Googledən daha bir yenilik - VİDEO

Googledən daha bir yenilik - VİDEO

Dünyanın ən böyük axtarış sistemi olan "Google" şirkəti daha bir yeniliyə imza atıb. "Tracking Point" şirkəti ilə bir araya gələn "Google" mütəxəssisləri "ağıllı eynəklər" yaratmağa müvəffəq olublar.

"Google Glass" adlanan bu gözlüklər artıq atıcı silahların nişangahları ilə sinxronlaşdırılıb. Belə ki, silahdan istifadə edən şəxs bu eynək sayəsində görünməz hədəfi qarşısındakı monitor vasitəsilə rahat şəkildə nişan ala bilər. Eynəyin iş prinsipi çox sadədir. Nişangahdan gələn siqnalı eynək birbaşa quraşdırılan istənilən monitora ötürür ki, bunun da sayəsində atıcı başını qaldırmadan hədəfə atəş açır.

Bu tip eynəklər uzun zamandır vertolyot və qırıcı təyyarələrdə istifadə edilir. Pilotun dəbilqəsinə quraşdırılan eynək vasitəsilə pilot şəhər və çöl şəraitində döyüşdə görünməyən hədəflərə dəqiqliklə atəş aça bilir. Məlumat üçün bildirək ki, belə minatür eynəklərdən Birləşmiş Ərəb Əmirlikləri hökuməti polislərə paylamağa qərar verib. Ərəb şeyxləri hesab edir ki, məhz bu gözlüklərə yüklənən proqramı bir qədər dəyişməklə istənilən şəxsin məlumatlarını bir baxışla oxumaq olacaq.

azadxeber.net


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1079 Tarix: 22.10.2014
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
oyku
oyku 23.10.2014
Xəbərə görə tşk.


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 22.10.2014
Xəbərə görə təşəkkürlər.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər