Balqabağın sağlamıq üçün saymaqla bitməyən faydaları

Balqabağın sağlamıq üçün saymaqla bitməyən faydalarıPayız və qış fəsillərində bostan məhsulu balqabaqdan milli mətbəximizdə geniş istifadə olunur. Bu mənada balqabağın faydasını çoxumuz yaxşı bilirik. Bununla belə balqabaq və onun tumunun xeyirli xüsusiyyətlərini bilməyən insanlar da var. Balqabağı təmizlədiyimiz zaman içərisindən çıxan tumu bəzən çox düşünmədən atırıq. Əmin olun ki, oxuduğunuz bu yazıdan sonra belə etməyəcəksiniz.

Balqabaq haqqında az yazılmayıb. Amma İnternetdə, o cümlədən Almaniyanın internet portalları "Berliner Zeitung", "Flavour-magazin.de", "Zentrum der Gesundheit", "Chef Koch.de" və başqa saytlarda balqabağın insan sağlamlığı üçün nə dərəcədə faydalı olduğu barədə dərc olunan məlumatlar xüsusilə diqqət çəkir.

Tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngin olan bir tərəvəzdir. Alman alimləri araşdırmalarında qeyd edirlər ki, balqabaq tumları qəbizliyə yaxşı təsir etməklə yanaşı, iltihablar, sidik tutulması zamanı çox faydalıdır. Bundan əlavə mədə bulantısını aradan qaldırır, mədə qurdlarını tökməyə təsir göstərir. Hissiyyat, sonsuzluq və ya hormonal balanssızlıq problemi olan insanlar üçün də balqabaq tumu faydalıdır. Elmi cəhətdən sübuta yetirilib ki, balqabaq tumu oynaqların iltihabı xəstəliyinin müalicəsində müsbət nəticələrə gətirib çıxarır.

Balqabağın 90 faizini su təşkil edir və kalorisi az olan məhsul hesab olunur. Yüz qram məhsulun tərkibində 25 kalori var. Xiyar və qovuna yaxın olan balqabağı bu baxımdan alimlər "dünyanın ən böyük giləmeyvəsi" hesab edirlər.

Hal-hazırda dünyada təxminən 100 balqabaq cinsindən olan 850 müxtəlif balqabaq növü mövcuddur. Lakin bunların heç də hamısı yeməli olmur. Balqabaq qırmızı, yaşıl, mavi və ya qara, dəyirmi, oval və ya butulka formalı ola bilər. 50 qramdan tutmuş təxminən 900 kiloqrama qədər nəhəng balqabaqlara rast gəlmək olar. Narıncı Hokkaido sortu ən klassik və yaxşı balqabaq hesab edilir.

Balqabaq beta-karotenoid maddəsi ilə zəngindir. Toxumalara təbii rəng verən və hüceyrələri qoruyan bu maddə A vitaminin əmələ gəlməsində əvəzsiz rol oynayır. Balqabaq tumundakı karotenoid və omeqa-3 yağları görmə qabiliyyətini gücləndirilməklə yanaşı, insan hüceyrələrini cavan saxlayır, dərinin qocalmasının qarşısını alır, prostat xərçəngi riskinin azaldır, ürək damar sağlamlığına yaxşı təsir edir. Odur ki, yubanmayın,

nuş olsun!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 4332   Tarix: 02 noyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334