Güllələnmiş arzular

Güllələnmiş arzular

Azərbaycanın şəhid Milli Qəhrəmanı Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun

Ceyhun, istərdik ki, oxucularımıza özün barədə kiçik bir bilgi verəsən.
- 1984-cü il iyunun 5-də Bakıda doğulmuşam. Orta təhsilimi Bakı Avropa Liseyində almışam. Əvvəlcə Xəzər Universitetinin tibbi biologiya fakültəsinə qəbul olunmuşam. Sonra isə Azərbaycan Beynəlxalq Universitetinin eyniadlı fakültəsinə köçürülmüşəm. 2005-ci ildə oranı bitirmişəm. 2003-cü ildən isə ANS televiziyasında əvvəlcə reportyor, hazırda isə "Xəbərçi" proqramında aparıcı işləyirəm. Evliyəm, 4 yaşında Amid Əhməd adlı dəcəl bir oğlum da var.

Güllələnmiş arzular- Ananı necə xatırlayırsan?
- Əvvəlcə onu deyim ki, anam 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində dünyaya gəlib. 1979-cu ildə Bakı şəhərindəki M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonra müxtəlif ictimai yerlərdə çalışıb. Lap sonda isə "Baku", "Molodyoj Azerbaydjana" qəzetlərində müxbir işləyib, müxtəlif mövzulu yazılarla çıxışlar edib. Tez-tez Qarabağa-cəbhə bölgəsinə gedərək qaynar nöqtələrdən operativ yazılar hazırlayıb. 1990-cı ilin sentyabrında Ağdamda ezamiyyətdə olarkən ən təhlükəli yerlərə can atıb. Başının üstündən şütüyən güllələrə məhəl qoymadan öz peşəkarlığı ilə vəzifəsini yerinə yetirib. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, onun olduğu maşın yaxın məsafədən şiddətli güllə atəşinə tutulub. Beləliklə də anam erməni qatilləri tərəfindən qətlə yetirilib.
O, çox qayğıkeş, mehriban, ədalətli bir insan idi. Qocalara, əlillərə, kimsəsizlərə bacardığı qədər kömək edərdi. Poeziyanı, musiqini və kitab oxumağı çox sevərdi. Bir sözlə, insana xas olan ən müsbət keyfiyyətlərin hamısı onda var idi. Məni isə hamıdan, hər şeydən çox istəyirdi. Anam məni hər gün bağrına basıb əzizlərdi. Özümü dünyanın ən xoşbəxti sanardım.
- Anan qətlə yetiriləndən sonra kimin yanında qaldın. Səni kim böyütdü, kim oxutdu?..

Güllələnmiş arzular- Məni atamın atası və anası böyüdüb. Onların ilk nəvəsi olduğumdan məni çox istəyirdilər. Mənə böyük qayğı göstərirdilər. Heç nəyə ehtiyacım olmurdu, təkcə Ana qayğısından, Ana nəvazişindən başqa. Analı günlərimi indi də axtarıram, özü də o günlər üçün burnumun ucu göynəyir. Hərdən öz-özümə fikirləşirəm ki, mən tez-tez anamdan qaçıb gizlənərdim, o, məni elə həmin andaca tapardı. Amma anam məndən elə gizləndi ki, mən onu ömrümün axırına kimi tapa bilməyəcəyəm.
- Səni anasız qoyan o erməni qatillərinə qarşı qəlbində hansı hisslər yaşayır?
- Məni anasız qoyan o ermənilərin murdar sifətləri indi də gözlərim önündədir. Yəqin ki, xatırlayırsınız, elə o vaxtlar anamı qətlə yetirən həmin erməni quldurları tutulub Bakıya gətirilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə onları mühakimə etdilər. 11 nəfər idilər. Məhkəmə iclaslarından birinə məni də aparmışdılar. Yaxşı yadımdadır ki, iclasın sonunda erməni qatillərinin əyləşdiyi yerin önündən keçəndə ermənilərdən birinin əlinin üstündən var gücümlə çimdik götürdüm və üzünə tüpürdüm. O zaman mənə elə gəldi ki, anamın qatillərindən qismən də olsa qisasımı aldım. Əlbəttə, o vaxt 6 yaşlı bir uşaq idim və bu, mənim üçün böyük bir intiqam kimi görünürdü. Onu da deyim ki, anamı qətlə yetirən əsas 2 erməni elə türmədə olarkən gəbərmişdi. Qalanları isə ermənilərin əlində olan əsirlərimizlə dəyişdirildi.
- Salatın xanım mətbuatda işləyərkən yazılarına Ceyhun Salatın imzası qoyardı.
- Bu o istəkdən irəli gəlirdi ki, anam bizi bir-birimizdən ayrı təsəvvür belə etmirdi. Bir dəfə anam həm mənə, həm də özünə diktofon almışdı. O zamanlar bulvarla üzbəüz "Qızıl açar" adlı bir restoran var idi. Mən oranı çox sevərdim. Ona görə ki, orada Kiyev kotletini əla hazırlayırdılar. Bir dəfə həmin restoranda yemək yeyəndə bizdən kənardakı masada 2 qız əyləşmişdi. Birdən anam mənə dedi ki, diktofonunu işə sal və get o qızlardan müsahibə al. Mən də gedib həmin qızlara bir-iki sual verdim. Onlar da mənə bir qolbaq və bir dənə qələm bağışladılar. Mən qolbağı anama hədiyyə etdim. Elə həmin andaca, "oğul hədiyyəsidir", deyib onu qoluna bağladı. Anam Qarabağda qətlə yetiriləndə həmin o qolbaq onun qolunda idi..
Bəli, doğrudan da o məni jurnalist görmək istəyirdi. Çalışırdı ki, məni uşaqlıqdan bu sahəyə yönəltsin. Onu da deyim ki, mənim ana babam həkim olub. Uşaq vaxtı həmişə deyərdim ki, həkimliyi oxuyacağam, amma jurnalist işləyəcəyəm. Elə də oldu. Bu gün fəxr edirəm ki, anamın güllələnmiş arzularından birini yaşadaraq onun yolu ilə gedirəm və çalışıram ki, bu peşəni ona layiq olan tərzdə davam etdirim.
- Ölümündən sonra Salatın Əsgərovaya Azərbaycanın Milli Qəhrəmanı adı verildi...
- Bəli, mən onunla qürur duyuram. Fəxr edirəm ki, anam hamımızın ziyarətgahı sayılan Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulub. Yaşadığı binaya barelyefi vurulub. Əlbəttə, bütün bunlar üçün dövlətimizə və xalqımıza minnətdaram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6301   Tarix: 05 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455