Siding Spring kometi Marsın yanından keçdi

Siding Spring kometi Marsın yanından keçdiMarsda dünyanın axırı baş vermədi: Siding Spring kometi 140 min kilometr məsafədə Qırmızı planetin yanından keçib.

Komet Qırmızı planetə Bakı vaxtı ilə saat 22:27 dəqiqədə ən yaxın məsafədə olub. O, Marsın yanından saatda 203 min km sürətlə keçib. Bu məsafə Yer və Ay arasındakı məsafənin yarısına bərabərdir. Bundan başqa, alimlər bildirirlər ki, bu, nə vaxtsa Yerin yaxınlığından ən yaxın məsafədə keçmiş kometə olan məsafədən 10 dəfə çoxdur.

Alimlər ümid edirlər ki, Marsın orbitində yerləşən kosmik aparatlar çox yaxın məsafədən çəkilişlər aparıb və keyfiyyətli şəkillər alıb.

Bu səma cisminin təqribi diametri 50 kilometrdir və Günəş sisteminin uzaq küncündən- Oorta Buludundan gələrək Yer teleskoplarının nəzər-nöqtəsinə düşən ilk kometdir. Bu yaxınlaşma astronomlara onu dərindən tədqiq etmək üçün unikal imkan yaradıb.

movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4099   Tarix: 22 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040