Bir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTO

Dünya istedad və gözəlliyi məğlubedilməz hesab edir. Bu keyfiyyətlərə sahib olanlar xüsusi hesab olunur. Sanki onlar hər kəsin arzuladığı nəsnələrə sahibdir. Ancaq iki halda onlar geridə qalırlar – intizam və ağıl.

BiG.AZ-ın indi təqdim edəcəyi bu insanlar dünyanın ən tanınmış simalarıdır. Ancaq adi bir səhvlə bütün bunların barmaqlarının arasından axıb getməsinə səbəb olublar.

Uitney Hyuston
Məşhur aktrisa və talantlı ifaçı Uitney Hyuston karyerasının zirvəsində ikən 1992-ci ildə R&B ulduzu Bobbi Braunla ailə qurdu. Narkotik maddə asılılığından əziyyət çəkdiyinə görə əri ondan sui-istifadə etməyə çalışıb. Səs-küylü evlilikdən sonra Hyustonun narkotik alışqanlığı daha da pisləşir. 2007-ci ildə Braun və Hyuston boşanır. Hyuston yeni albom çıxarmaq üzrə idi və sanki həyatı da öz qaydasında yaxşılaşmağa doğru gedirdi.
2010-cu ildə təşkil etdiyi dünya turu onun karyerasını yenə də xilas edə bilmədi. Performans zəifliyi və səs problemlərinə görə fanatları da məyus olmuşdu. 2012-ci ildə yüksək dozada narkotik maddə qəbul etdiyi üçün hamamda vannada boğulub ölmüşdü. Ancaq Uitney Hyuston dünyanın ən çox satılan səsi idi. O, yaşadığı illər ərzində 200 milyon diski satılmışdı.

Maykl Cekson
Maykl yaşadığı illərdə musiqi dünyasının ən böyük adı idi. Hansı səbəbdən bilinmir, son illər qəribə bir həyat yaşamağa başladı. Çoxlu cərrahiyyə əməliyyatları, narkotik maddə aslılığı, bazarlıq aludəçiliyi. İki dəfə evlənib, hər iki evliliyi də uğursuz və qısa müddətli olub.
"Living with Michael Jackson" filminin ortaya çıxması ilə 2003-cü ildə bütün nüfuzu zədələndi. Film Mayklın həyatı ilə bağlı şok detalları ortaya çıxardı. Detallar arasında ən iyrənc olanı isə gənc oğlanla yatmaq üçün razılaşması olub. İstintaqdan sonra həbs olunan və bütün varını itirən Maykl Cekson 2009-cu ildə vəfat etdi.

Britni Spears
Britni uşaqlıqdan musiqi karyerasına başlayan və artıq yeniyetmə çağında ulduz olan nadir məşhurlardan biridir. 11 yaşında karyerasına başlayıb, Castin və Kristina Aqileranın qatıldığı "The New Mickey Mouse" musiqi qrupuna qoşulub. Daha sonra solo karyerasına başlayan Britni 1998-ci ildə ilk sinqlını çıxardıb. Pop musiqisində sensasiya yaradandan sonra Britni özü həyatının dağılmasına yol açdı.
2004-cü ildə Cason Areksandla iki günlük evliliklə adı hallandı. Sonra rəqqasla sevgi münasibətinə görə haqqında çox danışıldı. Bir il sonra onunla evlənən Britni ilk oğlunu dünyaya gətirdi. İkinci oğlu dünyaya gəldikdən sonra boşanmağa qərar verdilər. Ruhi pozuntu yaşayan Britnin əri uşaqları öz himayəsinə götürdü. Bir müddət sonra ictimai yerdə içkili halda paparatsilər tərəfindən görüntüləndi.
Ancaq Britni karyerasının tamamən əllərindən uçub getməsinə imkan vermədi. Özünü ələ alan sənətçi indi möhtəşəm qayıdış planlaşdırır.

Tayqr Vuds
2009-cu ilin noyabr ayına kimi bütün dünya Tayqra qibtə edirdi. Dünyada ən yaxşı qolf oyunçusu olaraq tanınırdı. Hər şey yaxşı gedirdi, təkrarlanan evlilik işləri ilə bağlı detallar ortaya çıxana qədər.
Bütün reputasiyası dağıldıqdan sonra maliyyə dəstəkləyiciləri də öz pullarını geri çəkdilər. Xanımı onu boşamışdı deyə uşaqların himayədarlığını da öz üzərinə götürmüşdü. Sonradan karyerasından uzaqlaşıb müalicə almaq qərarına gəldi. İndi möhtəşəm qayıdış üçün addım atmağa başlayıb.

Mel Qibson
Fanatları həmişə Mel Qibsonu məğlubedilməz hesab edirdi. O, dəlicəsinə fanatı olan Mad Max sayəsində dövrünün ən sevimli ulduzu oldu. Çəkdiyi "Braveheart" filminə görə "Oskar" mükafatı qazandıqda onun kino dünyasında silinməz iz buraxdığı düşünülürdü. Bu uğurlarının altında onun spirtli içkilərə meyl problemi yatırdı. Yeniyetmə olanda içməyə başlamışdı. 1996-ci ildə içkili vəziyyətdə maşın sürməkdə, kobud davranışda adı hallanırdı. 26 illik evlilikdən sonra ilk həyat yoldaşını boşadı. Bu evlilikdən 1 qızı və 6 oğlu vardı. İkinci xanımı rusiyalı pianoçu Oksana Qriqorieva ilə ayrıldıqdan sonra karyerası uçurumla qarşı-qarşıya durdu. Bütün dostları ona arxasını çevirdi.

Lindsey Lohan
Lindsey karyerasına aktrisa, daha sonra ifaçı olaraq başlayıb. Ulduz olmağın çətinliklərinə dözə bilmədi. İçki və narkotik maddələrə qurşanmağa başladı. Dəfələrlə saxlanılan Lindsey rol aldığı bir çox filmlərdən də bu xüsusiyyətlərinə görə qovulmuşdu. 20 dəfə məhkəmə qarşısına çıxan sənətçinin karyerası beləcə korlanıb getdi.

Kurt Cobain
1991-ci ildə "Nevermind" albomu üçün yazdığı "Smells like the Team spirit" mahnısı bütün dünyada sevildi və onu ulduz etdi. Ancaq o da bu uğurunu əlində saxlamağı bacarmadı. Heroin istifadəsi və əqli çətinlikləri ona problem yaratdı, 27 yaşında yüksək dozada narkotik maddə qəbulu ucbatından öldü.

ailem.az

Bir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTOBir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTOBir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTOBir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTOBir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTOBir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTOBir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTOBir səhvlə bütün dünyaları alt-üst olan ulduzlar - SİYAHI - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4216   Tarix: 10 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877