Tibbdə inqilabi kəşf - VİDEO

Tibbdə inqilabi kəşf - VİDEOİsveçin paytaxtı Stokholmda "Nobel həftəsi"-nə bu gündən start verilib. Artıq qaliblər də var.

ANS TV-nin məlumatına görə, tibb üzrə mükafata layiq olanlar elm üçün maraqlı bir tapıntı da ediblər.

Ali mükafatın ilk qalibləri tibb və fiziologiya istiqaməti üzrə seçilib. İnsan beyninin daxili naviqasiya, müasir dildə desək CPS xüsusiyyətini aşkar edən amerikalı Con Okif və norveçli cütlük Mey-Britt Mozer və Edvard Mozer Nobel mükafatına layiq görülüb.

Bu alimlər insan beyninin olduğu yeri tanıma və istiqamətləri müəyyənləşdirmə xüsusiyyətini kəşf ediblər. Onların ixtirası "Altsheymer" kimi yaddaş pozğunluğundan əziyyət çəkən xəstələrin müalicəsində istifadə edilə bilər. Professor Okif bu sahədə 1971-ci ildən bəri elmi araşdırmalar aparır. Norveçli Mozer ailəsi isə Nobel mükafatına layiq görülən 5-ci evli cütlükdür.

Hövbəti günlərdə kimya, fizika, ədəbiyyat, sülh və iqtisadiyyat istiqaməti üzrə də qaliblərin adı açıqlanacaq. Mükafatların təltif etmə mərasimi dekabrın 10-da Alfred Nobelin ölüm günündə baş tutacaq. Nobel mükafatının qaliblərinin hər birinə 1 milyon dollar dəyərində pül mükafatı veriləcək.

anspress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1859   Tarix: 09 oktyabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740