Özbəkistanda internetdən istifadəyə növbəti qadağalar tətbiq olundu

Özbəkistanda internetdən istifadəyə növbəti qadağalar tətbiq olundu

Özbəkistanda “Skype”, “WhatsApp”, “Telegram”, “Viber” və "Mail.Ru”nin səs xidmətləri kəsilib. Bu barədə “Azadlıq” radiosunun özbək xidməti bildirib.

Adıçəkilən xidmətlərin abunəçiləri 10 oktyabrdan səs ünsiyyətinin olmamasından şikayət edirlər. İstifadəçilər qeyd edirlər ki, ünsiyyətin ilk saniyələrindən sonra rabitənin keyfiyyəti güclü şəkildə aşağı düşür. “Azadlıq” radiosu qeyd edir ki, problemləri “Uztelekom” dövlət milli operatoru yaradır.

Həmçinin ötən həftə Özbəkistanın kabel televiziyasının studiyaları “Mir” və RBK kanallarının translyasiyasını dayandırıb. Yayımın dayandırılması texniki nasazlıqla izah olunur.

Özbəkistan internetdən istifadə ilə bağlı tez-tez sərt addımlar atır. Hakimiyyət ayrı-ayrı internet resurslarına girişi dəfələrlə bağlayıb. 2013-cü ilin noyabrında hökumət mobil internet vasitəsilə xeyili sayda sayta girişə qadağa qoydu. Bir sıra beynəlxalq təşkilatlar isə Özbəkistan hakimiyyətini internetin düşməni elan edib.

publika.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 955 Tarix: 22.10.2014



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
milawkam
milawkam 22.10.2014
twk xebere gore


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 22.10.2014
Xəbərə görə təşəkkürlər.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram