılığını bildirməsini anlamadım. Bu cənabdan soruşmaq lazımdır ki, ay filan zat, erməni kimi qaniçənin hərbçisinin, onun iki cüt, bir tək döyüş vertolyotunun... Azərbaycan ərazisində nə işi var ki, onu da bizim əsgərlər vururlar? Və ümumiyyətlə özünə hörmət edən hansı ölkə imkan verər ki, onun başı üzərində düşmən ordusunun hərbi təyyarəsi, yaxud vertolyotu fırlansın? Son illər Dağlıq Qarabağda və ətrafındakı hadisələrdən "çox narahat", "bərk narahat", "dərindən narahat" olan beynəlxalq qurumlar birdəfəlik anlamalıdırlar ki, artıq Azərbaycan xalqının səbr kasası daşmaq üzrədir. Belə daha davam edə bilməz", deyə Üzeyir Cəfərov bildirib.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 890   Tarix: 15 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774