Xoşqədəm Hidayətqızı kimdən gizlənir?

Xoşqədəm Hidayətqızı kimdən gizlənir?ATV kanalındakı "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşla ailə qurması barədə məlumatlar yayılıb.

Bu barədə Türkiyənin ucankus.com saytı məlumat yayıb. Həmçinin Xoşqədəm Hidayətqızı və müğənni Doğuş sosial şəbəkələrdəki ünvanlarında toy fotolarını da paylaşıblar.

Gələn məlumatlara görə, aparıcı ilə müğənni arasında münasibətlər bir neçə ay öncədən başlayıb. Müğənni bir neçə dəfə aparıcının verilişində iştirak etmək üçün Bakıya gəlib. Xoşqədəm Hidayətqızının yaxın çevrəsi onların həmin vaxtdan bəri eşq yaşadıqlarını da deyir.

Sadəcə, indi paylaşılan şəkillərin bu eşqin rəsmiləşdirilməsi olub-olmadığı bəlli deyil.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, iki məşhur şəxs ailə həyatı qurmalarına işarə vuran şəkillər paylaşsalar da, açıqlama verməmək üçün gizlənirlər.

X. Hidayətqızı Azərbaycan jurnalistlərindən ona əli çatanlara "bu barədə geniş danışmaq istəmirəm" deyir, digərlərinin isə telefon zənglərini cavabsız buraxır.

Doğuş da Türkiyənin maqazin mediasını yaxına buraxmır.

Azərbaycanlıların daha çox istifadə etdikləri "facebook" və "twitter" sosial şəbəkələrində çoxu bunun Xoşqədəm xanımın "növbəti piar kampaniyası" adlandırır. Çünki Xoşqədəm xanım dəfələrlə müxtəlif piar kampaniyalarından istifadə etdiyi üçün tamaşaçıları onun növbəti bleflə məşğul olduğunu düşünür.

İstənilən ailə ciddi bir institutdur. Hələ verilişinin qayəsi ailələri birləşdirmək, qovuşdurmaq olan bir şəxs bu institutla belə davranmamalı, bu barədə xəbərlə manipulyasiya etməməlidir.

Bəli, Xoşqədəm xanım evlənməyin onun şəxsi işi olduğunu deyə bilər, bu barədə açıqlama verməyə borclu deyil. O zaman yüz minlərlə insanın yığışdığı sosial şəbəkələrdə müzakirəyə səbəb olan şəkillər paylaşıb "aşk yuvasına çəkilmək" nəyə lazım? Gerçəkdən də sakit yaşanılan aparıcı və müğənni həyatı heç kimə maraqlı deyil. Amma müğənni və aparıcı münasibətlərinə medianın diqqətini çəkmək istəyirlərsə, onda bu intizara son qoyub, onları sevən tamaşaçını tapmaca ilə üz-üzə qoymamalıdırlar. Yox, bu hansısa "sevgi klipi"nin, ya da verilişin piar kampaniyasıdırsa, o qədər də uğurlu düşünülməyib. Çünki bunun piar olduğu bilinən anda o layihəyə maraq da bitəcək.

Ailəm.az bütün hallarda müğənni və aparıcının ailə qurması ilə bağlı yaxınlarının dediyinə inanır və onları təbrik edir.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 19335   Tarix: 22 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960