Xəstələnmək istəmirsinizsə bu qidaları yeyin

Xəstələnmək istəmirsinizsə bu qidaları yeyinİnsan orqanizmi daim ona lazım olan vitamin və mikroelementləri almalıdır.
Əks halda orqanizmdə müxtəlif pozulmalar baş verə bilər. Avitaminoz bizim immun sistemimizə ciddi zərbə vurur və bunun nəticəsində insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır. Bu səbəbdən insan öz qidalanmasını elə tənzim etməlidir ki, bütün lazım olan vitamin və mikroelementlər onun orqanizminə daim daxil olunsun.
İlin isti aylarında bu problem asanlıqla həll olunur - vitamin və mikroelementlərin əsas mənbəyi olan meyvə, tərəvəz, giləmeyvələr, göyərti bol olur. Lakin soyuq aylarda bu kifayət qədər çətin işə çevrilir.
Beləliklə, soyuq aylarda orqanizmə lazım olan vitaminləri hansı məhsullardan qəbul etmək olar? BiG.AZ ailem.az -a istinadən həmin qidaları təqdim edir.

1. Sitrus meyvələri (naringi, portağal, limon, kivi) soyuq fəsillərdə orqanizmi müxtəlif vitaminlər və mikroelementlərlə təmin edir. Bu vitaminlərin arasında C vitaminin faydasını xüsusilə vurğulamaq lazımdır. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır, soyuqdəymə və qrip zamanı sağalma dövrünü qısaldır. Bütün bunlar isə soyuq aylarda xüsusilə vacibdir. Bu səbəbdən ilin soyuq fəsillərində sitrus meyvələri hər gün qəbul etmək lazımdır.

2. Tərəvəzlər soyuq fəsillərdə saxlanma zamanı, təbii ki, öz xeyirli xüsusiyyətlərinin müəyyən hissəsini itirirlər. Lakin tərəvəzlərdən imtina etmək düzgün deyil. Kələm, çuğundur, kök, kartof və s. daim menyunuzda olmalıdır.
Təzə göyərtilər (şüyüd, cəfəri, keşniş və s.) də orqanizmi vitamin və mikroelementlərlə təmin edir.
Soğan və sarımsağın qəbulunu soyuq aylarda artırmaq lazımdır. Bu tərəvəzlər immun sisteminə olduqca müsbət təsir edir.
Tez-tez salatlar qəbul edir: kələm, kök, bibər, soğan doğranılır, özərinə zeytun yağı və limon şirəsi əlavə olunur və qarışdırılır. Belə salatlar həm vitaminlə zəngindir, həm də mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.

3. Süd məhsulları (qatıq, kefir, xama, yoqurt və s.) müxtəlif vitaminlər və mikroelementlərin zəngin mənbəyidir. Bu məhsullar B qrupu, D, C kimi vitaminlərlə, kalsium, fosfor kimi mikroelementlərlə olduqca zəngindir. Bu məhsulların tərkibində olan lakto və biridobakterilər insanın immun sistemini möhkəmləndirir. Nəzərinizə çatdıraq ki, yalnız saxlama müddəti qısa olan süd məhsulları (3 aya kimi) orqanimi lakto və bifidobakterilərlə tam həcmdə təmin edə bilərlər. Saxlama müddəti uzun olan süd məhsulları xeyirli bakterilərdən çox, konservant və s. xeyirli olmayan maddələrlə "zəngindir".

4. Ət (ət, toyuq, balıq) orqanizmi bir çox əvəzsiz maddələrlə təmin edir.

5. Soyuq fəsillərdə müxtəlif sıyıqların (yulaf, darı yarmaları, qarabaşaq, qəhvəyi düyü və s.) qəbulunu artırın.

6. Bal əvəzsiz məhsuldur. Balın gündəlik qəbulu orqanizmi vitaminlərlə təmin edir, immun sistemini möhkəmləndirir.

7. Soyuq aylarda quru meyvələri (ərik, qara qavalı, əncir quruları, kişmiş və s.) mütləq qəbul edin. Bu məhsullarda, demək olar, bütün vitamin və mikroelementlər saxlanılır. Meyvə quruları sıyıqlara əlavə edin, komptotlar bişirin. Ən faydalı resept: axşamdan 2 litrlik termosda kişmiş, qara qavalı, ərik qurusu (hər meyvədən 1 ovuc) dəmləyin və növbəti gün ərzində için.

8. İtburnu və yemişan kimi giləmeyvələr də orqanizm üçün çox faydalıdır. Bu giləmeyvələri də termosda dəmləyib içmək çox yaxşıdır.

9. Yayda bişirilən müxtəlif mürəbbələr və kompotları da mentynuza əlavə edin. Bişirilməyən mürəbbələr (qara qarağat, moruq və s.) daha xeyirlidir. Onlarda, demək olar, bütün vitaminlər saxlanılır. Moruq mürəbbəsini xüsusilə vurğulamaq lazımdır. Bu mürəbbəni orqanizmə olan təsirinə görə təbii antibiotik kimi qəbul etmək olar.

10. Qoz-fındıq da (qoz, fındıq, badam, püstə, keşyu və s.) vitamin və mikroelementlərin zəngin mənbəyidir. Hər gün 1 ovuc qoz-findıq qəbul edin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3079   Tarix: 12 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767