Qələbə qazanmaq həmişə xoşdur - MÜSAHİBƏ

Qələbə qazanmaq həmişə xoşdur - MÜSAHİBƏAzərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə "Qran-pri" turnirinin 6-cı turunda Aleksandr Qrişuka qalib gəlib.

Qələbədən sonra Teymur Rəcəbov təəssüratlarını jurnalistlərlə bölüşüb:

- İlk olaraq partiya haqqında fikirlərini söyləyərdiniz...

- Oyuna qara fiqurlarla yaxşı başladım. Debüt "qədim hind" müdafiəsi ilə oldu. Gedişlər təhlükəli idi. Rəqib imkan verdikcə hücum davam etdi və fiqurların dəyişilməsi də üstünlüyü azaltmadı. Ağlar üçün çətin mövqe yaranmışdı. E8-dən sonra qələbə şansları artdı. Maraqlı partiya idi. Çox sevinirəm ki, qələbə qazandım. Qələbə qazanmaq həmişə xoşdur. Sözsüz, turnirdə hər bir oyuna xüsusi hazırlaşırdım. Altıncı turda qələbə qazandım. Turniri yaxşı nəticə ilə başa vurmağa çalışacam.

- Sizin məşqçiniz Vladimir Çuçelov söylədi ki, partiyanın gedişində onu həyəcanlandırdınız....
- F7f5 gedişini deyirsiniz. Əslində, bu məntiqli gediş oldu. Çünki oyunun gedişində rəqib buna imkan verdi. Bu gedişlə şah olan cinaha hücum etmək mümkün oldu. Getdikcə fəallığı artırdım və nəhayət f5 gedişi oldu.

-"Qran-pri"də ilk qələbəni qazandın. Bu nəticə növbəti oyunlarda daha yaxşı oynamağa imkan verəcək.....

- İlk qələbə yaxşıdır. Hər zaman daha yaxşı oynamağa çalışıram. Turnirdə növbəti oyun haqqında düşünürəm və çalışıram yaxşı nəticə qazanım. Sabah başqa rəqib olacaq və mən hər şeyə yenidən başlayacam. "Qran-pri"də zəif rəqib yoxdur. Hər bir rəqib yaxşı oynamağa çalışır. Burada rəqabət çox güclüdür.

- Bu qələbədən sonra siz 3-5-ci yerləri bölüşürsünüz...
- Hər turdan sonra cədvəldə dəyişiklik ola bilər. Mən son nəticə haqqında indi danışmaq istəməzdim. Qarşıda bizi 5 tur gözləyir. Biz turnirin ekvator xəttinə yaxınlaşmışıq.
- Hər halda əsas nəticə iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Aleksandr Qrişuk ilə oyundan sonra daha yaxşı əhval-ruhiyyədə oynamaq olar....

- Fabiano Karuana yaxşı oyunla reytinqini artırdı. Onun yüksək reytinqi iddiaçılar turnirinə yolunu asanlaşdırır. Yəni, reytinqə görə turnirə vəsiqə qazana bilər. Digər şahmatçılar "Qran-pri"dəki iki vəsiqə uğrunda yarışır. Bakıdan əlavə turnirin digər ölkələrdə keçiriləcək 3 mərhələsi olacaq. Ümumilikdə 4 mərhələdə yarışmalıyıq. Ona görə indidən yekun barədə danışmaq düzgün deyil.

azərtac


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1198   Tarix: 11 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Toya gedən aktyorun heç bir səviyyəsi, hörməti qalmır" - Müşfiq Şahverdiyev ilə MÜSAHİBƏ

Komediya filmlərinin bir çoxunda baş rolu canlandıran Müşfiq Şahverdiyev -ın qonağı olub. Müsahibə zamanı aktyor şəxsi həyatı və sənəti ilə bağlı maraqlı məqamlara toxunub. Sözügedən müsahibəni təqdim edirik:. Komediya filmlərinin bir çoxunda baş rolu canlandırmısınız. Eşitdiyimə görə, çəkildiyiniz filmlərd

03.03.2020 6039
.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898