Şabalıdın faydaları

Şabalıdın faydalarıŞabalıd zahirən gözəl dekorativ bitki olması ilə yanaşı, həm də çox faydalıdır. Bu bitkinin iki tanınmış növü var: 1) Adətən küçələrdə, parklarda rastlaşdığımız yabanı at şabalıdı; 2)Vətəni əsasən Avropa, Asiya və Şimali Amerika sayılan həqiqi şirin şabalıd. Rusiyada şabalıd əsasən dekorativ məqsədlə əkilirdi. Hal-hazırda isə tərkibinin faydalılığına və kaloriliyinə görə qoz, fındıq və s. kimi bitkilərdən daha çox bu bitkiyə üstünlük verilir. Şabalıd vegetarian pəhriz üçün əla komponentdir. Şabalıdın tərkibindəki yağın miqdarı qoz, fındıq, fıstıq və badama nəzərən daha aşağıdır. Onun tərkibində çoxlu nişasta (62%), şəkər (17%), zülal (6%) vardır. Bundan əlavə, onun tərkibində 2,5%-dən 3,5%-ə qədər A, b və C qrup vitaminlər, 3%-ə qədər minerallar vardır. Şabalıdın yetişmiş meyvələrində yağlar və vitaminlər çox olmasa da, yetişməmiş meyvələrində əksinə C vitamininin miqdarı1500mg%, C vitamini isə 0,18mg%-ə qədər olur. Şabalıd ağacının yarpaqları qlükozidlər, pektin və K vitamini ilə zəngindir.

Müalicəvi xüsusiyyətləri:
Şirin şabalıdın qurudulmuş meyvələrinin həlimindən və quru yarpaqlarının dəmlənməsindən isə yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərinin müalicəsində istifadə edilir. Təzə yarpaqların dəmlənməsi göy öskürək üçün yaxşı vasitədir.

Şabalıdın meyvə və qabığını mədə-bağırsaq xəstəliklərində, böyrək mənşəli ödemlərdə, burun qanaxmalarında istifadə etmək olar. Meyvələrin həlimi həmçinin yaralarda, furnikullarda xarici vasitə kimi tətbiq edilə bilər. Ümumiyyətlə, xalq təbabətində adi şabalıdın müxtəlif hissələrindən büzücü, bərpaedici, yanıq əleyhinə, yarasağaldıcı kimi istifadə edilir.

Xalq təbabətində həmçinin at şabalıdı da geniş yer tutur. Onun çiçəklərindən, toxumundan və qabıqlarından olan dəmləmələr qızdırmasalıcı vasitə kimi, həmçinin müxtəlif revmatik xəstəliklərin müalicəsində, bronxitlərdə, venaların varikoz genişlənmələrində, öd kisəsi xəstəliklərində, həzm prosesinin pozulmalarında, gec sağalan yaralarda istifadə edilir.

Əczaçılıq məqsədi ilə bitkinin müxtəlif hissələri müvafiq zamanlarda tədarük edilməlidir. Çiçəklər təbii ki, çiçəklənmə zamanında, yarpaqlar iyun ayının axırı-iyul ayının əvvələrində, meyvələr isə ayrı-ayrı müvafiq məqsədlər üçün kal və yetişmiş şəkildə yığılmalıdır. Qabıq, yarpaq və çiçəklər kölgədə, meyvələr isə gün altında qurudulmalıdır.

movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3131   Tarix: 27 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318